Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-42/2023 24.01.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Bağırlı Əbdüləli Tofiq oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 11 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19223,77 manat məbləğində əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediator haqqının tutularaq, İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 25 iyun 2020-ci il tarixli 195A saylı İnşaat materiallarının alqı-satqısı Müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minmiş və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda, bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin, yəni alıcı Cavabdeh sifarişi ilə tələb olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Belə ki, 11 avqust 2021-ci il tarixli 224059 nömrəli, 01 iyun 2021-ci il tarixli 555158 nömrəli, 20 may 2021-ci il tarixli 953890 nömrəli, 10 may 2021-ci il tarixli 523589 nömrəli, 01 may 2021-ci il tarixli 079326 nömrəli və 24 aprel 2021-ci il tarixli 700046 nömrəli elektron qaimə-faktura sənədlərinə əsasən alıcı Cavabdeh ümumilikdə 31843,03 (otuz bir min səkkiz yüz qırx üç manat 03 qəpik) manat dəyərində sement və gips əsaslı inşaat məhsulları satılmışdır. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə üzləşdirmə aktı tərtib edilmişdir. 13 sentyabr 2021-ci il tarixli “Üzləşdirmə aktı”na əsasən alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə 28123,77 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş və həmin Akt tərəflərin imzası ilə təsdiqlənmişdir. Bu Akt imzalandıqdan sonra cavabdeh tərəfindən 8900 manat məbləğində ödənişlər edildikdən sonra Cavabdeh İddiaçı MMC-yə 19223,77 manat həcmində qalıq debitor borcu qalmışdır. Müqavilənin 8.1-ci bəndinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda, Mülki-Prosessual Məcəlləyə uyğun olaraq pretenziya məktubu elektron qaydada cavabdehin müvafiq icra hakimiyyəti orqanında yaradılmış kabinetinə də yerləşdirilmişdir. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini sonadək yerinə yetirməyərək, müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə onun alıcı olaraq İddiaçı MMC-yə 19223,77 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və eyni zamanda bildirdi ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra tələb olunan 19223,77 manat məbləğində əsas borcdan ödənişlər olunduğu üçün Cavabdeh oğlunun hal-hazırda iddiaçıya 17723,77 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərməsi ilə əlaqədar İddiaçındən sement və gips məhsulları aldığını, mağazasının yerləşdiyi ərazidə daşqın olduğu üçün almış olduğu malların suyun altında qaldığına və ziyana düşdüyünə görə İddiaçınə 17723,77 manat məbləğində ödənilməmiş borcun qaldığını təsdiq etdi və iddia tələbi üzrə 17723,77 manat məbləğində borcun ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 25 iyun 2020-ci il tarixli 195A nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə “Satıcı” müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Spesifikasiyada (Müqaviləyə 1 saylı Əlavə) adları göstərilən malları satmağı, “Alıcı” isə həmin malları qəbul edib, dəyərini ödəməyi öhdələrinə götürmüşlər (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malların miqdarının ölçü vahidi və malların çeşidi - müqavilənin ayrılmaz hissəsi sayılan Spesifikasiyada (Müqaviləyə 1 saylı Əlavə) göstərilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, malların təhvil-təslimi Alıcının sifarişindən 2 gün ərzində Satıcının anbarında həyata keçirilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, satıcının anbarında Malların Alıcıya təhvil verdiyi gün Satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, Alıcı sifariş edilmiş Malların dəyərini bu Müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda, hər gecikdirilən gün üçün Satıcıya sifariş edilmiş malların tam ödənildiyi günə qədər Malların ödənilməyən dəyərinin 0,1% (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda, bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İş materiallarında olan müvafiq qaydada tərtib edilərək təqdim olunmuş elektron qaimələrlə müəyyən olunur ki, satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh 24 aprel 2021ci il tarixli EBBA 700046 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində, 01 may 2021-ci il tarixli EBBB 079326 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində, 10 may 2021-ci il tarixli EBBB 523589 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində, 20 may 2021-ci il tarixli EBBB 953890 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində, 01 iyun 2021-ci il tarixli EBBC 555158 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5280,74 (beş min iki yüz səksən manat 74 qəpik) manat dəyərində və 11 avqust 2021-ci il tarixli EBBG 224059 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 5439,33 (beş min dörd yüz otuz doqquz manat 33 qəpik) manat dəyərində olmaqla, ümumilikdə cəmi 31843,03 (otuz bir min səkkiz yüz qırx üç manat 03 qəpik) manat dəyərində müxtəlif sement və gips məhsullarının satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 25 iyun 2020-ci il tarixli 195 A nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 13 sentyabr 2021-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, alıcı Cavabdeh 13 sentyabr 2021-ci il tarixinə satıcı İddiaçınə cəmi 28123,77 (iyirmi səkkiz min yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində qalıq borcu olmuşdur. İş materiallarında olan, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 06 yanvar 2023-cü il tarixli Maliyyə Arayışından görünür ki, alıcı Cavabdeh 25 iyun 2020-ci il tarixli 195A nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 06 yanvar 2023-cü il tarixinə 17723,77 (on yeddi min yeddi yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 25 iyun 2020-ci il tarixli 195A nömrəli Alqı-satqı müqaviləsinə əsasən “satıcı” İddiaçı ilə “alıcı” Cavabdeh arasında inşaat materiallarının alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçınə 11 oktyabr 2022-ci il tarixinə cəmi 19223,77 (on doqquz min iki yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 19223,77 (on doqquz min iki yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində əsas borcun Cavabdeh tutulması xahiş olunmuşdur. Lakin, hazırkı iddia ərizəsi üzrə məhkəmə araşdırması başlandıqdan sonra iddiaçı tərəfin təqdim etdiyi 06 yanvar 2023-cü il tarixli Maliyyə Arayışı ilə müəyyən olunmuşdur ki, alıcı Cavabdeh 25 iyun 2020-ci il tarixli 195A nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə ödənilməmiş borcunun miqdarı azalmış və onun 06 yanvar 2023-cü il tarixinə cəmi 17723,77 (on yeddi min yeddi yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində əsas borcu qalmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 25 iyun 2020-ci il tarixli 195A nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən, iddia tələbi həmin Müqavilə üzrə ödənilməmiş “19223,77 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində qismən əsaslıdır və cavabdehdən iddia tələbində qeyd olunan “19223,77 manat məbləğində əsas borc” deyil, 17723,77 manat məbləğində əsas borc tutulmalıdır. Çünki, iş materiallarında olan 06 yanvar 2023-cü il tarixli Maliyyə Arayışı və eləcə də, iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasında vermiş olduuqları izahatları ilə müəyyən olunur ki, alıcı Cavabdeh 25 iyun 2020-ci il tarixli 195A nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 06 yanvar 2023-cü il tarixinə cəmi 17723,77 manat məbləğində əsas borcu vardır və ona görə də, Cavabdeh 17723,77 (on yeddi min yeddi yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 17723,77 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, Cavabdeh mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı tutularaq İddiaçınə və iddia tələbi üzrə tutulan borcla əlaqədar hesablanan 143,17 (yüz qırx üç manat 17 qəpik) manat məbləğində dövlət rüsumu isə dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 17723,77 (on yeddi min yeddi yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 17923,77 (on yeddi min doqquz yüz iyirmi üç manat 77 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 143,17 (yüz qırx üç manat 17 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-42/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-42/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver