Məhkəmə qərarları › İş №e-2-2(119)-368/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-368/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-368/2024 22.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin və 9 (doqquz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli 558/2020 nömrəli müqaviləyə əsasən “Norm” sement məhsullarının nisyə alqı-satqısı həyata keçirilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı “Norm” sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən müəyyən edilmişdir ki, Cavabdehnə 30555,67 (otuz min beş yüz əlli beş manat altmış yeddi qəpik) manat dəyərində “Norm” sement məhsulları satılmış, cavabdeh isə 21711,67 (iyirmi bir min yeddi yüz on bir manat altmış yeddi qəpik) manat pul ödəmiş, qalıq 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat isə bu günə kimi ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin cavabdeh tərəf bu barədə məlumatlı olsa da, onun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, tərəflər arasında münasibətlər olduğu dövrdə cavabdehə borcla bağlı müəyyən güzəştlər edildiyini, habelə sement məhsullarının bəzən sıradan çıxması, daşlaşması, yararsız vəziyyətə düşməsi nəzərə alınmaqla həmin məhsullarla bağlı elektron qaimələr təqdim edilməsinə baxmayaraq onların dəyərinin borc olaraq hesablanmadığıını bildirmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 10 dekabr 2020-ci il tarixli 558/2020 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir əmtəə-nəqliyyat qaiməsində göstərilən Norm sement hazır məhsullarını alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müvafiq əmtəə-nəqliyyat qaiməsində və bu müqaviləyə əlavə (protokol) ilə malın müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə görə alıcının tələbatına uyğun sifarişi mallar ayrıayrı partiyalarla (hissələrlə) təchiz edilə bilər. Hər bir mal partiyası üzrə ayrıca elektron qaimə-faktura tərtib olunur. Həmin müqavilənin 2.1-ci bəndinə görə satılan malların bir vahidinin qiyməti və satılan malların ümumi dəyəri müvafiq əmtəə-nəqliyyat qaiməsi və müqaviləyə 1 saylı əlavə saziş ilə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı əmtəə-nəqliyyat qaiməsi üzrə qəbul etdiyi malların dəyərinin alqı-satqıda əvvəlcədən, nisyə alqı satqı zamanı isə malın alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 15 iş günü ərzində satıcıya tam ödənilməsini təmin etməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcı tərəfindən malların dəyəri bu müqavilə ilə müəyyən edilmiş müddətdə nağdsız ödəniş formasında satıcıya ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 28800 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 27200 kq çəkidə mal göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 28800 kq çəkidə mal göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 4351,90 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBU seriyalı 709512 nömrəli, 4607,89 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBU seriyalı 867946 nömrəli, 4351,9 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCD seriyalı 470337 nömrəli, 4351,9 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCD seriyalı 865697 nömrəli,4351,9 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCG seriyalı 066043 nömrəli, 4148,09 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 480040 nömrəli və 4392,09 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 553669 nömrəli elektron qaimə təqdim olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 20 oktyabr 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, tərəflər arasında bağlanılmış 10 dekabr 2020-ci il tarixli 558/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində qalıq borcu mövcuddur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli barışıq sazişində göstərilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində pulun, habelə ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 110 (yüz on) manat xidmət haqqının və 9 (doqquz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarmasını xahiş etmişdir. Tərəflər razılığa gəlmişdir ki, cavabdeh 8844 (səkkiz min səkkiz yüz qırx dörd ) manat borcun, habelə ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 110 (yüz on) manat xidmət haqqının və 9 (doqquz) manat dövlət rüsumunun, 4481 (dörd min dörd yüz səksən bir) manat hissəsini xx.xx.2023-cü il tarixə kimi, qalıq 4481 (dörd min dörd yüz səksən bir) manat hissəsini isə xx.xx.2024-cü il tarixə kimi tam ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə aparılmış ödəniş sənədindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 27 may 2022-ci il tarixdə 15620 manat ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli EBBU seriyalı 709512 nömrəli və xx.xx.2022-ci il tarixli EBBU seriyalı 867946 nömrəli elektron qaimələr üzrə Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 may 2022-ci il tarixdə 2811,6 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10 dekabr 2020-ci il tarixli 558/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə müxtəlif vaxtlarda müxtəlif dəyərdə mallar təqdim edilmişdir. Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər edilsə də, cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmiş, onun 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat ödənilməmiş borcu qalmışdır. Buna görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının 17 noyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02408 nömrəli arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və 110 (yüz on) manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “cavabdehdən ödənilmiş 9 (doqquz) manat məbləğində dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, Cavabdehndən ödənilmiş 9 (doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci və ödənilmiş 9 (doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8963 (səkkiz min doqquz yüz altmış üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbi üzrə üzrə hesablanan 108,44 (yüz səkkiz manat qırx dörd qəpik) dövlət rüsumunun ödənilməmiş hissəsi olan 99,44 (doxsan doqquz manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu (108,44 manat-9 manat=99,44 manat) Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 8844 (səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci və ödənilmiş 9 (doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8963 (səkkiz min doqquz yüz altmış üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehndən dövlət nəfinə 99,44 (doxsan doqquz manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar