Məhkəmə qərarları › İş №e-2-2(119)-391/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-391/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-391/2021 06.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin cavabdeh Əhmədov Elçı̇ n Vaqı̇ f oğluna qarşı pul tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 999,07 (doqquz yüz doxsan doqquz manat 07 qəpik) manat əsas borc və 329 (üç yüz iyirmi doqquz) manat cərimə borcu və 30 manat dövlət rüsumunun, ümumilikdə 1358,07(min üç yüz əlli səkkiz manat 07 qəpik) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020cü il tarixdə “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı (“xxxx” MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri “Alıcı”ya (Cavabdeh) onun mülkiyyətinə verməyi, “Alıcı” isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı tərəfindən cavabdehə ZAF51900580 nömrəli xx.xx.2020-cu il tarixli, ZAF51983875 nömrəli xx.xx.2020-cu il tarixli Malların Təhvil-Qəbul Aktları əsasında ƏDV xaric ümumilikdə 999.07 (doqquz yüz doxsan doqquz manat 07 qəpik) manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmiş, borclu bu günə qədər heç bir ödəniş etməmişdir. “Məhsulların alğı-satqı” Müqaviləsinin 6.2-ci bəndinə görə ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin Müqavilənin 6.3-ci bəndinə görə “Alıcı” tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1% miqdarında, gecikdirilən günlərin sayı 30(otuz) gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2% miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 (beş) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2020-cu il tarixində qəbul olunmuş, borclu iddiaçının əməkdaşları ilə əlaqə saxlayaraq xx.xx.2020-ci il tarixə qədər borcunu tam bağlayacağına söz vermiş, lakin, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmişdir. Buna görə iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Əmraslanov iddia ərizəsinin məzununa uyğun izah verərək iddianın təmin olunması xahiş etmişdir. Cavahdeh Cavabdeh borcu qəbul edərək, borcun yaranmasına səbəb kimi pandemiya ilə əlaqədar olaraq fəaliyyət göstərə bilməməsini, habelə mağazasında oğurluq hadisəsinin baş verməsini göstərmiş, borcu hissə-hissə ödəməyə hazır olduğunu, buna görə ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, tərəflərin izahlarını dinləyib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Məhsulların alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı özünün istehsal etdiyi müxtəlif ceşidli sərinləşdirici spritsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir.Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən Bu müqavilə şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən alıcı tərəfindən məhsulların faktura və ya tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 %-i miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 %-i miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və 12(on iki) ay müdətində qüvvədədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 864528 nömrəli xx.xx.2020-cu il tarixli 928509 nömrəli malların təhvil-qəbul aktlarında görünür ki, dəyəri 999,07manat (ƏDV daxil olmaqla) olan İddiaçı MMC istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkilər Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh oğlunun İddiaçı MMC –yə ödənilməmiş 999,07 manat borcu qalmışdır İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu göndərilərək sözügedən müqavilə əsasında verilmiş məhsulların dəyərinin “xxxx” MMC –yə qaytarılması xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki Cavabdeh xəbərdarlığa əməl etməmiş və sözügedən müqavilə əsasında ödənilməmiş borc pulu İddiaçı MMC-yə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Eyni zamanda Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırılması zamanı iddiaçı – satıcı ilə, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı - fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında bağlanılmış xx.xx.2020-ci il tarixdə “məhsulların alğı-satqı” müqaviləsi əsasında cavabdehin iddiaçıya 999,07 manat borcunun qalması öz təsdiqini tampmışdır. İddiaçı qeyd edilən borcla yanaşı müqavilənin müvafiq şərtlərinə istinad etməklə 329 (üç yüz iyirmi doqquz) manat cərimə məbləğini də tələb edir. Mülki Məcəllənin 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçının tələb etdiyi cərimənin borc məbləğinə münasibətdə mütənasib olmaması nəticəsinə gəlməklə, habelə cavabdehin əmlak vəziyyətini nəzərə almaqla onun 100 manatadək azaldılmasını məqsədəuyğun hesab edir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 999,07 manat əsas borcu, 100 manat cərimə pulu və 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləği münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏSİ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 999.07(doqquz yüz doxsan doqquz manat yeddi qəpik)AZN əsas borc və 100 (yüz manat) AZN cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsum, ümumilikdə 1129.07 (min üç iyirmi doqquz manat yeddi qəpik) AZN pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar