Məhkəmə qərarları › İş №e-2-2(119)-34/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-34/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-34/2021 26.01.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ İş № e-2-2(119)-34/2021 Sumqayıt Kommersiya Məhkəməsi Q Ə T N A M Ə xx xxxxxx 2021-ci il Sumqayıt şəhəri Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X5 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə, iddiaçı "İddiaçı" MMC-nin cavabdeh "xxxx" ASC-nin X1rşı alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin “X2” yaranmış 1027,80 (min iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas borcun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xxxx ASC-nin X6 ilə İddiaçı (əvvəlki X9 MMC) arasında bağlanmış inşaat materiallarının alqı-satqısı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh təşkilat öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 1027,80 (min iyirmi yeddi manat səksən qəpik) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Tərəflər alqı-satqıya dair razılaşma əldə etdikdən sonra, alqı-satqı müqaviləsi iddiaçı tərəfindən müəssisənin möhürü və imzası ilə təsdiqlənərək, digər tərəfin də təsdiqlənməsi üçün cavabdeh müəssisəyə göndərilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixli, 324419 nömrəli qaiməfaktura sənədi ilə 1.652,54 (min altı yüz əlli iki manat əlli dörd qəpik) manat məbləğində 15 ton sement cavabdehə təhvil verilmişdir. Mallar təhvil verilərkən satış nümayəndəsi tərəfindən qeyd olunan qaimə fakturanın və alqı-satqı müqaviləsinin təsdiq olunmalı olduğu bildirilsə də, cavabdeh təşkilatın əməkdaşları rəhbərliyin müəssisədə olmaması kimi bəhanələr uyduraraq nə alqı-satqı müqaviləsini təsdiq etmiş, nə də qaimə-fakturada “təhvil aldım” qrafasını imzalamışlar. Mallar “Alıcıya” təhvil verildikdən sonra, razılaşdırılmış müddət keçsə də, cavabdeh nə aldığı malların dəyərini tam formada ödəmiş, nə də alqı-satqı müqaviləsinin təsdiqlənmiş nüsxəsini “Alıcıya” təhvil vermişdir. Çoxsaylı müraciətlərdən sonra cavabdeh, xx.xx.2018-ci il tarixədək ümumilikdə 624,74 manat məbləğində ödəniş etmiş, lakin qalıq borcu bu günədək ödəməmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi ilə cavabdeh təşkilatın nümayəndəsi alqı-satqının yekununa və qalıq borcun təsdiqlənməsinə dair üzləşdirmə aktı imzalamışlar. İkitərəfli qaydada imzalanmış akta əsasən, cavabdehin İddiaçı MMC-yə 1027.80 manat məbləğində borcu olduğu müəyyən edilmiş və X3 mühasib vəzifəsində çalışan Xəffəyeva.H.Ş borcu öz imzası ilə təsdiq etmişdir. Lakin təşkilatın rəhbərliyi yenə də aktı möhürlə təsdiqləməkdən imtina etmişdir. Daha sonra tərəfimizdən dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, qalıq borc ödənilməmiş, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Əbdüləli Bağırlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi Zamin Musayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Xəffayevanın məhkəmə iclasında iştirakı üçün cavabdehə müraciət ediblər, lakin cavabdeh tərəfindən bildirilib ki, onların Xəffayeva adlı işçisi olmayıb. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nizami Qardaşov iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında tərəflər arasında müqavilə bağlanmadığını, habelə təqdim edilən qaimə-fakturanın möhürlə təsdiq edilmədiyini, orada adı göstərilən şəxsin isə təmsil etdiyi müəssisədə işləmədiyini bildirmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, iddiaçı tələbinin əsası kimi tərəflər arasında yazılı şəkildə alqı-satqı müqaviləsinin bağlanması barədə cavabdehlə ilkin olaraq razılığa gəlinməsi və bu razılaşmaya uyğun qarşı tərəfə malın verilməsini qaimə faktura və bu borcun olmasını üzləşmə aktı ilə təsdiq edilməsini iddia etsədə, bu hallar işdə olan sübutlarla təsdiqini tapmır. Belə ki, işin mübahisə olmayan halı ondan ibarətdir ki, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Halbuki, iddiaçının da təsdiq etdiyinə görə malın verilməsi üçün tərəflər arasında yazılı şəkildə alqı-satqı müqaviləsi bağlanmalı və həmin müqaviləyə əsasən mal verilməli idi. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. İddiaçı cavabdehə “mal verilməsini qaimə faktura və borcun olmasının üzləşmə aktı ilə təsdiq edilməsini” iddia etsədə, həmin sənədlər formasına görə, qüsurlu sənədlərdir və mötəbər sübut növü kimi qiymətləndirilə bilməz, Belə ki, qeyd edilən sənədlər qanunvericiliyə uyğun şəkildə (səlahiyyətli şəxs tərəfindən imzalanmamış, hüquqi şəxsin möhürü ilə təsdiq edilməmiş) tərtib edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları” na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 143 nömrə ilə, xx xxxxxx 1999cu il tarixdə qeydə alınmış “Ciddi hesabat blanklarının (Mədaxil qəbzi F. № 1 MQ, kassa mədaxil orderi F.№ KO-1, vəkalətnamə F.№ M-2, qaimə-faktura F. № 2Q) forma və rekvizitləri və onların istifadə Qayadaları”nın 18-ci bəndində “Qaimə-faktura forma № 2Q”xxxx“Müəssisənin adı, VÖİN-i və digər lazımı göstəriciləri”, rekvizitində müəssisənin, idarənin, təşkilatın adı, bank rekvizitləri, ünvanı, telefon nömrəsi və digər lazımi göstəricilər əks etdirilir. “Kimdən” rekvizitində maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı, nömrəsi, tarixi və digər lazımi göstəricilər əks etdirilir. “Kimə” rekvizitində vəkalətnamə və ya müvafiq sərəncamla qiymətliləri alan maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı, nömrəsi, tarixi və digər lazımi göstəricilər əks etdirilir. İşdə olan xx.xx.2016ci il tarixli qaimə fakturada : “Kimdən” rekvizitində "X10" MMC göstərilmiş, MMC-nin maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməmiş; “Kimə” rekvizitində isə “X8” göstərilmiş, vəkalətnamə və ya müvafiq sərəncamla qiymətliləri alan maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməmiş, səlahiyyətli şəxs tərəfindən imzalanmamış, hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. İş materiallarında olan “üzləşmə aktı” da cavabdehin rəhbəri tərəfindən imzalanmamış, hüquqi şəxsin möhürü ilə təsdiqlənməmiş, həmçinin üzləşmə aktında xx.xx.2018-ci il tarixinə olan borc məbləği göstərilsə də, borclu kreditorun ondan borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar