Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-395/2021 07.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 02 fevral 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 iyun 2020-ci il tarixli 20/29 saylı alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən yaranmış və ödənilməmiş 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğində əsas borc, 6268,24 (altı min iki yüz altmış səkkiz manat 24 qəpik) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 56196,14 (əlli altı min yüz doxsan altı manat 14 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 fevral 2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. 11 iyun 2020-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında 20/29 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC Cavabdeh malları satmağı, cavabdeh isə müqavilənin 5.1.1-ci maddəsinə əsasən malı qəbul edib Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə, yəni hər ay bərabər hissələrlə 3 aydan gec olmayaraq malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satılmış malların dəyəri cəmi 54747,90 manat olduğu halda, cavabdeh tərəfindən edilmiş 5000 manat ödənişdən başqa, heç bir ödəniş həyata keçirilməmişdir. Bu Müqavilənin 5.3cü maddəsinə görə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında Satıcı Alıcıdan hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 6268,24 (altı min iki yüz altmış səkkiz manat iyirmi dörd qəpik) manat təşkil edir. Beləliklə, Cavabdeh İddiaçınə ödəməli olduğu borc məbləğinin həcmi 56016,14 (əlli altımin on altı manat on dörd qəpik) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə 29 dekabr 2020-ci il tarixində AG-91/20 nömrəli pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 10 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrinin məzmunu qeyd olunur). Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 11 iyun 2020-ci il tarixli 20/29 nömrəli alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən yaranmış və ödənilməmiş 49747,90 manat məbləğində əsas borc, 6268,24 manat məbləğində penya, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 150 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə cəmi 56196,14 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, fərdi sahibkar olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar onunla İddiaçı arasında bağlanmış 11 iyun 2020-ci il tarixli 20/29 saylı Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən hal-hazırda iddiaçıya cəmi 49747,90 manat məbləğində əsas borcunun qaldığını təsdiq etdi və eyni zamanda, məlum müqavilə üzrə aldığı gübrə və kənd təsərrüfatı dərmanlarını satmış olduğu fermerlər pulun ödənilməsini gecikdirdikləri üçün iddiaçıya olan borcunu ödəyə bilmədiyini, borcun ödənilməməsində təqsiri olmadığı üçün iddiaçı tərəfindən cərimə borcu kimi ondan tələb edilən pulu qəbul etmədiyini və ondan cərimə tutulmasına razı olmadığını, iddia tələbi üzrə ondan 49747,90 manat məbləğində borcun iddiaçının xeyrinə tutulmasına etiraz etməsə də, həmin borcu hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 11 iyun 2020-ci il tarixli 20/29 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”nı mütəmadi olaraq bu Müqavilənin Əlavələrində qeyd olunmuş məhsulla (bundan sonra “Mal”) təmin edir, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə Razılaşma ilə müəyyən olunur. Həmin Müqavilənin 5.1.1-ci bəndinə əsasən, malların ümumi dəyəri müqavilə bağlandıqdan etibarən hər ay bərabər hissə olmaqla 3 aydan gec olmamaq şərtilə ödənilməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, “Satıcı” ödənişin təsdiqi olaraq “Alıcı’ya çek təqdim edir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında “Satıcı” “Alıcı”dan hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,1%-i miqdarında cərimə tələb edə bilər. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, ödənişlərin həyata keçirilməsi 1 (bir) aydan daha uzun müddətə gecikdirilməsi “Satıcı” tərəfindən müqaviləyə xitam verilməsi üçün əsasdır. İş materiallarında olan 11 iyun 2020-ci il tarixli 001 nömrəli X2 və 11 iyun 2020-ci il tarixli 071 nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 32099 manat məbləğində olmaqla, müxtəlif adda məhsulların (Nova Peak 0-52-34, Nova Mag-S, Nova Mag-N, Calsium Nitrate (Himdivison), Nova Map 12-61-0, Nova NK 13-0-46, Polyamix 18-18-18, Polyamix 20-20-20 və Nitric Acide 60%) satılması razılaşdırılmış və 11 iyun 2020-ci il tarixli 071 nömrəli Qaimə-Faktura əsasında həmin Razılaşmada sadalanan və ümumi qiyməti 32099 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 20 iyun 2020-ci il tarixli 002 nömrəli X2 və 20 iyun 2020-ci il tarixli 076 nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 2325 manat məbləğində məhsulun (Nitric Acide 60%) satılması razılaşdırılmış və 20 iyun 2020-ci il tarixli 076 nömrəli Qaimə-Faktura əsasında həmin Razılaşmada sadalanan və ümumi qiyməti 2325 manat olan həmin məhsul alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli 003 nömrəli X2 və 24 iyun 2020-ci il tarixli 083 nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 1162,80 manat məbləğində məhsulun (Nitric Acide 60%) satılması razılaşdırılmış və 24 iyun 2020-ci il tarixli 083 nömrəli Qaimə-Faktura əsasında həmin Razılaşmada sadalanan və ümumi qiyməti 1162,80 manat olan həmin məhsul alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 22 iyul 2020-ci il tarixli 004 nömrəli X2 və 22 iyul 2020-ci il tarixli 101 nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 9588 manat məbləğində məhsulların (Nova NK 13-0-46 və X3 CA) satılması razılaşdırılmış və 22 iyul 2020-ci il tarixli 101 nömrəli Qaimə-Faktura əsasında həmin Razılaşmada sadalanan və ümumi qiyməti 9588 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 11 avqust 2020-ci il tarixli 005 nömrəli X2 və 14 avqust 2020ci il tarixli 117 nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 2340 manat məbləğində məhsulun (Nova MAP 12-61-0) satılması razılaşdırılmış və 14 avqust 2020-ci il tarixli 117 nömrəli Qaimə-Faktura əsasında həmin Razılaşmada sadalanan və ümumi qiyməti 2340 manat olan həmin məhsul alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 17 avqust 2020-ci il tarixli 006 nömrəli X2 və 17 avqust 2020ci il tarixli 123 nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 7232,50 manat məbləğində məhsulların (Terraflex 17-7-21+3MgO+TE və Terraflex 15-8-25+3.5MgO+TE) satılması razılaşdırılmış və 17 avqust 2020-ci il tarixli 123 nömrəli Qaimə-Faktura əsasında həmin Razılaşmada sadalanan və ümumi qiyməti 7232,50 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 19 yanvar 2021-ci il tarixli AG-06/21 nömrəli Maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında 11 iyun 2020-ci il tarixində bağlanmış 20/29 nömrəli Alqı-satqı Müqaviləsinə və onun Əlavələrinə əsasən ümumi dəyəri 54747,90 manat olan mallar sonuncuya satılmışdır. Lakin, cavabdeh tərəfindən qeyd olunan məbləğin cəmi 5000 manatı ödənilmiş, qalan 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğ isə ödənilməmişdir. Tərəflər arasında bağlanmış Alqı-satqı Müqaviləsinin 5.3-cü maddəsinə görə gecikdirilən hər gün üçün Müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında cərimə tətbiq edilir ki, bu maddəyə əsasən hesablanmış cərimə məbləği 6268,24 (altı min iki yüz altmış səkkiz manat 24 qəpik) manat təşkil edir. Beləliklə, Cavabdeh 15 yanvar 2021-ci il tarixinədək İddiaçınə 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğində əsas borcu və gecikdirilmiş günlərə görə hesablanmış 6268,24 (altı min iki yüz altmış səkkiz manat 24 qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan nağdsız ödəmə ilə əlaqədar tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli 006XOH********** nömrəli bank sənədi ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən nümayəndə - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqi xidmətləri ilə əlaqədar Bakı şəhəri 6 saylı Vəkil Bürosunun bank hesabına 150 (yüz əlli) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir edilənlərlə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 11 iyun 2020-ci il tarixli 20/29 nömrəli Alqı-satqı Müqaviləsi və həmin Müqavilə üzrə imzalanmış 11 iyun 2020-ci il tarixli 001 nömrəli, 20 iyun 2020-ci il tarixli 002 nömrəli, 24 iyun 2020-ci il tarixli 003 nömrəli, 22 iyul 2020-ci il tarixli 004 nömrəli, 11 avqust 2020-ci il tarixli 005 nömrəli və 17 avqust 2020-ci il tarixli 006 nömrəli X1 əsasən satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 54747,90 manat dəyərində mineral gübrə və pestisidlər, o cümlədən bitki mühafizə vasitələri satılmış olsa da, həmin pulun cəmi 49747,90 manat hissəsi Alıcı (cavabdeh) tərəfindən Satıcıya (iddiaçıya) ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 49747,90 manat məbləğində əsas borcun və həmin borc üzrə ödənişin gecikdirildiyinə görə 15 yanvar 2021-ci il tarixinədək hesablanmış cəmi 6268,24 manat məbləğində cərimənin cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, cavabdeh Cavabdeh İddiaçı MMC ilə bağlanmış 11 iyun 2020-ci il tarixli 20/29 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 6268,24 manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 2000 (iki min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh (VÖEN **********) 49747,90 manat məbləğində əsas borc və 2000 manat məbləğində cərimə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman hüquqi yardımla əlaqədar ödəmiş olduğu 150 (yüz əlli) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 51927,90 (əlli bir min doqquz yüz iyirmi yeddi manat 90 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-395/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-395/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver