Məhkəmə qərarları › İş №e-2-2(119)-31/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-31/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-31/2022 10.01.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1, cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-31/2022 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31169,89 (otuz bir min yüz altmış doqquz manat 89 qəpik) manat məbləğində əsas borc, gecikdirməyə görə 1689,40 (min altı yüz səksən doqquz manat 40 qəpik) manat məbləğində cərimə faizi, 3000 (üç min) manat məbləğində dəbbə pulu və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 35890,29 (otuz beş min səkkiz yüz doxsan manat 29 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh “D.X1” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (e-2- 2(119)-31/2022 nömrəli kommersiya işi). Məhkəmə baxışı zamanı İddiaçı və cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri tərəfindən həmin iddia ərizəsinə dair e-2-2(119)-31/2022 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış 10 yanvar 2022-ci il tarixli Barışıq Sazişi və “Barışıq Sazişinin təsdiq edilməklə işin icraatına xitam verilməsi” barədə ərizə təqdim edilərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş 10 yanvar 2022-ci il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Barışıq Sazişinin məzmunu ilə müəyyən olunur ki, 10 yanvar 2022-ci ildə İddiaçı ilə cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. X2 məzmunu ilə müəyyən olunur ki, İddiaçı ilə cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıda qeyd olunan şərtlər əsasında razılığa gəlmişlər: “1. “İddiaçı” “Cavabdeh”ə qarşı Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan mülki iş üzrə “borcun tutulması” tələbinə dair iddiasından imtina edir;

2. “Cavabdeh” “İddiaçı”ya olan 31169,89 (otuz bir min yüz altmış doqquz manat səksən doqquz qəpik) manat əsas borcunu etiraf edir;

3. Cavabdeh 31169,89 (otuz bir min, yüz altmış doqquz manat səksən doqquz qəpik) manat borcun aşağıda göstərilmiş qaydada ödənilməsini öz öhdəsinə götürür; - 2022-ci ilin yanvar ayı üçün -1000 (bir min) manat məbləğində; - 2022-ci ilin fevral ayı üçün - 4000 (dörd min) manat məbləğində; - 2022-ci ilin mart ayı üçün - 6000 (altı min) manat məbləğində; - 2022-ci ilin aprel ayı üçün -6000 (altı min) manat məbləğində; - 2022-ci ilin may ayı üçün - 3000 (üç min) manat məbləğində; - 2022-ci ilin iyun ayı üçün - 6170 (altı min yüz yetmiş) manat məbləğində; - 2022-ci ilin iyul ayı üçün - 5000 (beş min) manat məbləğində;

4. Bu Sazişin 4-cü bəndində nəzərdə tutulmuş hər hansı aylıq ödəniş vaxtında aparılmayacagı və növbəti ödəniş ardıcıllığı ilə bağlı qarşılıqlı razılaşma olmayacağı halda, qalıq ümumi borc növbəti ay ərzində birdəfəyə tam həcmdə həyata keçirilməlidir.

5. Tərəflər razılaşırlar ki, bu Sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir;

6. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürülməyəcəkdir;

7. Bu barışıq sazişi tərəflərin iradə ifadəsini əks etdirir;

8. Bu barışıq sazişi üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir;

9. Bu barışıq sazişi hər tərəfdə bir nüsxə qalması şərtilə, 3 nüsxədə hazırlanmış və imzalanmışdır. “ Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 10 yanvar 2022-ci il tarixli Barışıq Sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə, tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilməli və X2 təsdiq olunması ilə əlaqədar e-2-2(119)-31/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı ilə cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - “1. “İddiaçı” “Cavabdeh”ə qarşı Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan mülki iş üzrə “borcun tutulması” tələbinə dair iddiasından imtina edir;

2. “Cavabdeh” “İddiaçı”ya olan 31169,89 (otuz bir min yüz altmış doqquz manat 89 qəpik) manat əsas borcunu etiraf edir;

3. Cavabdeh 31169,89 (otuz bir min yüz altmış doqquz manat 89 qəpik) manat borcun aşağıda göstərilmiş qaydada ödənilməsini öz öhdəsinə götürür; - 2022-ci ilin yanvar ayı üçün -1000 (min) manat məbləğində; - 2022-ci ilin fevral ayı üçün - 4000 (dörd min) manat məbləğində; - 2022-ci ilin mart ayı üçün - 6000 (altı min) manat məbləğində; - 2022-ci ilin aprel ayı üçün -6000 (altı min) manat məbləğində; - 2022-ci ilin may ayı üçün - 3000 (üç min) manat məbləğində; - 2022-ci ilin iyun ayı üçün - 6170 (altı min yüz yetmiş) manat məbləğində; - 2022-ci ilin iyul ayı üçün - 5000 (beş min) manat məbləğində;

4. Bu Sazişin 4-cü bəndində nəzərdə tutulmuş hər hansı aylıq ödəniş vaxtında aparılmayacagı və növbəti ödəniş ardıcıllığı ilə bağlı qarşılıqlı razılaşma olmayacağı halda, qalıq ümumi borc növbəti ay ərzində birdəfəyə tam həcmdə həyata keçirilməlidir.

5. Tərəflər razılaşırlar ki, bu Sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir;

6. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürülməyəcəkdir;

7. Bu barışıq sazişi tərəflərin iradə ifadəsini əks etdirir;

8. Bu barışıq sazişi üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir;

9. Bu barışıq sazişi hər tərəfdə bir nüsxə qalması şərtilə, 3 nüsxədə hazırlanmış və imzalanmışdır”. Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı cavabdeh “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e- 2-2(119)-31/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar