Məhkəmə qərarları › İş №e-2-2(119)-392/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-392/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-392/2023 15.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının İddiaçı cavabdeh Qazaxıstan Respublikasının "Cavabdeh" X1rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Qazaxıstan Respublikasının "Cavabdeh" X1rşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 37599,56 ABŞ dolları məbləğində borcun, 400 manat məbləğində mediasiya xərcinin və 200 manat məbləğində vəkil xərcinin Qazaxıstan Respublikasının “Cavabdeh” X2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş borclu “Cavabdeh” X5 ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən çatdırılmış mallara görə 37749,18 (otuz yeddi min yeddi yüz qırx doqquz ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində borc uzun müddətdir ödənilmir. Borclu “Cavabdeh” şirkəti 001-265 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda borcunu açıq və aydın şəkildə etiraf etmişdir. **********8821 nömrəli, xx.xx.2022-ci il tarixli və **********8238 nömrəli, xx.xx.2021-ci il tarixli gömrük bəyannamələrinə əsasən müxtəlif mallar “Cavabdeh" şirkətinə təhvil verilməsi üçün Qazaxıstan Respublikasına göndərilmişdir. İddiaçıya məxsus xx.xx.2023-cü il tarixli "xxxx" ASC-dəki bank hesabından çıxarışından görünür ki, göndərilmiş mallar müqabilində borclu “Cavabdeh" şirkəti müxtəlif vaxtlarda 8031,60 ABŞ dolları, 18153,84 ABŞ dolları, 93 053,78 ABŞ dolları, 89972.50 ABŞ dolları olmaqla, cəmi 209211,72 ABŞ dolları məbləğində ödəniş etmişdir. Lakin cavabdeh uzun müddətdir ki, yerdə qalan 37749,18 ABŞ dolları məbləğində borcun ödənişindən əsassız imtina edir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində mediasiya xərci və hüquqi yardıma görə 200 manat məbləğində vəkil xərci ödənilmişdir. Borclu ilə bağlanılmış alqısatqı müqavilələrinin 9.2-ci və 9.3-cü bəndlərinə əsasən müqavilə üzrə mübahisələrin Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməsi razılaşdırılmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh "Cavabdeh" X5 məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan satıcı Azərbaycan Respublikasının İddiaçı (VÖEN **********) ilə alıcı Qazaxıstan Respublikasının "Cavabdeh" X5 (VÖEN ************) arasında bağlanmış 21 sentyabr 2021-ci il tarixli 0124/21092021-KZ nömrəli və 09 iyun 2022-ci il tarixli STP-SD-202200217 nömrəli alqı-satqı müqavilələrinə əsasən “satıcı” texniki xüsusiyyətləri, dəyəri, təchizat müddəti və şərtləri müqaviləyə Əlavələrdə göstərilən malları satmağı, “alıcı” isə həmin məhsulları Əlavələrdə razılaşdırılmış şərtlərə uyğun olaraq qəbul edib dəyərini ödəməyi öz öhdələrinə götürürlər. İş materiallarından görünür ki, 21 sentyabr 2021-ci il tarixli 0124/21092021-KZ nömrəli müqavilə üzrə İddiaçı tərəfindən "Cavabdeh" X4 91442,40 ABŞ dolları dəyərində, 1848 metr uzunluqda, 12330 kq çəkidə kabellərin satılması barədə 388/21 nömrəli 20 oktyabr 2021-ci il tarixli hesab faktura təqdim edilmişdir. İş materiallarından görünür ki, 21 sentyabr 2021-ci il tarixli 0124/21092021-KZ nömrəli müqavilə üzrə İddiaçı tərəfindən "Cavabdeh" X4 9757,40 ABŞ dolları dəyərində, 1772 metr uzunluqda, 1600 kq çəkidə kabellərin satılması barədə 389/21 nömrəli 22 noyabr 2021-ci il tarixli hesab faktura təqdim edilmişdir. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli, **********8238 nömrəli gömrük bəyannaməsindən görünür ki, də İddiaçı tərəfindən ümumi dəyəri 101199,80 ABŞ dolları olan mis kabellər "Cavabdeh" X4 verilməsi üçün Qazaxıstan Respublikasına ixrac edilmişdir. İş materiallarında olan 001060 nömrəli, xx.xx.2021-ci il tarixli beynəlxalq əmtəənəqliyyat qaiməsindən (CMR) görünür ki, ümumilikdə 13930 kq çəkidə, 3620 metr uzunluqda kabel İddiaçı MMC tərəfindən “X6” LLC-yə məxsus nəqliyyat vasitəsi ilə borclu “Cavabdeh" X4 göndərilmişdir. İş materiallarından görünür ki, 09 iyun 2022-ci il tarixli STP-SD-202200217 tarixli müqavilə üzrə İddiaçı tərəfindən "Cavabdeh" X4 126752,68 ABŞ dolları dəyərində, 15575 metr uzunluqda, 16756 kq çəkidə kabellərin satılması barədə 241/22 nömrəli, 10 iyun 2022-ci il tarixli hesab faktura təqdim edilmişdir. İş materiallarından görünür ki, 09 iyun 2022-ci il tarixli STP-SD-202200217 tarixli müqavilə üzrə İddiaçı tərəfindən "Cavabdeh" X4 18008,42 ABŞ dolları dəyərində, 3862 mert uzunluqda, 3423 kq çəkidə kabellərin satılması barədə 242/22 nömrəli 10 iyun 2022ci il tarixli hesab faktura təqdim edilmişdir. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli, **********48821 nömrəli gömrük bəyannaməsindən görünür ki, 14 iyun 2022-ci il tarixdə İddiaçı tərəfindən ümumi dəyəri 144761,10 ABŞ dolları olan mis kabellər "Cavabdeh" X4 verilməsi üçün Qazaxıstan Respublikasına ixrac edilmişdir. İş materiallarında olan 129959 nömrəli, xx.xx.2022-ci il tarixli beynəlxalq əmtəənəqliyyat qaiməsindən (CMR) görünür ki, ümumilikdə 20179 kq çəkidə, 19437 metr uzunluqda mallar İddiaçı MMC tərəfindən “Pashaoglu Transportation” LLC-yə məxsus nəqliyyat vasitəsi ilə borclu “Cavabdeh" X4 göndərilmişdir. İş materiallarında olan İddiaçı "xxxx" ASC-də olan xx.xx.2023-cü il tarixli bank hesabından çıxarışından görünür ki, göndərilmiş kabellər müqabilində borclu “Cavabdeh" X5 27 sentyabr 2021-ci il tarixdə 8031,60 ABŞ dolları, 08 oktyabr 2021-ci il tarixdə 18153,84 ABŞ dolları, 15 noyabr 2021-ci il tarixdə 93053,78 ABŞ dolları, 16 iyun 2022-ci il tarixdə 89972,50 ABŞ dolları olmaqla, ümumilikdə 209211,72 ABŞ dolları məbləğində ödənişlər etmişdir. İş materiallarında olan cavabdeh "Cavabdeh" X3 İddiaçınə ünvanlanmış 02 fevral 2023-cü il tarixli 001-265 nömrəli məktubunda göstərilir ki, “Cavabdeh" X3 xx.xx.2022-ci il tarixli STP-SD-202200217 nömrəli alqı-satqı müqaviləsinə əsasən onlara tədarük edilmiş mallara görə xx.xx.2023-cü il tarixinə İddiaçınə 37599,56 (otuz yeddi min beş yüz doxsan doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində borcu var və borcun yaxın gələcəkdə ödəniləcəyinə zəmanət verilir. Bununla yanaşı məktubda “Cavabdeh" X3 borcla bağlı İddiaçı tərəfindən göndərilən iddia məktublarını və ilkin mediasiya sessiyasının keçirilməsinə dair təklifi aldığı, təklif edilən vasitəçi ilə bağlı heç bir etirazlarının olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 21 sentyabr 2021-ci il tarixli 0124/21092021-KZ nömrəli və 09 iyun 2022-ci il tarixli STP-SD-202200217 nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəfindən müvafiq mis kabellər cavabdehə göndərilmiş, lakin cavabdeh "Cavabdeh" X5 tərəfindən müəyyən ödənişlər həyata keçirilsə də, öhdəlik tam icra edilməyərək malların hamısının dəyəri ödənilməmişdir. Cavabdeh "Cavabdeh" X5 tərəfindən İddiaçınə ünvanlanmış 02 fevral 2023-cü il tarixli 001-265 nömrəli məktubda iddiaçıya 37599,56 (otuz yeddi min beş yüz doxsan doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində borcları olduğu qeyd olunmuşdur. Buna görə də, hazırkı iddia ərizəsində həmin 37599,56 (otuz yeddi min beş yüz doxsan doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları borcun cavabdeh “Cavabdeh" X2 İddiaçı xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “Cavabdeh" X5 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də İddiaçı xeyrinə Cavabdeh" X2 37599,56 (otuz yeddi min beş yüz doxsan doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Qazaxıstan Respublikasının "Cavabdeh" X2 (VÖEN ************) 37599,56 (otuz yeddi min beş yüz doxsan doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində borc tutularaq iddiaçı Azərbaycan Respublikasının İddiaçınə (VÖEN **********) ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən hüquqi yardımla əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti və iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "Cavabdeh" X5 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, cavabdeh "Cavabdeh" X2 dövlət nəfinə 281,76 (iki yüz səksən bir manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Qazaxıstan Respublikasının "Cavabdeh" X2 (VÖEN ************) 37599,56 (otuz yeddi min beş yüz doxsan doqquz ABŞ dolları əlli altı sent) ABŞ dolları məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının İddiaçınə (VÖEN **********) ödənilsin. Cavabdeh "Cavabdeh" X2 dövlət nəfinə 281,76 (iki yüz səksən bir manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar