Məhkəmə qərarları › İş №e-2-2(119)-395/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-395/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-395/2023 14.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 1791,96 manat (min yeddi yüz doxsan bir manat 96 qəpik) borc və 60 manat (altmış) mediasiya xərci olmaqla, cəmi 1851,96 manat (min səkkiz yüz əlli bir manat 96 qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2021-ci il tarixli, SFR21/279 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçındən cəmi 1791,96 manat (min yeddi yüz doxsan bir manat 96 qəpik) dəyərində müxtəlif mallar alınsa da, həmin malların dəyəri hazırkı vaxtadək cavabdeh tərəfindən İddiaçınə ödənilməmişdir. Ödənişin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cababdehə 533632 nömrəli xx.xx.2021-ci il tarixli və 533633 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir. Bununla bağlı dəfələrlə cababdeh Cavabdeh direktoru Nümayəndə2 ilə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cababdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanları tərəflər arasında imzalanmış 31 may 2021-ci il tarixli “Qarşılıqlı üzləşmə aktı” da təsdiq edir. Göründüyü kimi, Cavabdeh alınan malların dəyərini hazırkı vaxtadək ödəməmiş və müqavilə üzrə öhdəliyini icra etməmişdir. İddiaçı 07 iyun 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək Cavabdehndən 1791,94 manat (min yeddi yüz doxsan bir manat 94 qəpik) borc və 60 manat (altmış) mediasiya xərci olmaqla, cəmi 1851,94 manat (min səkkiz yüz əlli bir manat 94 qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan şirkət - İddiaçı (VÖEN **********) ilə müştəri - Cavabdeh (VÖEN **********) ilə arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli, SFR21/279 nömrəli məhsulların alqı-satqı müqaviləsinə əsasən “şirkət” mülkiyyətində olan müxtəlif növ malları “müştəri”yə satmaqla onun mülkiyyətinə verməyi, “müştəri” isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “şirkət"ə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu iaşə obyektlərində satmağı öz öhdəsinə götürür. İş materiallarında olan 16 fevral 2021-ci il tarixli EBAX seriyalı 533632 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 1111,50 (min yüz on bir manat 50 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 16 fevral 2021-ci il tarixli EBAX seriyalı 533633 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil cəmi 1880,44 (min səkkiz yüz səksən manat 44 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 16 fevral 2021-ci il tarixli 715982 nömrəli “Malların təhvil-qəbul aktı”ndan görünür ki, 1111,51 manat dəyərində mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 16 fevral 2021-ci il tarixli 715993 nömrəli “Malların təhvil-qəbul aktı”ndan görünür ki, 1880,45 manat dəyərində mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 241469 nömrəli kassa mədaxil orderindən görünür ki, 19 aprel 2021-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçınə 1200 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 31 may 2021-ci il tarixli “Qarşılıqlı üzləşmə aktı”nda göstərilir ki, Cavabdeh İddiaçınə 1791,96 manat dəyərində borcu var Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 05 yanvar 2021ci il tarixli, SFR21/279 nömrəli məhsulların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 2991,94 (iki min doqquz yüz doxsan bir manat 94 qəpik) manat dəyərində malları Cavabdehnə təhvil vermişdir. Cavabdeh tərəfindən 1200 (min iki yüz) manat məbləğində ödəniş edilsə də, cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə də, hazırkı iddia tələbində ödənilməmiş 1791,94 (min yeddi yüz doxsan bir manat 94 qəpik) manat məbləğində borcun Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh Sun Food” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 1791,94 (min yeddi yüz doxsan bir manat doxsan dörd qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 1791,94 (min yeddi yüz doxsan bir manat doxsan dörd qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 37,92 (otuz yeddi manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 1791,94 (min yeddi yüz doxsan bir manat doxsan dörd qəpik) manat məbləğində borc və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1851,94 (min səkkiz yüz əlli bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən dövlət nəfinə 37,92 (otuz yeddi manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar