Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-351/2021 01.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Salam oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 13518,08 (on üç min beş yüz on səkkiz manat 08 qəpik) manat məbləğində əsas borcun, 500,16 (beş yüz manat 16 qəpik) manat məbləğində cərimənin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx xxxx 2020-ci il tarixli 40/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış həmin müqavilə şərtlərinə əsasən satıcı İddiaçı MMC müxtəlif vaxtlarda alıcı Cavabdeh MMC-yə mal satmışdır. Alıcı Cavabdeh MMC aldığı malların dəyəri olan 13518,08 (on üç min beş yüz on səkkiz manat 08 qəpik) manat borcu satıcı İddiaçı MMCyə ödəməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 6.2-ci bəndində göstərilmışdir ki, Alıcı aldığı malın dəyərini 30 gün müddətində Satıcıya ödəməlidir. Həmin Müqavilənin 8.2-ci bəndində göstərilmişdir ki, Alıcı ödəməni vaxtında yerinə yetirməzsə gecikən hər gün üçün qalan məbləğin 0,1% məbləğində cərimə ödəməlidir. İddiaçı qalan borcun ödənilməsi üçün dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıqlar etmişdir. Lakin, cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 13518,08 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərə görə cərimə borcu isə cəmi 500,16 manat məbləğində təşkil edir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin məzmunu qeyd olunur). Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 13518,08 manat məbləğində əsas borcun, 500,16 manat məbləğində cərimənin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 40/2020 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə üzrə bağlanmış xx xxxx 2020-ci il tarixli 1 saylı X1 şərtlərinə uyğun olaraq müvafiq qaydada tərtib və təqdim edilmiş elektron qaimələr əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə cəmi 20000 kq (hər kiloqramı ƏDV xaric - 0,50 manat) “İddiaçıment-520(yay) / İddiaçıment-FNF (qış)” satılmışdır. xx xxxx 2020-ci il tarixli 40/2020 nömrəli Alqı-Satqı Müqaviləsinin 6.2-ci bəndinə əsasən, Alıcı qaimə-faktora üzrə qəbul etdiyi Malın dəyərini 30 gün ərzində Satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində Malın dəyəri ödənilmədikdə, Satıcı onun ödənilməsini Alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən, Alıcı malın satiş qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1 % -i miqdarında dəbbə pulu ödəyir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli EBAN 093871 nömrəli, xx xxxxxx 2020-ci il tarixli EBAN 574499 nömrəli, xx xxxxxx 2020-ci il tarixli EBAP 095813 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli EBAP 715968 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli EBAQ 013058 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli EBAQ 394994 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli EBAQ 536037 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli EBAR 239743 nömrəli və xx xxxxxxx 2020-ci il tarixli EBAR 924668 nömrəli elektron qaimələrlə müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixli 40/2020 nömrəli Alqı-Satqı müqaviləsi üzrə Satıcı (iddiaçı) İddiaçı tərəfindən Alıcı (cavabdeh) Cavabdehnə ƏDV daxil cəmi 13518,08 (on üç min beş yüz on səkkiz manat 08 qəpik) manat məbləğində beton qatqı məhsulları satılmışdır. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 40/2020 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə tərəflər arasında № EBAR924668, № EBAR239743, № EBAQ536037, № EBAQ394994, № EBAQ013058, № EBAP715968, № EBAP095813, № EBAN574499 və № EBAN093871 saylı elektron qaimələr əsasında ümumi dəyəri 13518,08 (on üç min beş yüz on səkkiz manat 08 qəpik) manat (ƏDV daxil) olan beton qatqı məhsulunun alqı-satqısı olmuş və alıcı Cavabdeh MMC aldığı həmin məhsullar üzrə heç bir ödəniş etməmişdir. Alıcı Cavabdeh MMC Alqı-Saqtı Müqviləsinin 6.2.-ci məndində nəzərdə tutulan 30 gün müddət ərzində heç bir ödəniş etmədiyinə görə satıcı İddiaçı MMC həmin Müqavilənin 8.2-ci bəndinə əsasən 500,16 manat cərimə hesablamışdır. Cərimə tərəflər arasında olan alqı-satqı əməliyyatı üzrə xx xxxxxxx 2020-ci il tarixli sonuncu elektron qaimə təqdim edildiyi tarixdən 30 gün sonrakı müddətə, yəni xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olmaqla, cəmi 37 günə hesablanmışdır (13518,08 manat x 0,1 %=13,51808 manat x 37 gün = 500,16 manat). Ona görə də, xx xxxxxx 2021-ci il tarixinə xx xxxx 2020-ci il tarixli 40/2020 nömrəli Alqısatqı Müqaviləsi üzrə alıcı Cavabdeh satıcı İddiaçınə 13518,08 manat məbləğində əsas borc və 500,16 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14018,24 manat məbləğində (ƏDV daxil) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixli 40/2020 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilənin xx xxxx 2020-ci il tarixli 1 saylı X2 üzrə almış olduğu “İddiaçıment-520(yay) / İddiaçıment-FNF (qış)” məhsullarına görə alıcı Cavabdeh tərəfindən cəmi 13518,08 (on üç min beş yüz on səkkiz manat 08 qəpik) manat məbləğində əsas borc satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 13518,08 (on üç min beş yüz on səkkiz manat 08 qəpik) manat məbləğində əsas borcun və həmin borc üzrə xx xxxxxx 2021-ci il tarixinədək hesablanmış 500,16 (beş yüz manat 16 qəpik) manat cərimənin cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixli 40/2020 nömrəli Alqi-Satqi Müqaviləsi üzrə alınmış beton qatqı məhsullarına görə ödənilməmiş 13518,08 manat məbləğində əsas borcun və 500,16 (beş yüz manat 16 qəpik) manat məbləğində cərimənin cavabdeh Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 13518,08 manat məbləğində əsas borc və 500,16 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 13518,08 (on üç min beş yüz on səkkiz manat 08 qəpik) manat məbləğində əsas borc, 500,16 (beş yüz manat 16 qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 14048,24 (on dörd min qırx səkkiz manat 24 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-351/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-351/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver