Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-32/2020 20.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh “xxxx” X4 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” KFT ASC-yə qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdeh “xxxx” KFT ASC-yə qarşı borcun tutulması tələbi barədə iddia ərizəsii lə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə “xxxx” KFT arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 808-GL/19 nömrəli müqaviləyə əsasən “xxxx” KFT ümumi dəyəri 4080,00 (dörd min səksən) manat olan kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu günədək heç bir ödəniş etməmişdir. Onun müqavilə üzrə 4080,00 (dörd min səksən) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 2531,00 (iki min beş yüz otuz bir) manat cərimə borcu qalmışdır. Göstərilənlərə əsasən iddiaçı məhkəmədən 4080,00 (dörd min səksən) manat əsas borc, 2531,00 (iki min beş yüz otuz bir) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 6641,00 (altı min altı yüz qırx bir) manat pulun “xxxx” KFT-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 1.500 manat əsas borc, 1.500 manat cərimə və 30 manat dövlət rüsumunun, cəmi 3.030,00 manat pulun“xxxx” KFT-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi X3 izahat verərək bildirirmişdir ki, 2019-cu ilin dekabrından bu günədək onun tərəfindən iddiaçının hesabına 1270 manat ödəniş olunmuşdur. Bunları nəzərə alaraq, iddianı əsas borc olan hissədə qəbul etdiyini, cərimə borcunu isə qəbul etmədiyini bildirmişdir. Məhkəmə tətəflərin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 808-GL/19 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ümumi məbləği 4 080,00 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra “xxxx” KFT-nin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə görə, “xxxx” KFT texnikanın qalıq məbləğini ödəniş qrafıkinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2372/ü №-li əmrdən görünür ki, kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi üzrə xüsusi komissiyanın xx.xx.2019-cu il tarixli protokolu əsas götürülərək, İddiaçı ASC ilə “xxxx” KFT arasında bağlanmış xx.xx.2019-cu il tarixli 808-GL/19 nömrəli müqaviləyə əsasən, “Toxumtəmizləyən səyyar AGTTT-1” kənd təsərrüfatı texnikasının güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə lizinqə verilməsinin rəsmiləşdirilməsi əmr edilmişdir. İş materiallarında olan ödəniş qrafikinə əsasən “xxxx” KFT İddiaçı ASC-yə 4.080.00 manat məbləğdə borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ASC/P-21 №-li pretenziya məktubundan görünür ki, cavabdeh “xxxx” KFT borcun tez bir zamanda İddiaçı ASC-yə ödəməli olduğu, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, “xxxx” KFT-nin 4080,00 (dörd min səksən) manat gecikdirilmiş borcu və 2531,00 (iki min beş yüz otuz bir) manat cərimə borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxx” KFT xəbərdarlığa əməl etməmiş və sözügedən müqavilə əsasında yaranmış 1500 manat məbləğində borcu İddiaçı ASC-yə qaytarmamışdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “xxxx” KFT lizinq müqaviləsi əsasında İddiaçı ASC -dən lizinq almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikasını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinq məbləğini və yaranan cərimələri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehdən kənd təsərrüfatı texnikasını lizinqə götürməsi ilə bağlı yaranmış əsas borcu və cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASCilə “xxxx” KFT arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 808-GL/19 nömrəli müqaviləyə əsasən “xxxx” KFT ümumi dəyəri 4080,00 (dörd min səksən) manat olan kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Hazırda, İddiaçı ASCiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KFT-dan 1500 manat əsas borc və 1500 manat cərimə borcu tələb edir. Bu hal iş materialları və cavabdehin nümayəndəsinin məhkəmədə etirafı ilə təsdiq olunur. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, əsas borc 1500 manat təşkil etdiyi halda, 1500 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 150 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə 150 manat məbləğində tutulmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı "İddiaçı" ASC-nin cavabdeh “xxxx” KFT ASC-yə qarşı borcun tutulması tələbi barədə iddiası qismən təmin edilsin. “xxxx” KFT MMC-dən 1.500 (min beş yüz) manat əsas borc, 150 (yüz əlli) manat cərimə borcu, cəmi 1650 (min altı yüz əlli) manat pul tutularaq, İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 45%-i iddiaçıya, 55%-i cavabdehə aid edilsin. Cavabdehdən 16,50 manat pul tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-32/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-32/2020
20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver