Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-35/2020 05.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi X2, cavabdeh Sumqayıt Dövlət Universitetinin nümayəndəsi Həsənova Əminə Ağamoğlan qızının iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt Dövlət Universitetindən İddiaçı xeyrinə təbii qazdan istifadəyə görə yaranmış 1528,10 (min beş yüz iyirmi səkkiz manat 10 qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,4 (40 qəpik) manat xidmət haqqı olmaqla, cəmi 1558,50 (min beş yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə xx xxxx 2020-ci il tarixə təyin olumuş məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi X4 iddiadan imtina edilməsi ilə əlaqədar icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən təbii qazdan istifadə ilə əlaqədar yaranmış 1528,10 manat məbləğində debitor borcun tutulması üçün cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra, cavabdeh tərəfindən həmin 1528,10 manat məbləğində debitor borcu tam ödənildiyinə görə mülki iş üzrə iddia tələbindən imtina olunduğunu bildirib, məhkəmədən İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməsini və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Sumqayıt Dövlət Universitetinin nümayəndəsi X1 iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar mülki iş üzrə icraata xitam verilməsinə və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələblərinə görə, iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4–cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - iş üzrə icraata xitam verilir. Həmin Məcəllənın 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı hazırkı mülki iş üzrə iddiadan imtina etməsi tərəflərin mənafeyinə uyğun olduğundan, iddiadan imtina qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,4 (40 qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 262.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi haqqında məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənın 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,4 (40 qəpik) manat məbləğində xidmət haqqının əvəzi olaraq cəmi 30,40 (otuz manat 40 qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Sumqayıt Dövlət Universitetindən iddiaçı “İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı mülki iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,4 (40 qəpik) manat məbləğində xidmət haqqının əvəzi olaraq cəmi 30,40 (otuz manat 40 qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Sumqayıt Dövlət Universitetindən iddiaçı “İddiaçı xeyrinə tutulsun. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-35/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-35/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver