Məhkəmə qərarları › İş №e-2-2(119)-383/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-383/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-383/2020 02.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 oğlunun iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında, İddiaçı QSCyə məxsus olan malların Cavabdeh tərəfindən satışının həyata keçirilməsinə dair münasibətləri və satış şərtlərini əks etdirən xx xxxxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı QSC Cavabdeh özünə məxsus olan malları təklif edir. Cavabdeh bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapır. Aldığı mala görə cavabdehin İddiaçı QSC-yə borcu yaranmışdır. xx xxxx 2019-cu il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktından görünür ki, xx xxxxxx 2019-cuil tarixinin sonuna Cavabdeh İddiaçı QSC-yə borcu 16016,90 manat təşkil edir. Həmçinin, aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ona görə də, gecikmə 12 ay təşkil etdiyindən Cavabdeh gecikdirilmiş müddət üçün 800 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu da daxil olmaqla 16846 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, 01846 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən cavabdehə özünə məxsus olan malları təklif edir. Cavabdeh tərəfindən tərəflərin razılaşdırdıqları şərtlərə uyğun olaraq bu malların satışı həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmalıdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki, 2020ci ilin iyul ayının sonuna Cavabdeh İddiaçı QSC-yə borc qalığı 14058,23 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 933/İ №-li pretenziya məktubundan görünür ki, Cavabdeh borcun tez bir zamanda İddiaçı QSC-yə ödəməli olduğu, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh İddiaçı QSC-yə məxsus olan malların satışının həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Lakin, iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Hazırda, İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 16846 manat pulun tutulmasını tələb edir. İddia ərizəsində tələb olunan məbləğin 14058,23 manatı iş materiallarında olan üzləşmə aktında öz təsdiqini tapsa da, qalan hissəsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh 14058,23 manat məbləğində pul tutularaq, İddiaçı QSC-yə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 14058,23 (on dörd min əlli səkkiz manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 17%iddiaçıya, 83%-i cavabdehə aid edilsin. Cavabdehdən 25 (iyirmi beş) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar