Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-402/2021 12.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, İddiaçınin cavabdeh “xxxx” MMC-yə qarşı maddi ziyanın və dəymiş zərərin ödənilməsi tələbinə dair barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehə qarşı alqı-satqı müqaviləsinin icra edilməməsindən yaranan maddi ziyanın və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı işdə iddiaçının adından verilmiş iddia ərizəsi elektron imza ilə Vəkil tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə iddiaçı tərəfindən deyil, Bolqarıstan Respublikasının vətəndaşı, fiziki şəxs X1 tərəfindən Vəkil təmsil etmə ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə əlavə edilmişdir. Həmin etibarnamədə Vəkil iddiaçı olan hüquqi şəxsi təmsil etmək səlahiyyəti nəzərdə tutulmadığından, o iddiaçının adından iddia ərizəsinin imzalanması səlahiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-382/2021 nömrəli qərardadında hüquqi şəxslərin məhkəmədə təmsil edilməsi qaydaları izah edilmişdir. Məhkəmə bir daha qeyd edir ki, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Bundan əlavə qeyd edilən Məcəllənin 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. Buna görə də, xarici hüquqi şəxs olan iddiaçı "X2" BG LTD-nin adından Azərbaycan Respublikasının məhkəmələrində iddia qaldıran nümayəndə tərəfindən müvafiq etibarnamə ilə yanaşı, həmin hüquqi şəxsin hüquq və fəaliyyət qabiliyyətini təsdiq edən sənədləri də (nizamnamə, qeydiyyata alınma barədə müvafiq reyesterdən çıxarış) Mülki-Prosessual Məcəllənin 11-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan dilində olan təsdiqlənmiş surətlərini də iddia ərizəsinə əlavə edilməsi zəruridir. Mülki-Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-402/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-402/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver