Məhkəmə qərarları › İş №e-2-2(119)-315/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-315/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-315/2021 07.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Mənzil- Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-315/2021 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Mənzil- Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MTK-dən 117388,10 (yüz on yeddi min üç yüz səksən səkkiz manat 10 qəpik) manat məbləğində əsas borc, 63743,54 (altmış üç min yeddi yüz qırx üç manat 54 qəpik) manat məbləğində cərimə, 160 (yüz altmış) manat məbləğində vəkil xərci və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 181321,64 (yüz səksən bir min üç yüz iyirmi bir manat 64 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndələri tərəfindən həmin iddia ərizəsinə dair e-2- 2(119)-315/2021 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış xx xxxx 2021-ci il tarixli Barışıq Sazişi və “Barışıq Sazişinin təsdiq edilməklə işin icraatına xitam verilməsi” barədə ərizə təqdim edilərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş xx xxxx 2021-ci il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Barışıq Sazişinin məzmunu ilə müəyyən olunur ki, xx xxxx 2021-ci ildə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. X3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi aşağıda qeyd olunan şərtlər əsasında razılığa gəlmişlər: - “1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini Cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.

2. Cavabdeh İddiaçının pul tələbinə dair iddiası üzrə məhkəmə xərcləri (vəkil xərci və dövlət rüsumu) daxil olmaqla, 117578,10 (yüz on yeddi min beş yüz yetmiş səkkiz manat 10 qəpik) manat məbləğində borcunu etiraf edir.

3. İddiaçı razılaşır və Cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək aşağıda göstərilmiş qaydada və məbləğdə İddiaçıya ödəyəcək: - Mart 2021-ci il – 9798,00 AZN; Aprel 2021-ci il – 9798,00 AZN; May 2021-ci il – 9798,00 AZN; İyun 2021-ci il - 9798,00 AZN; İyul 2021-ci il - 9798,00 AZN; Avqust 2021-ci il - 9798,00 AZN; Sentyabr 2021-ci il - 9798,00 AZN; Oktyabr 2021-ci il - 9798,00 AZN; Noyabr 2021-ci il - 9798,00 AZN; Dekabr 2021-ci il - 9798,00 AZN; Yanvar 2022-ci il - 9798,00 AZN; Fevral 2022-ci il – 9800,10 AZN.

4. İddiaçı Cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 117578,10 manat məbləğində olmasını təsdiq edir, Cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə Cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.

5. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

7. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

8. X5 imzaladığı və Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.

9. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir.

10. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri İddiaçıda, ikincisi isə Cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunur”. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə xx xxxx 2021-ci il tarixli Barışıq Sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə, tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Mənzil- Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış xx xxxx 2021-ci il tarixli Barışıq Sazişi təsdiq edilməli və həmin Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-315/2021 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA A L D İ:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “xxxx” Mənzil- Tikinti Kooperativi arasında bağlanmış xx xxxx 2021-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - “1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini Cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.

2. Cavabdeh İddiaçının pul tələbinə dair iddiası üzrə məhkəmə xərcləri (vəkil xərci və dövlət rüsumu) daxil olmaqla, 117578,10 (yüz on yeddi min beş yüz yetmiş səkkiz manat 10 qəpik) manat məbləğində borcunu etiraf edir.

3. İddiaçı razılaşır və Cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək aşağıda göstərilmiş qaydada və məbləğdə İddiaçıya ödəyəcək: - Mart 2021-ci il – 9798,00 AZN; Aprel 2021-ci il – 9798,00 AZN; May 2021-ci il – 9798,00 AZN; İyun 2021-ci il - 9798,00 AZN; İyul 2021-ci il - 9798,00 AZN; Avqust 2021-ci il - 9798,00 AZN; Sentyabr 2021-ci il - 9798,00 AZN; Oktyabr 2021-ci il - 9798,00 AZN; Noyabr 2021-ci il - 9798,00 AZN; Dekabr 2021-ci il - 9798,00 AZN; Yanvar 2022-ci il - 9798,00 AZN; Fevral 2022-ci il – 9800,10 AZN.

4. İddiaçı Cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 117578,10 manat məbləğində olmasını təsdiq edir, Cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə Cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.

5. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

7. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.

8. X5 imzaladığı və Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.

9. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir.

10. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri İddiaçıda, ikincisi isə Cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunur”.

Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-315/2021 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar