Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-355/2025 12.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ƏDV daxil 11100,56 (on bir min yüz manat əlli altı qəpik) manat məbləğində borcun və 123,30 (yüz iyirmi üç manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 26 yanvar 2021-ci il tarixli SA-543 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə edilən elektron qaimə-fakturalardan göründüyü kimi 01 may 2024-cü il tarixində ƏDV daxil 5000,25 manat, 02 iyul 2024-cü il tarixində ƏDV daxil 5000,25 manat və 20 avqust 2024-cü il tarixində ƏDV daxil 1100,06 manat dəyərində olmaqla, ümumilikdə 11100,56 manat dəyərində məhsul cavabdehə tədarük edilmişdir. 07 oktyabr 2024-cü il tarixli üzləşmə aktından Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qeyd edilən 11100,56 manat borc məbləğini etiraf etdiyi görünür. Beləliklə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hazırda İddiaçınə əsas məbləğ üzrə 9407,26 manat, ƏDV məbləği üzrə 1693,30 manat olmaqla, ümumilikdə 11100,56 manat borcu vardır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq borc indiyədək ödənilməmiş, borcun ödənilməsi tələbi ilə bağlı göndərilən 12 dekabr 2024-cü il tarixli pretenziya məktubu da cavabsız qalmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə satıcı İddiaçı arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli SA-543 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin qüvvədə olduğu müddətdə alıcıya sifariş blankına əsasən sifariş verdiyi bir tonun qiyməti 640 manatdan olmaqla sodium bikarbonat (soda) mallarını təchiz edir. Alıcı isə təhviltəslim aktına və elektron qaimə-fakturaya əsasən həmin malları qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən malları qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) vaxtında ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malların dəyərini mallar təhvil verildikdən və müvafiq qaimə faktura (elektron qaimə) təqdim edildikdən sonra 30 gün ərzində köçürmə yolu ilə satıcıya ödəyir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 5000,25 manat məbləğində malın satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBEC seriyalı 670351 nömrəli, 5000,25 manat məbləğində malın satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10096628 nömrəli, 1100,06 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11210909 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 07 oktyabr 2024-cü il tarixli “Üzləşdirmə aktı”ndan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçınə 07 oktyabr 2024-cü il tarixinə 9407,26 (doqquz min dörd yüz yeddi manat iyirmi altı qəpik) manat məbləğində əsas borcu, 1693,30 (min altı yüz doxsan üç manat otuz qəpik) manat məbləğində ƏDV borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 26 yanvar 2021-ci il tarixli SA-543 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə ƏDV daxil 11100,56 (on bir min yüz manat əlli altı qəpik) manat dəyərində sodium bikarbonat (soda) məhsulu satılmış, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərini ödəməmişdir. Buna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 26 yanvar 2021-ci il tarixli SA-543 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş ƏDV daxil 11100,56 (on bir min yüz manat əlli altı qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “123,30 (yüz iyirmi üç manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 13 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 123,30 (yüz iyirmi üç manat otuz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 123,30 (yüz iyirmi üç manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ƏDV daxil 11100,56 (on bir min yüz manat əlli altı qəpik) manat məbləğində borc və 123,30 (yüz iyirmi üç manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11223,86 (on bir min iki yüz iyirmi üç manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ƏDV daxil 11100,56 (on bir min yüz manat əlli altı qəpik) manat məbləğində borc və 123,30 (yüz iyirmi üç manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11223,86 (on bir min iki yüz iyirmi üç manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-355/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-355/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver