Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-302/2020 01.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "İddiaçı" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC onunla X3 arasında bağlanmış xx xxxxx 2009-cu il tarixli, 207-L/09 nömrəli, xx xxx 2009- cu il tarixli 301-L nömrəli, xx xxxxxx 2014-cü il tarixli 1146-L/14 nömrəli və xx xxxxx 2015-ci il tarixli 779-L/15 nömrəli lizinq müqavilələrinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd Sampo SR 2035 markalı kombaynın, 2 ədəd RM2-165 markalı otbiçənin və 4 ədəd AGRM-165 markalı otbiçənin və 4 ədəd AGRM-165 markalı iki diskli rotorlu otbiçənin saz vəziyyətdə geri alınması, 6389 manat əsas borcun, 4978 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 11397 manat məbləğində pul vəsaitinin X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesi zamanı Cəmiyyətin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən 13854,85 manat əsas borcun, 5000 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 18884 manat pul məbləğinin cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi İddiaçı ASC-nin cavabdeh X2 qarşı iddiasını qismən qəbul edərək, 6389 manat əsas borcun, 4978 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 11397 manat pul vəsaitinin X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul etmiş, iddia tələbinin artırılması hissəsində, yəni “7465,85 manat əsas borcun, 22 manat cərimənin X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi” hissəsində pretenziya qaydasına riayət olunmadığını əsas gətirərək iddianı o hissədə baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Məhkəmənin həmin qərardadında borc məbləğinin qalan hissəsi ilə bağlı yenidən məhkəməyə müraciət olunması bildirilmişdir. Beləliklə, cavabdehin müqavilə üzrə 2031 (iki min otuz bir) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 6798,58 (altı min yeddi yüz doxsan səkkiz manat 58 qəpik) manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da, cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 2031 manat əsas borc, 6798,58 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi: 4470,17 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin sonunda tələb olunan 2031 manat əsas borcun, 6798,58 manat cərimənin və 30 manat dövlət rüsumu məbləğinin cəmi hissəsində texniki səhv nəticəsində 4470,17 manat məbləğ qeyd olunduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 2031 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2061 manat məbləğində pulun tutularaq İddiaçı ASC yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra İddiaçı ASC-nin nümayəndəsi T.Əliyev məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 9000 manat məbləğində əsas borc, 4249 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13249 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi C.Ağayev məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 611 manat məbləğində əsas borc, 4249 manat məbləğində cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 4890 manat məbləğində pulun tutularaq İddiaçı ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi C.Ağayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh izahat verərək İddiaçı ASC-yə olan borcu ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixdə 2000 manat məbləğində ödəniş etdiyini, əsas borcundan ödənilməmiş 611 manat məbləği də ödəməyə razı olduğunu bildirdi. Lakin o, cərimə borcu ilə razılaşmadığını əlavə edərək məhkəmədən həmin cərimə borcunun silinməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, iddiaçının nümayəndəsinin ərizəsini və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxx 2009-cu il tarixli 207-L nömrəli müqavilədən görünür ki, İddiaçı ASC bu müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə görə, Cavabdeh texnikaların dəyərindən 612 manat məbləği əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxx 2009-cu il tarixli 301-L nömrəli müqavilədən görünür ki, İddiaçı ASC bu müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə görə, Cavabdeh texnikaların dəyərindən 700 manat məbləği əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 1146-L/14 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC bu müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə görə, Cavabdeh texnikaların dəyərindən 1030 manat məbləği əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxx 2015-ci il tarixli 779-L/15 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ümumi məbləği 4.200,00 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə görə, Cavabdeh texnikaların dəyərindən 420 manat məbləği əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə №2) müvafiq olaraq İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh 2031 manat məbləğində borcunu tez bir zamanda "İddiaçı" ASC-yə ödəməli olduğu, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq "İddiaçı" ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 9000 manat məbləğində gecikdirilmiş borcu və 4249 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin bank hesabına 2000 manat məbləğində ödəniş edərək lizinqə götürdüyü texnikalarının dəyərinin bir qismini iddiaçıya qaytarmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçı məhkəməyə müraciət etdikdən sonra iddiaçının tələb etdiyi borcla bağlı ödəniş edərək üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, lakin sözügedən müqavilələr əsasında yaranmış əsas borcun 611 manat məbləğini İddiaçı ASC-yə qaytarmamışdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdehlizinq müqavilələri əsasında İddiaçı ASC-dən lizinq avadamlıqları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikasını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinq məbləğini və yaranan cərimələri ödəməli olmasına dair öhdəliyini tam yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehdən kənd təsərrüfatı texnikasını lizinqə götürməsi ilə bağlı yaranmış əsas borcu və cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Buna görə də, "İddiaçı" ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəməyə iddia ərizəsi verərək Cavabdeh 2031 manat əsas borc, 6798,58 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 4470,17 manat pul vəsaitinin X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin dəəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 611 manat əsas borc və 4249 manat cərimə borcunun tutulmasını tələb edir. Bu hal iş materialları və cavabdehin məhkəmədə etirafı ilə təsdiqini tapır. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, əsas borc 611 manat təşkil etdiyi halda, 4249 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 100 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə 100 manat məbləğində tutulmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 611 (altı yüz on bir) manat əsas borc, 100 (yüz) manat cərimə olmaqla, ümumilikdə 711 (yeddi yüz on bir) manat məbləğində pul tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 90%-i iddiaçıya, 10%-i cavabdehə aid edilsin. Cavabdehdən 3 (üç) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-302/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-302/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver