Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-37/2023 03.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Hüseyn oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 05 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC (əvvəlki adı: "xxxx" QSC) ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli GL173 nömrəli lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və 11417,20 (on bir min dörd yüz on yeddi manat 20 qəpik) manat məbləğində borcun və 200 manat mediasiya xərcinin Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, 16 yanvar 2020-ci ildə lizinq verən "xxxx" QSC (hal-hazırda "xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış GL 173 saylı lizinq müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 60 (altmış) ay müddətinə ödəmək şərtilə 40300 (qırx min üç yüz) manat dəyərində kənd təsərrüfatı texnikası olan bir ədəd “Presbağlayan” sonuncuya lizinqə verilmişdir. Hazırda Lizinq alan liznq müqaviləsinin şərtlərini pozaraq krediti ödəməkdən yayınır. Lizinq alan ilə şifahi danışıqlar fayda vermədiyindən rəsmi olaraq xəbərdarlıq edilsə də, müqavilə öhdəlikləri yerinə yetirilmir. Lizinq müqaviləsinin şərtinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verildikdə, Lizinq alan lizinq obyektini normal aşınma nəzərə alınmaqla, təhvil aldığı vəziyyətdə Lizinq verənə qaytarmalıdır. Həmin müqavilənin şərtlərinə əsasən, Lizinq verənin yazılı razılığı olmadan, lizinq obyekti üçüncü şəxslərin istifadəsinə və ya sahibliyinə verilə bilməz. Həmin müqavilənin şərtlərinə əsasən Lizinq alan lizinq obyektinin müvafiq dövlət orqanlarında sənədləşidirilməsini və ya qeydiyyata alınmasını, təyinatı üzrə səmərəli istifadəsini saz vəziyyətdə saxlanmasını təmin etməlidir. Həmin müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən ödəniş cədvəli üzrə ödənişlər vaxtında həyata keçirilmədikdə, hazırkı müqavilə üzrə müəyyən edilmiş dəbbə məbləğini ödəmək, müqavilə qarşılıqlı razılaşma və ya məhkəmə qərarı ilə ləğv edildikdə isə bütün rüsum və xərclərin ödənilməsini və lizinq obyektini həmin gün Lizinq verənə təhvil verilməsini Lizinq alan təmin etməlidir. 26 avqust 2022-ci il tarixə Lizinq alanın Lizinq verənə ümumi borcu 11417,20 (on bir min dörd yüz on yeddi manat 20 qəpik) manatdır. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 may 2019-cu il tarixli MK 041 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan kənd təsərrüfatı avadanlığı 3 ədəd inkibator saz və işlək vəziyyətdə geri qaytarılması və 11227,35 manat əsas borc və 189,85 manat cərimə borcu olmaqla, ümumilikdə 11417,20 manat borcun və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə yenidən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, iddiaçı “Qlobal Leasinq" ASC ilə Cavabdeh arasında bağlanmış 14 may 2019-cu il tarixli MK 041 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi" xətti ilə verilən subsidia tətbiq edilən X3 Müqaviləsi ləğv edilməsi, lizinq predmeti olan kənd təsərrüfatı avadanlığı olan bir ədəd “Presbağlayan” saz və işlək vəziyyətdə geri qaytarılması və 1365,84 (min üç yüz altmış beş manat 84 qəpik) manat gecikdirilmiş əsas borc və 189,85 (yüz səksən doqquz manat 85 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1555,79 manat məbləğində borcun və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı “Qlobal Leasinq" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Kommersiya işi üzrə 26 yanvar 2023-cü ildə keçirilən məhkəmə baxış iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələrdə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı “Qlobal Leasinq" ASC ilə Cavabdeh arasında bağlanmış Lizinq Müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan kənd təsərrüfatı avadanlığı olan bir ədəd “Presbağlayan”ın saz və işlək vəziyyətdə geri qaytarılması və 26 avqust 2022-ci il tarixinə hesablanmış 1365,84 manat məbləğində gecikdirilmiş əsas borc və 189,85 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1555,79 manat məbləğində borcun və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçı “Qlobal Leasinq" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, 03 fevral 2023-cü ildə keçirilən yekun məhkəmə baxış iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə şifahi olaraq iddia tələbi üzrə dəqiqləşmə apararaq, “lizinq müqaviləsinin ləğv olunması və lizinq predmetinn qaytarılması” barədə iddia tələblərindən imtina etdiyini bildirərək, Cavabdeh yalnız 574,63 manat məbləğində gecikdirilmiş əsas borcun, 31,60 manat məbləğində cərimənin və 200 manat məbləğində mediasiya xərcinin iddiaçı “Qlobal Leasinq" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və bu mövqeyini – hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra Cavabdeh tərəfindən ümumilikdə 2200 manat məbləğində ödəniş edilməsi və hal-hazırda cavabdehin 16 yanvar 2020-ci il tarixli GL173 nömrəli lizinq müqaviləsi üzrə 574,63 manat məbləğində gecikdirilmiş əsas borcunun və 31,60 manat məbləğində cərimə borcunun olması ilə əsaslandırdı. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kommersiya qurumlarının Dövlət Reyestri Məlumatları Bazasındakı rəsmi qeydiyyat məlumatlarından və 15 noyabr 2022-ci il tarixli Çıxarış Məlumatlarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 26 noyabr 2018-ci il tarixdə ********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) təşkilatı hüquqi forması dəyişdirilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir (Çıxarışın verildiyi tarix: - 15 noyabr 2022-ci il; Nömrəsi: - **********133000). İş materiallarında olan satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli 014-GS/20 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması” barədə Müqavilənin 1.1-ci bəndindən görünür ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, «Satıcı» kənd təsərrüfatı texnikalarını yerli istehsal olduqda qiymətləndirilən, idxal texnika olduqda isə gömrük dəyərinin 40 (qırx) faizi həcmində güzəşt tətbiq etməklə «Alıcı»ya satır, «Alıcı» isə həmin güzəşt tətbiq edildikdən sonra Texnikanın qalıq dəyərini əvvəlcədən ödəyir və onu qəbul edir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, texnikanın güzəşt tətbiq edildikdən sonrakı qalıq dəyəri:- 24965,44 manat (iyirmi dörd min doqquz yüz altmış beş manat 44 qəpik) təşkil edir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, Alıcı texnikanı Cavabdeh (VÖEN: **********) maliyyə lizinqinə verilməsi məqsədilə satın alır. İş materiallarında olan satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli 014-GS/20 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması” barədə Müqavilədən görünür ki, satış üçün qiymətləndirilmiş lizinq predmeti olan “Claas Markant 55" (şassi/zavod № ********) markalı "Ot, küləş presləyən” texnikanın ümumi satış qiyməti 40300 (qırx min üç yüz) manat məbləğində dəyərləndirilmiş və güzəşt məbləği 15334,56 (on beş min üç yüz otuz dörd manat 56 qəpik) manat məbləğində tətbiq olunmaqla, onun qalıq dəyəri 24965,44 (iyirmi dörd min doqquz yüz altmış beş manat 44 qəpik) manat məbləğində müəyyən edilərək, alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə satılmışdır (Müqavilənin 1.1-ci bəndi). İş materiallarında olan 16 yanvar 2020-ci il tarixli GL173 nömrəli Lizinq Müqaviləsindən görünür ki, “lizinq verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli GL173 nömrəli Lizinq Müqaviləsinə əsasən Lizinq verən lizinq obyektini Lizinq alanın müraciəti əsasında 60 ay müddətinə Lizinq Ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Müqavilənin müddəalarına uyğun olaraq Lizinq alanın istifadəsinə təqdim edir (müqavilənin 1-ci və 2.1-ci bəndləri). Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, lizinq obyektinin gömrük dəyərinin 40% hissəsi "Lizinq alana" subsidiya formasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına ödənilir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, Lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin 20% hissəsi ilkin ödəniş qaydasında Lizinq verənə ödənilir. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən, Lizinq alan Ödəniş Cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla) Lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən Lizinq Ödənişinin 0,1%-nə bərabər həcmdə dəbbə pulu ödəməlidir. İş materiallarında olan “lizinq verən” İddiaçı ASC ilə “lizinq alan” Cavabdeh arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli GL173 nömrəli Lizinq Müqaviləsi üzrə imzalanmış 16 yanvar 2020-ci il tarixli 1 saylı Əlavədən (Lizinq obyektinin qiyməti) görünür ki, ümumi məbləği 41912 manat dəyərində qiymətləndirilmiş lizinq predmeti olan “Ot, küləş presləyən” – “Claas Markant 55” (Şassi: ********) markalı texnikanın güzəşt məbləği 15334,56 manat məbləğində, ilkin ödənişi 9672 (doqquz min altı yüz yetmiş iki) manat məbləğində, kredit məbləği 16905,44 (on altı min doqquz yüz beş manat 44 qəpik) manat məbləğində və komisiya haqqı kredit məbləğinin 1%-i olmaqla, 169,05 manat məbləğində müəyyən edilmişdir İş materiallarında olan həmin Müqavilənin 1 saylı Əlavəsi ilə təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən, “Lizinq alan” Cavabdeh hər ay müvafiq məbləğlərdə ödəniş etməklə 60 ayadək, yəni 06 iyul 2025-ci il tarixinədək aylıq 281,76 (iki yüz səksən bir manat 76 qəpik) manat məbləğində ödəniş olmaqla, ümumilikdə cəmi 16905,04 manat məbləğində ödəniş etməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş 26 avqust 2022-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, lizinq verən "xxxx" ASC (əvvəlki adı: İddiaçı QSC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli GL173 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi" bağlanmış və bu müqaviləyə əsasən bir ədəd “Ot-küləş presləyən” avadanlığı cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 41912 manat təşkil etmiş və həmin məbləğin 15334,56 manat hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya məbləği kimi qarşılanmışdır. X1nin şərtlərinə əsasən Cavabdeh tərəfindən 9672 manat məbləğində ilkin ödəniş və 169,05 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən bir ədəd “Ot-küləş presləyən” avadanlığı cavabdehə təhvil verildikdən sonra, onun lizinq müqaviləsi üzrə 26 avqust 2022-ci il tarixə 1365,84 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabehin 26 avqust 2022-ci il tarixə 189,85 manat cərimə borcu da mövcuddur. Beləliklə, Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında 16 yanvar 2020-ci il tarixli GL173 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən 26 avqust 2022ci il tarixinə 1365,84 manat gecikdirilmiş əsas borcu, ümumilikdə isə 11417,20 (on bir min dörd yüz on yeddi manat iyirmi qəpik) manat öhdəliyi vardır. İş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş bank ödəniş sənədlərində olan məlumatlarla müəyyən olunur ki, 16 yanvar 2020-ci il tarixli GL173 saylı Lizinq Müqaviləsi üzrə Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-nin bank hesabına məlum müqavilənin bağlanması ilə əlaqədar ilkin ödəniş olaraq - 07 iyun 2019-cu ildə 88,09 manat, 07 iyun 2019-cu ildə 7000 manat, 10 iyul 2019-cu ildə 147 manat və 21 yanvar 2020-ci ildə 2672 manat, komissiyon ödəniş olaraq - 21 yanvar 2020-ci ildə 169,05 manat və qrafik ödənişləri üzrə isə - 08 dekabr 2020-ci ildə 200 manat, 01 fevral 2021-ci ildə 288 manat, 15 fevral 2021-ci ildə 100 manat, 08 may 2021-ci ildə 100 manat, 25 iyun 2021-ci ildə 200 manat, 15 iyul 2021-ci ildə 500 manat, 28 oktyabr 2021-ci ildə 2000 manat, 02 mart 2022-ci ildə 600 manat, 29 aprel 2022-ci ildə 200 manat, 25 iyul 2022-ci ildə 500 manat, 16 sentyabr 2022-ci ildə 1000 manat (xx.xx.2022-ci il tarixli **********/477821254 nömrəli Ödəniş sənədi), 11 noyabr 2022-ci ildə 500 manat (xx.xx.2022-ci il tarixli **********/511997963 nömrəli Ödəniş sənədi), 06 dekabr 2022-ci ildə 500 manat (xx.xx.2022-ci il tarixli **********/524570067 nömrəli Ödəniş sənədi) və 23 yanvar 2023-cü ildə isə 200 manat (xx.xx.2023-cü il tarixli **********/545863546 nömrəli Ödəniş sənədi) məbləğində pul vəsaitləri ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq edilən sənədlərlə müəyyən olunur ki, lizinq verən İddiaçı ASC ilə lizinq alan Cavabdeh arasında “bir ədəd kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə lizinqə verilməsi” üçün 16 yanvar 2020-ci il tarixli GL173 nömrəli Lizinq Müqaviləsi bağlanmış və həmin Müqavilənin icrası ilə əlaqədar lizinq verən İddiaçı ASC - “alıcı” olaraq, satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 29 yanvar 2020-ci il tarixli 014-GS/20 nömrəli “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması” barədə Müqavilə əsasında ümumi dəyəri 40300 manat olan “Claas Markant 55" markalı "Ot, küləş presləyən” texnikanı 15334,56 manat güzəşt məbləği tətbiq olunmaqla, cəmi 24965,44 manata alaraq, həmin texnikanı 9672 manat məbləğində ilkin ödəniş və 169,05 manat məbləğində komissiyon haqqı ödənildikdən sonra qalan 16905,04 manat məbləğində lizinq məbləğinin hər ay (aylıq) 281,76 manat ödəniş olunmaqla 60 ay müddətinə, yəni 06 iyul 2025-ci il tarixinədək lizinq alan Cavabdeh lizinqə vermişdir. X1 üzrə lizinq alan tərəfindən mütəmadi olaraq ödənişlər edilmiş olsa da, bu ödənişlərin bəziləri Ödəniş Cədvəlində nəzərdə tutulan aylıq dövriyyəyə riayət edilməməklə icra olunmuş və buna görə də, onun 26 avqust 2022-ci il tarixinə 1365,84 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Lakin, iddiaçı tərəfin təqdim etdiyi ödəniş sənədlərinə əsasən müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən 16 sentyabr 2022-ci ildə 1000 manat, 11 noyabr 2022-ci ildə 500 manat, 06 dekabr 2022-ci ildə 500 manat və 23 yanvar 2023-cü ildə isə 200 manat olmaqla, ümumilikdə cəmi 2200 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, bu da hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmasına səbəb olmuş “1365,84 manat məbləğində gecikdirilmiş əsas borc” məbləğindən çoxdur. Yəni, iddia tələbində qeyd olunan və tutulması tələb olunan “1365,84 manat məbləğində gecikdirilmiş əsas borc” məhkəmə prosesi zamanı tam ödənilmişdir. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, Lizinq alanın məlum müqavilə üzrə ödənişlərinin tam və dəqiq müəyyən edilməsi üçün müvafiq bank hesabından çıxarış iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış və məlum hesabat yalnız iddiaçı tərəfin təqdim etmiş olduğu ayrı-ayrı “ödəniş” sənədləri ilə aparılmışdır. Ona görə də, bank hesab çıxarışı olmaması səbəbindən, cavabdehin ödənişlərini təsdiq edən sənədlərin hamısının məhkəməyə təqdim edilmiş olması birmənalı olaraq müəyyən edilməsə də, elə həmin “ödəniş” sənədlərinin özləri də 26 avqust 2022-ci il tarixinə hesablanmış 1365,84 manat məbləğində gecikdirilmiş əsas borcun hal-hazırda tam ödənilmiş olmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus “kənd təsərrüfatı texnikasının” lizinqə verilməsi ilə əlaqədar bağlanmış 16 yanvar 2020-ci il tarixli GL173 nömrəli Lizinq Müqaviləsi üzrə “lizinq alan” Cavabdeh lizinq ödənişlərini ödəməkdən boyun qaçırmır və mütəmadi olaraq ödənişlərini həyata keçirir. Lakin, Müqavilə üzrə ödənişlər aparılarkən bəzən Ödəniş Cədvəlində müəyyən edilmiş tarixlərdən kənara çıxmaların və yubanma hallarının olmasının isə kənd təsərrüfatı texnikasını lizinqlə alanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərməsi və bu sahənin xüsusiyyətləri ilə izah oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, Cavabdeh qarşı yekun olaraq 06 dekabr 2022-ci ildə verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə nəzərdə tutulan “iddiaçı “Qlobal Leasinq" ASC ilə Cavabdeh arasında bağlanmış 14 may 2019-cu il tarixli MK 041 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi" xətti ilə verilən subsidia tətbiq edilən X3 Müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan kənd təsərrüfatı avadanlığı olan bir ədəd “Presbağlayan” saz və işlək vəziyyətdə geri qaytarılması və 1365,84 (min üç yüz altmış beş manat 84 qəpik) manat gecikdirilmiş əsas borc və 189,85 (yüz səksən doqquz manat 85 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1555,79 manat məbləğində borcun Cavabdeh tutularaq iddiaçı “Qlobal Leasinq" ASC-yə ödənilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır. Bundan əlavə, məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı "xxxx" ASC (əvvəlki adı: "xxxx" QSC) ilə Cavabdeh arasında 16 yanvar 2020-ci il tarixli GL173 nömrəli lizinq müqaviləsi bağlanmasına və mübahisənin predmeti olan lizinq ödənişlərinin həmin müqavilə əsasında yaranmış olmasına baxmayaraq, hazırkı iddia tələbində tərəflər arasında bağlanmış “14 may 2019-cu il tarixli MK 041 saylı” Lizinq Müqaviləsinin ləğv edilməsi xahiş olunmuşdur ki, bu “müqavilə”nin də olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, 03 fevral 2023-cü ildə iş üzrə keçirilən yekun məhkəmə baxış iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə şifahi olaraq iddia tələbi üzrə dəqiqləşmə apararaq, “lizinq müqaviləsinin ləğv olunması və lizinq predmetinn qaytarılması” barədə iddia tələblərindən imtina etdiyini bildirərək, Cavabdeh yalnız “574,63 manat məbləğində gecikdirilmiş əsas borcun və 31,60 manat məbləğində cərimənin” tutulmasını xahiş etsə də, cavabdehin qeyd olunan tarixdə həqiqətən də həmin məbləğlərdə borcunun olmasını təsdiq edən və mötəbər sübut hesab ediləcək rəsmi sənədlər (maliyyə arayışı, bank hesabından çıxarış və s.) məhkəməyə təqdim olunmamışdır (26 avqust 2022-ci il tarixli maliyyə arayışında nəzərdə tutulan borc məbləği isə tam ödənilmişdir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-37/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-37/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver