Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-405/2023 23.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 09 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 05 iyul 2021-cı il tarixli ***-**** nömrəli alqı-satqı müqaviləsi üzrə 4400 manat əsas borc, 220 manat cərimə borcu, 60 manat mediasiya xərci, 810 manat vəkil xidmətlərinə görə ödənilmiş xidmət haqqı və məhkəməyə müraciət etmək üçün ödənilmiş 15 manat dövlət rüsumu olmaqla, cəmi 5535 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı “AS Tech Motors“ MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış 05 iyul 2021cı il tarixli ***-**** saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı İddiaçı MMC alıcı "xxxx" MMC-ni təhciz etməli, Alıcı isə bunun əvəzində Satıcıya ödəniş etməyi öz üzərinə götürmüşdür. Lakin, Alıcı müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçıraraq, aldığı malların dəyərini ödəməmişdir. Belə ki, Alıcının Satıcıya xx.xx.2022-ci il tarixli 959717 saylı qaimə üzrə 394,98 manat, xx.xx.2022-ci il tarixli 059741 saylı qaimə üzrə 1049,99 manat, xx.xx.2022-ci il tarixli 260495 saylı qaimə üzrə 129,45 manat, xx.xx.2022-ci il tarixli 608066 saylı qaimə üzrə 1201,71 manat, xx.xx.2022ci il tarixli 058288 saylı qaimə üzrə 50,41 manat, xx.xx.2022-ci il tarixli 060024 saylı qaimə üzrə 140 manat, xx.xx.2022-ci il tarixli 060185 saylı qaimə üzrə 148 manat, xx.xx.2022-ci il tarixli 059128 saylı qaimə üzrə 196,28 manat və xx.xx.2022-ci il tarixli 060574 saylı qaimə üzrə 1093,91 manat olmaqla, cəmi 4400,72 manat borcu yaranmışdır. Dəfələrlə malın dəyərinin ödənilməsi üçün Alıcıya müraciət edilmişdir, lakin bu günə qədər borc üzrə öhdəliklər vaxtında və lazımınca icra edilməmişdir. Bundan başqa müqavilənin 9.2-ci bəndinə əsasən, Alıcı Satıcı tərəfindən satılmış malların dəyərini Alıcıya ödəməzsə, alıcı hər gecikdirilən gün üçün ümümi məbləğin 0,1% həcmində, lakin ümumi məbləğin 5 %dən çox olmamaqla Satıcıya dəbbə pulu ödəməlidir. Bunu nəzərə alaraq qeyd olunur ki, Alıcının Satıcıya müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməməsi nəticəsində 220 manat da cərimə borcu yaranmışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi üçün göndərilmiş 24 yanvar 2023-cü il tarixli pretenziya məktubunu cavabdehin qanuni nümayəndəsi alsa da, ödənişi etməkdən boyun qaçırmışdır. Həmçinin iddiaçı bu borcun tutulması üçün mediasiya təşkilatına müraciət etsə də, mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Artıq mübahisəni danışıqlar yolu ilə həll edə bilmədiyi üçün iddiaçı tərəfindən bu məsələnin məhkəmə qaydasında həll edilməsi üçün “Arbitrium” Vəkil Bürosunun üzvü Vəkil ilə 810 (səkkiz yüz on) manat məbləğində vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi başlandıqdan sonra İddiaçı tərəfindən 07 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdeh MMC-dən 05 iyul 2021-cı il tarixli ***-**** nömrəli alqı-satqı müqaviləsi üzrə 220 manat cərimə borcu, 60 manat mediasiya xərci, 810 manat vəkil xidmətlərinə görə ödənilmiş xidmət haqqı və məhkəməyə müraciət etmək üçün ödənilmiş 15 manat dövlət rüsumu olmaqla, cəmi 1105 manat pul vəsaitinin İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh MMC arasında imzalanmış 05 iyul 2021-cı il tarixli ***-**** nömrəli alqı-satqı Müqaviləsinə əsasən yaranmış borcun tutulması üçün verilmiş iddia ərizəsinin məhkəmə icraatı dövründə Cavabdeh MMC tərəfindən 04 may 2023-cü il tarixində ƏDV borcu daxil olmaqla cəmi 4400 manat məbləğində əsas borc tam olaraq ödənilsə də, həmin Müqavilə üzrə hesablanmış 220 manat məbləğində cərimə borcunun ödənilməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi Vəkil 23 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə əsasında təqdim olunan iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə, Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1 tərəfindən də 22 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət eildərək, məhkəmə araşdırması dövründə iddiaçıya 3732,81 manat məbləğində borc ödənişi edildiyindən, iddiaçının iş üzrə iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul olunmasını və məhkəmə baxış iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və həmin borcun ödədiyini təsdiq edən maliyyə-bank sənədlərini “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 05 iyul 2021-ci il tarixli ***-**** nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, Satıcı satır, Alıcı isə hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr, qaimə və hesab fakturalar əsasında malları alır (1.1-ci bənd). Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən, Alıcı Satıcı tərəfindən satılmış malların və ehtiyat hissələrinin dəyərini vaxtında ödəmədikdə, Alıcı hər ötən gün üçün məbləğin 0,1 %-i həcmində, lakin ümumi məbləğin 5%-dən çox olmamaqla dəbbə ödəməlidir. İş materiallarında olan Elektron Qaimələr və Hesab-Fakturaları ilə müəyyən olunur ki, 05 iyul 2021-ci il tarixli ***-**** nömrəli Alqı-satqı Müqavilə əsasında Satıcı "xxxx" MMC tərəfindən alıcı "İron-Beton Construction” MMC-yə (ƏDV daxil) mal satılmışdır. İddiaçı tərəfin təqdim etdiyi 24 yanvar 2023-cü il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, satıcı "AS Tech Motors” MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 05 iyul 2021-ci il tarixli ***-**** nömrəli alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh MMC-nin 24 yanvar 2023-cü il tarixə 4400 manat əsas borcu və 220 manat cərimə borcu olmaqla, cəmi 4620 manat ödənilməmiş borcu vardır. Lakin, məhkəmə araşdırması zamanı İddiaçı MMC tərəfindən 07 may 2023-cü ildə məhkəməyə təqdim olunmuş “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə məlum Müqavilə üzrə satılan mallara görə Cavabdeh MMC-nin hazırkı ilkin iddia tələbi üzrə başlanmış məhkəmə prosesi zamanı 4400 manat məbləğində əsas borc üzrə ödəniş etməsi bildirilərək, həmin ödənişi təsdiq edən sənədlər əlavə olunmaqla, təqdim olunan “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə idda tələbi azaldılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 09 mart 2023-cü ildə “Cavabdehndən 05 iyul 2021-cı il tarixli ***-**** nömrəli alqı-satqı müqaviləsi üzrə 4400 manat əsas borcun, 220 manat cərimə borcunun, 60 manat mediasiya xərcinin, 810 manat vəkil xidmətlərinə görə ödənilmiş xidmət haqqının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 15 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra Cavabdeh MMC tərəfindən həmin iddia tələbində qeyd olunan “4400 (dörd min dörd yüz) manat məbləğində əsas borc” ödənilmişdir. Buna görə də, iddiaçı tərəfindən 07 may 2023-cü ildə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdeh MMC-dən “220 manat cərimə borcunun, 60 manat mediasiya xərcinin, 810 manat vəkil xidmətlərinə görə ödənilmiş xidmət haqqının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 15 manat dövlət rüsumunun” İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı (tərəflər arasında keçirilən ilkin mediasiya sessiaysında cavabdeh tərəfin nümayəndəsi iştirak etmiş olsa da, mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir), iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 15 (on beş) manat məbləğində dövlət rüsumu və hazırki iddia tələbi ilə əlaqədar hüquqi yardım göstərilməsi ilə əlaqədar 810 (səkkiz yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə 05 iyul 2021-cı il tarixli ***-**** nömrəli alqı-satqı müqaviləsi əsasında ödənilməli olan 4400 manat məbləğində əsas borc məhkəməyə qədər mərhələdə və yaxud tərəflərin nümayəndələrinin iştirakı ilə baş tutmuş ilkin mediasiya sessiyasında deyil, yalnız iddiaçı tərəfin vermiş olduğu məlum iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra ödənmiş olduğundan, həmin ödənişin edilməsi - Cavabdeh MMC-ni məlum müqavilə üzrə əsaslı olaraq hesablanmış 220 manat məbləğində cərimənin ödənilməsindən azad etmir. Lakin, işin halları və qanunvericiliyin tələbləri baxımından iddianın cavabdehdən müqavilə üzrə hesablanmış cərimə məbləğinin tutulması tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdehndən 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iş üzrə nümayəndə qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil ilə təmsil olunan iddiaçı - iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 810 (səkkiz yüz on) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı iddia ərizəsinə İddiaçı MMC tərəfindən "Arbitrium" Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 810 (səkkiz yüz on) manat məbləğində pul ödənilməsini təsdiq edən sənədləri əlavə etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Halbuki, hazırkı iş üzrə iddiaçı tərəfindən "Arbitrium" Vəkil Bürosunun hesabına köçürülmüş 810 manat məbləğində xidmət haqqı - bu iş üzrə nümayəndənin (vəkilin) göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 810 (səkkiz yüz on) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 810 (səkkiz yüz on) manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 810 (səkkiz yüz on) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə də iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 400 (dörd yüz) manat məbləğində pul tutulmalıdır. Eləcə də, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Dövlət Büdcəsinə ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının 30 (otuz) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir (ilkin mediasiya sessiyasında hər iki tərəfin nümayəndələri iştirak etmiş olsa da, mediasiya davam etdirilməmiş və mediatora 60 manat məbləğində xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 100 manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 30 manat hissəsi və 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 15 (on beş) manat məbləğində (30 manat – 15 manat = 15 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 100 (yüz) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 30 (otuz) manat hissəsi və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 545 (beş yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumunun qalığı kimi 15 (on beş) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-405/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-405/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver