Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-319/2020 01.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-319/2020 nömrəli mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6340,03 (altı min üç yüz qırx manat 03 qəpik) manat əsas borc, 2218,48 (iki min iki yüz on səkkiz manat 48 qəpik) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8588,51 (səkkiz min beş yüz səksən səkkiz manat 51 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə xx xxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına Cavabdeh gəlmiş olsa da, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi gəlməmişdir. Cavabdeh xx xxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olmadığı üçün hazırkı mülki işin baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və məhkəmə hazırlıq iclasında da Cavabdeh həmin ərizəsini müdafiə edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və vergi ödəyicisi olmadığı üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona qarşı verilmiş hazırkı iddia ərizəsinin Sumqayıt Kommersiya Məhkəməsində deyil, rəsmi qeydiyyatda olduğu ünvan üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olduğunu bildirib, həmin iddia ərizəsi üzrə mülki işin məhkəmə aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, xx xxx 2020-ci il tarixli ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh vəsatəti təmin edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-319/2020 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə Abşeron rayonunun Pirəkəşkül kəndində qeydiyyatda olan Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir və bunu müəyyən edən hər hansı bir sübut (sənəd) da mülki iş materiallarında mövcud deyildir (VÖEN və s.). Eyni zamanda, Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində də vergi ödəyicisi olmadığı üçün mülki işin Abşeron rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sahibkarlıq fəaliyyəti qanunla nizamlanan, müvafiq qaydada qeydə alınan fəaliyyət sahəsi olduğu üçün, hər hansı bir subyektin sahibkarlıq fəaliyəti ilə məşğul olması, ilk növbədə onun sahibkar kimi qanuni əsaslarla qeydə alınmasından (hüquqi şəxs yaratmaqla və yaxud, hüquqi şəxs yaratmadan) və bunun əsasında sahibkarlıq fəaliyyətinin yaranmasından asılıdır (“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla da Cavabdeh fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilmir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-32, 263, 264, 267 və 268-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Cavabdeh vəsatəti təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-319/2020 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-319/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-319/2020
01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver