Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-398/2021 05.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı 3.121.354,83 (üç milyon yüz iyirmi bir min üç yüz əlli dörd manat, səksən üç qəpik) manat əsas borc, 3.818.504,68 (üç milyon səkkiz yüz on səkkiz min beş yüz dörd manat, altmış səkkiz qəpik) manat cərimə, cəmi 6.939.859,51 (altı milyon doqquz yüz otuz doqquz min səkkiz yüz əlli doqquz manat, əlli bir qəpik) manat borcun və 30 manat dövlət rüsumunun, vəkillə bağlanan müqavilə üzrə 20.000 (iyirmi min) manatın alınıb İddiaçı MMC-yə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək cavabdehdən 3 121 354,83 manat (üç milyon yüz iyirmi bir min üç yüz əlli dörd manat, səksən üç qəpik) əsas, müqavilənin 6.3-cü bəndinə əsasən 4 878 706.76 (dörd milyon səkkiz yüz yetmiş səkkiz min yeddi yüz altı manat, yetmiş altı qəpik) AZN cərimə, cəmi 8 000 061,60 (səkkiz milyon altmış bir manat, altmış qəpik) manat borcun və 30 manat dövlət rüsumunun və vəkillə bağlanan müaqvilə üzrə 20 000 (iyirmi min) manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının qanuni təmsilçisi 29.09.2021-ci il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək hazırda tərəflərin aralarında olan mübahisəni barışıq yolu ilə həll etdklərini bildirərək iddianın baxılmamış saxlanılmasını və iş üzrə iddianın təmin tədbirinin ləğv edilməsini xahiş etmişdir. 29.09.2021-ci il tarixdə cavabdehin qanuni təmsilçisi məhkəməyə elektron ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli və iddiaçının cavabdehə qarşı müqavilə üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddianın təmini tədbiri də ləğv olunmalıdır. Belə ki, MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 3 mart 2011-ci il tarixli qərarının 15-ci bəndinə görə iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən seriya RX, №0163179 saylı çıxarışa əsasən Cavabdeh MMC-yə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisənin üzərində sərəncam vermək hüququnun Cavabdeh MMC-yə qadağan olunması barədə iddianın təmini tədbiri ləğv edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-398/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-398/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver