Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-343/2025 16.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 18284,36 (on səkkiz min iki yüz səksən dörd manat otuz altı qəpik) manat məbləğində əsas borcun, 3291,12 (üç min iki yüz doxsan bir manat on iki qəpik) manat məbləğində ƏDV borcunun və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə sifarişçi Cavabdeh arasında 14 sentyabr 2022-cü il tarixli BNFFC-HSQ-20 nömrəli alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqavilə üzrə 2023-cü ilin fevral və aprel aylarında satılan malların dəyərini iddiaçıya ödəməmişdir. İddiaçı 07 avqust 2024-cü il tarixdə cavabdehə pretenziya göndərərək 18284,36 manat məbləğində əsas borcunu və 3291,12 manat məbləğində ƏDV borcunu ödəməsini, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh həmin məktuba cavab verməmişdir. İddiaçı tərəfindən avabdehə 294,88 manat, 359,90 manat, 2732,88 manat, 660,92 manat, 1234,87 manat,1285,21 manat, 5817,40 manat, 939,28 manat,1604,80 manat, 2732,88 manat, 405,92 manat, 2814,30 manat, 2690,40 manat və 734,79 manat dəyərində malın satılması ilə əlaqədar hesab-fakturalar təqdim olunmuşdur. Həmin hesab-fakturalar üzrə ƏDV məbləği hesablanmadan əsas borc məbləği 18284,36 manat təşkil edir. Cavabdeh əlavə olaraq ƏDV məbləğlərini də ödəməlidir. Bu barədə cavabdehlə hər bir hesab-fakturaya aid qiymətlərin razılaşdırılması ilə bağlı protokollar da tərtib olunmuş və imzalanmışdır. İddiaçı cavabdeh ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə 12 dekabr 2023-cü il tarixli MŞS/MT030/2023-02676 nömrəli arayış tərtib edilmiş və Hüseynov X1 təşkilatına 200 manat məbləğində pul ödəmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasın xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısı dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 14 sentyabr 2022-cü il tarixli BNFFC-HSQ-02 nömrəli müqavilənin 1.1-ci bəndinə görə bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları/xidmətləri alıcnının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən alıcı malın bu müqavilə ilə müəyyənləşdirilmiş qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti protokol əsasında müəyyən edilir. Ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu ilə və ya qanunvericiliyin tələbləri nəzərə alınmaqla, nağd şəkildə Azərbaycan manatı ilə həyata keçirilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 405,92 manat dəyərində malın satılması ilə əlaqədar 10 fevral 2023-cü il tarixli EBCO seriyalı 673161 nömrəli, 294,88 manat dəyərində malın satılması ilə əlaqədar 16 fevral 2023-cü il tarixli EBCP seriyalı 024291 nömrəli, 2690,40 manat dəyərində malın satılması ilə əlaqədar 17 fevral 2023-cü il tarixli EBDA seriyalı 079313 nömrəli, 359,90 manat dəyərində malın satılması ilə əlaqədar 17 fevral 2023-cü il tarixli EBDA seriyalı 079121 nömrəli, 5816,57 manat dəyərində malın satılması ilə əlaqədar 21 fevral 2023-cü il tarixli EBDA seriyalı 297925 nömrəli, 939,28 manat dəyərində malın satılması ilə əlaqədar 21 fevral 2023-cü il tarixli EBDA seriyalı 298250 nömrəli, 1604,22 manat dəyərində malın satılması ilə əlaqədar 21 fevral 2023-cü il tarixli EBDA seriyalı 298514 nömrəli, 2814,30 manat dəyərində malın satılması ilə əlaqədar 28 fevral 2023-cü il tarixli EBDA seriyalı 713195 nömrəli,1234,87 manat dəyərində malın satılması ilə əlaqədar 28 fevral 2023-cü il tarixli EBDA seriyalı 768489 nömrəli, 1285,21 manat dəyərində malın satılması ilə əlaqədar 28 fevral 2023-cü il tarixli EBDA seriyalı 766828 nömrəli, 2732,88 manat dəyərində malın satılması ilə əlaqədar 11 aprel 2023-cü il tarixli EBDD seriyalı 375499 nömrəli, 660,82 manat dəyərində malın satılması ilə əlaqədar 11 aprel 2023-cü il tarixli EBDD seriyalı 376322 nömrəli və 734,79 manat dəyərində malın satılması ilə əlaqədar 11 aprel 2023-cü il tarixli EBDD seriyalı 377646 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 294,88 manat dəyərində malın satılması ilə 16 dekabr 2022-ci il tarixli BNF-HSQ-02-14 nömrəli, 359,90 manat dəyərində malın satılması ilə əlaqədar 03 fevral 2023-cü il tarixli BNF-HSQ-02-24 nömrəli, 2690,40 manat dəyərində malın satılması ilə əlaqədar 03 fevral 2023-cü il tarixli BNF- HSQ-02-25 nömrəli, 405,92 manat dəyərində malın satılması ilə əlaqədar 09 fevral 2023cü il tarixli BNF-HSQ-02-27 nömrəli, 5817,40 manat dəyərində malın satılması ilə əlaqədar 17 fevral 2023-cü il tarixli BNF-HSQ-02-29 nömrəli, 939,28 manat dəyərində malın satılması ilə əlaqədar 17 fevral 2023-cü il tarixli BNF-HSQ-02-30 nömrəli, 1604,80 manat dəyərində malın satılması ilə əlaqədar 20 fevral 2023-cü il tarixli BNF-HSQ-02-31 nömrəli, 2814,30 manat dəyərində malın satılması ilə əlaqədar 23 fevral 2023-cü il tarixli BNF- HSQ-02-32 nömrəli, 1234,87 manat dəyərində malın satılması ilə əlaqədar 27 fevral 2023cü il tarixli BNF-HSQ-02-35 nömrəli, 1285,21 manat dəyərində malın satılması ilə əlaqədar 27 fevral 2023-cü il tarixli BNF-HSQ-02-34 nömrəli, 660,92 manat dəyərində malın satılması ilə əlaqədar 10 mart 2023-cü il tarixli BNF-HSQ-02-37 nömrəli, 2732,88 manat dəyərində malın satılması ilə əlaqədar 13 mart 2023-cü il tarixli BNF-HSQ-02-38 nömrəli, 2732,88 manat dəyərində malın satılması ilə əlaqədar 13 mart 2023-cü il tarixli BNF-HSQ- 02-38 nömrəli və 734,79 manat dəyərində malın satılması ilə əlaqədar 15 mart 2023-cü il tarixli BNF-HSQ-02-39 nömrəli hesab-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 294,88 manat, 03 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 359,80 manat, 03 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 2690,40 manat, 09 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 405,92 manat, 17 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 5817,40 manat, 17 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 939,28 manat, 20 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 1604,80 manat, 23 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 2817,30 manat, 27 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 1234,87 manat, 27 fevral 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 1285,21 manat, 10 mart 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 660,92 manat, 15 mart 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 734,79 manat məbləğində malın dəyəri tərəflər arasında razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 14 sentyabr 2022-cü il tarixli BNFFC-HSQ-02 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdehnə 2023-cü ilin fevral və aprel aylarında ümumilikdə ƏDV daxil 21574,14 (iyirmi bir min beş yüz yetmiş dörd manat on dörd qəpik) manat dəyərində malın satılmış, bununla əlaqədar 13 ədəd elektron qaimə-faktura göndərilmişdir. Lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərini ödəmədiyindən İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müvafiq malları Cavabdehnə satsa da, cavabdeh malların dəyərini ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçı iddia tələbində cavabdehdən 18284,36 (on səkkiz min iki yüz səksən dörd manat otuz altı qəpik) manat məbləğində əsas borc və 3291,12 (üç min iki yüz doxsan bir manat on iki qəpik) manat məbləğində ƏDV borcu olmaqla, cəmi 21575,48 (iyirmi bir min beş yüz yetmiş beş manat qırx səkkiz qəpik) manat məbləğində borcun tutulmasını xahiş etsə də, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 21574,14 (iyirmi bir min beş yüz yetmiş dörd manat on dörd qəpik) manat dəyərində malın satılması ilə əlaqədar 13 ədəd elektron qaimə-faktura göndərilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunaraq 14 sentyabr 2022-cü il tarixli BNFFC-HSQ-02 nömrəli müqavilə üzrə ödənilməmiş ƏDV daxil 21574,14 (iyirmi bir min beş yüz yetmiş dörd manat on dörd qəpik) manat məbləğində borc Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının 12 dekabr 2023-cü il tarixli MŞS/MT030/2023-02676 nömrəli arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ƏDV daxil 21574,14 (iyirmi bir min beş yüz yetmiş dörd manat on dörd qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 21774,14 (iyirmi bir min yeddi yüz yetmiş dörd manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddianın təmin olunmuş hissəsinə uyğun hesablanan 154,72 (yüz əlli dörd manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 21574,14 (iyirmi bir min beş yüz yetmiş dörd manat on dörd qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 21774,14 (iyirmi bir min yeddi yüz yetmiş dörd manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 154,72 (yüz əlli dörd manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-343/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-343/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver