Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-423/2023 10.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən göstərilən gömrük təmsilçiyinə dair xidmətlər üzrə, yəni xx.xx.2022-ci il tarixli, 026961 saylı elektron qaimə üzrə 3280 manat, xx.xx.2023-ci il tarixli, 506052 saylı elektron qaimə üzrə 4465 manat, xx.xx.2023-cü il tarixli, 281271 saylı elektron qaimə üzrə 4935 manat, xx.xx.2023-cü il tarixli, 750012 saylı elektron qaimə üzrə 7050 manat, olmaqla, ümumilikdə 19730 (on doqquz min yeddi yüz otuz) manat pul vəsaitinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat (iki yüz manat) mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı MMC ilə Cavabdeh MMM arasında bağlanmış 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli müqaviləyə əsasən xarici ölkələrdən cavabdehin idxal etdiyi mallara dair qısa və yük gömrük bəyənnaməsinin tərtibi, gömrük rəsmiləşdirilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. xx.xx.2022-ci il tarixli 026961 nömrəli elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 3280 manat, xx.xx.2023-ci il tarixli 506052 nömrəli elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 4465 manat, xx.xx.2023-cü il tarixli 281271 nömrəli elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 4935 manat, xx.xx.2023-cü il tarixli 750012 nömrəli elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 7050 manat olmaqla Cavabdeh MMM-in İddiaçı MMC-yə bu günədək olan borcu ümumilikdə 19730 (on doqquz min yeddi yüz otuz) manat təşkil edir. Ödəmələrin həyata keçirilməsi məqsədi ilə iddiaçı tərəfindən elektron qaimələr Cavabdeh MMM-ə təqdim edilmiş və həm sistem, həm də cavabdeh tərəfindən elektron qaimələr təsdiq edilmiş olsa da, hazıradək yaranmış borc məbləği Cavabdeh MMM tərəfindən ödənilməmişdir. Borcun mövcudluğu elektron qaimələr, elektron bəyannamələr, yazışmalar və habelə digər gömrük sənədləri ilə təsdiq olunur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsi istiqamətində Cavabdeh MMM tərəfindən heç bir addım atılmamışdır. Habelə Cavabdeh MMM tərəfindən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı MMC-yə müraciət edilərək aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 38-22 nömrəli gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə 16 fevral 2023-cü il tarixdə xitam verilməsi xahiş olunmuş və müqaviləyə xitam verilmə səbəbi kimi qiymətlərin qane etməməsi göstərilmişdir. Bu məktubla da cavabdeh borcunu bir daha etiraf etmişdir. Müqaviləyə birtərəfli qaydada xitam vermək tərəfin hüququdur. Lakin iddiaçı və cavabdeh hüquqi şəxsin aralarında bağladığı müqavilənin 7.4-cü maddəsinə əsasən müqaviləyə xitam verilməsi tərəfləri onların icra etmədiyi maliyyə öhdəliklərindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərinin birtərəfli dəyişdirilməsinə yol verilmir. Halbuki qarşılıqlı razılıq üzrə yaranan borcu cavabdeh ödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir. Belə ki, İddiaçı MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə vaxtında və lazımi qaydada gömrük təmsilçiliyinə dair xidmətləri göstərmişdir. Lakin Cavabdeh öhdəliklərini icra etməkdən imtina edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, bildirmişdir ki, müqavilədə yükün sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçinin məsuliyyət daşıdığı qeyd olunsa da, qiymətlərin razılaşdırma protokolunda tərəflərin razılığa gəldiyi xidmətlər arasında yükün çatdırılması yoxdur və bununla bağlı qiymət müəyyən edilməmişdir. Halbuki, müştəri yükün ünvanına çatdırılmasını istədiyi halda qiymətlərin razılaşdırma protokolunda bununla bağlı qiymət müəyyən edilir, bundan sonra mal ünvana çatdırılır. Lakin Cavabdeh əməkdaşları gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükü özləri götürüb aparacaqlarını bildirmiş, buna görə mallar hər dəfə cavabdehin əməkdaşları tərəfindən götürülərək ünvanlarına aparılmış və bununla əlaqədar İddiaçınə heç bir pretenziya və etiraz təqdim edilməmişdir. Eyni zamanda o, gömrük bəyannamələrinin Cavabdeh təqdim etdiyi sənədlər əsasında tərtib olunduğunu vurğulamışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, qiymətlərin razılaşdırma protokolunda tərəflərin bəyannamənin tərtibi və gömrük rəsmiləşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsi barədə razılığa gəldiyi qeyd olunmuşdur. Lakin iddiaçı şirkət müqavilə öhdəliyini tam yerinə yetirməmiş, yalnız qısa və yük bəyannamələrini tərtib etmiş, xidmət haqqı 200 manat olan gömrük rəsmiləşdirilməsi xidmətini göstərməmiş, eyni zamanda müqavilənin 4.1.2-ci bəndinin tələblərini icra etməyərək yükü Cavabdeh ünvanına çatdırmamışdır. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirmiş, buna görə ona yalnız müqavilə üzrə göstərdiyi xidmətlərin dəyəri ödənilmiş, digər xidmətlər göstərilmədiyinə görə onların ödənişi həyata keçirilməmişdir. Bununla yanaşı o, təxminən 40 gömrük bəyannaməsinin düzgün tərtib olunmadığını, orada daşıma xərcinin səhv qeyd olunduğunu vurğulamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan təmsilçi İddiaçı (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilir. Həmin müqavilənin 4.1.1-ci bəndinə görə təmsilçi müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır, həmçinin gömrük sənədlərinin vaxtında və düzgün doldurulmamasına görə məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1.2-ci bəndinə görə tərəflər arasında bağlanmış müqaviləyə əlavə Protokol № 01-ə əsasən sifarişçidən tələb olunan zəruri sənədlər toplusu təmsilçiyə vaxtında tam təqdim edildiyindan etibarən sifarişçiyə məxsus yükün 16 iş saatı (istirahət və bayram günləri daxil deyil) ərzində bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsi və sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçi məsuliyyət daşıyır. 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli xidmət müqaviləsinə dair “Qiymətlərin razılaşdırma protokolu”ndan (Əlavə 1) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq 35 və 200 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 542,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 12 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 614482 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 271,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 14 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 826833 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 271,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 16 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 966735 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 542,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 29 sentyabr 2022-ci il tarixli EBCG seriyalı 136982 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 940 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 24 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 663368 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 1717,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 15 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 208589 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 2350 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 29 noyabr 2022-ci il tarixli EBCK seriyalı 122598 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 3280 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 12 dekabr 2022-ci il tarixli EBCL seriyalı 026961 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 4465 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 06 yanvar 2023-cü il tarixli EBCM seriyalı 506052 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 4935 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 19 yanvar 2023-cü il tarixli EBCN seriyalı 281271 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 7050 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 13 fevral 2023-cü il tarixli EBCO seriyalı 750012 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan Cavabdeh MMM tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 16 fevral 2023-cü il tarixli 124 nömrəli məktubdan görünür ki, 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli müqaviləyə 16 fevral 2023-cü il tarixdə xitam verilməsi xahiş olunmuş, müqaviləyə xitam verilmə səbəbi kimi göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Şahid kimi dindirilmiş İddiaçı MMC-nin əməkdaşı X6 ifadəsində bildirmişdir ki, qiymətlərin razılaşdırma protokolunda İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna görə onlar gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükü Cavabdeh MMM-in ünvanına çatdırmamışlar. Gömrük rəsmiləşdirməsi başa çatdıqdan sonra bir neçə dəfə o, İddiaçı MMC-nin rəhbərliyinin göstərişinə əsasən dəmiryolu stansiyana gedərək yükün boşaldılması və daşınması ilə bağlı müvafiq prosedurları Cavabdeh əməkdaşına izah etmişdir. Şahid kimi dindirilmiş Cavabdeh əməkdaşı Şahid Əli qızı ifadəsində bildirmişdir ki, İddiaçı MMC tərəfindən cavabdehə gömrük bəyannamələrinin tərtibindən başqa heç bir xidmət göstərilməmişdir. Müqavilə üzrə iddiaçı şirkətə 6633 manat məbləğində pul ödənilmiş, lakin yükün Cavabdehnə çatdırılmadığı müəssisənin rəhbərliyinə məlum olduqdan sonra iddiaçıya ödənişlər həyata keçirilməmişdir. Eyni zamanda İddiaçı MMC tərəfindən təxminən 40 gömrük bəyannaməsində daşıma xərcin səhv göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 24 avqust 2022ci il tarixli, 38-22 nömrəli gömrük təmsilçiliyinə dair xidməti müqavilə bağlanmış, göstərilən xidmətlərin adları və qiyməti müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilmişdir. “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə 1) İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi və onların qiyməti göstərilmişdir. 12 sentyabr 2022-ci il tarixdən 13 fevral 2023-cü il tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 26363 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 11 ədəd elektron qaimə təqdim olunmuş, onlardan 7 elektron qaimə üzrə 6633 manat məbləğində ödəniş edilmiş, qalan 12 dekabr 2022-ci il tarixli EBCL seriyalı 026961 nömrəli, 06 yanvar 2023-cü il tarixli EBCM seriyalı 506052 nömrəli, 19 yanvar 2023-cü il tarixli EBCN seriyalı 281271 nömrəli və 12 fevral 2023-cü il tarixli EBCO seriyalı 750012 nömrəli elektron qaimələr üzrə 19730 manat məbləğində xidmət haqqı ödənilməmişdir. 16 fevral 2023-cü il tarixdə isə Cavabdeh MMM İddiaçı MMC-yə məktub ünvanlayaraq göstərilən xidmətlərin qiymətləri qane etmədiyi üçün müqaviləyə xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 və Şahid Əli qızı İddiaçı MMC tərəfindən qısa və yük gömrük bəyannaməsinin tərtibindən başqa heç bir xidmət göstərilmədiyindən, habelə müqavilənin 4.1.2-ci bəndinin tələblərinə uyğun olaraq yükün İddiaçı MMC tərəfindən Cavabdeh MMM-in ünvanına çatdırılmadığından ödənişin həyata keçirilmədiyini, habelə təxminən 40 gömrük bəyannaməsinin səhv tərtib olunduğunu bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi ilə yanaşı gömrük rəsmiləşdirilməsi xidmətinin həyata keçirildiyini, göstərilən xidmətlərlə bağlı cavabdehə elektron qaimələr göndərildiyini, “Qiymətlərin razılaşdırma protokolu”nda yükün cavabdehin ünvanına çatdırılması xidmətinin nəzərdə tutulmadığını, buna görə qiymət müəyyənləşdirilmədiyini, gömrük bəyannamələrinin isə cavabdehin təqdim etdiyi sənədlər əsasında tərtib olunduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında gömrük təmsilçiliyinə dair xidməti müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə 26363 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 11 ədəd elektron qaimə təqdim olunmuş, həmin elektron qaimələr cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa Cavabdeh MMM tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 16 fevral 2023-cü il tarixli məktubda müqaviləyə xitam verilməsinin səbəbi kimi hər hansı xidmətin göstərilmədiyi, yaxud lazımi qaydada göstərilmədiyi deyil, göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd olunmuşdur. Cavabdeh göstərilən 11 ədəd elektron qaimə üzrə 6633 manat məbləğində ödəniş etsə də, müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməyərək həmin xidmətlərin dəyərini tam ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Cavabdehndən 19730 (on doqquz min yeddi yüz otuz) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 19730 (on doqquz min yeddi yüz otuz) manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdehndən dövlət nəfinə 149,19 (yüz qırx doqquz manat 19 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən 19730 (on doqquz min yeddi yüz otuz) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 19930 (on doqquz min doqquz yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən dövlət nəfinə 149,19 (yüz qırx doqquz manat 19 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-423/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-423/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver