Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-432/2020 09.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı direktoru X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə xx xxxxxxxx 2020-ci ildə Sumqayıt şəhərində İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı” Şirkəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, fərdi sahibkar Cavabdeh ilə arasında xx xxxxx 2019-cu il tarixli, 159№-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə satıcı İddiaçı tərəfindən istehsal olunan istənilən həcmdə və çeşiddə spirtli içkilərin alıcı Cavabdeh təqdim edilməsi, alıcının isə malları alması və satılan malların dəyərini bank hesabına köçürməsi nəzərdə tutulmuşdur.İddiaçı tərəfindənxx xxxxx 2019-cu il tarixdə cəmi 14.994 manat dəyərində, xx xxxxx 2019-cu il tarixdə cəmi 14.481 manat dəyərində müxtəlif çeşiddə spirtli içkilər Cavabdeh təqdim olunmuş və sonuncu qeyd edilən dəyərdə malları qəbul etmişdir. Lakin dəfələrlə tələb olunmasına baxmayaraq, Cavabdeh alqı-satqı müqaviləsi əsasında aldığı malların dəyərini təşkil edən 29.475 manat pulu ödəməmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən müqavilənin şərtlərini pozan tərəfin müqavilənin dəyərinin 3%-i həcmində cərimə olunması nəzərdə tutulmuşdur. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 29.475 (iyirmi doqquz min dörd yüz yetmiş beş) manat əsas borc, müqavilədə nəzərdə tutulan 3% olaraq 884,25 (səkkiz yüz səksən dörd manat iyirmi beş qəpik)manat cərimə və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədəİddiaçı direktoru X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı istehsal müəssisəsidir. Spirtli içkilərin istehsalı və satışı ilə məşğul olur. İstehsal etdikləri məhsulun 18% hissəsini vergiyə ödəyirlər. Cavabdeh tanışı ilə onun yanına gəlmiş, məhsullara baxmışdır. Müqavilə əsasında müxtəlif həcmdə və çeşiddə spirtli içkilər alıcı Cavabdeh təhvil verilmişdir. Müqaviləyə əsasən alıcı Cavabdeh aldığı malların dəyərini bank hesabına köçürməli idi. Lakin, xeyli müddət keçməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh alqı-satqı müqaviləsi əsasında aldığı malların dəyərini ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən müqavilənin şərtlərini pozan tərəf müqavilənin dəyərinin 3%-i həcmində cərimə olunması nəzərdə tutulmuşdur. Sonuncu məhkəmə iclasından bir gün qabaq Cavabdeh ondan vaxt istəyərək ödəniş edəcəyini bildirmişdir. Lakin o, hər ay vergi olan borcunu ödədiyi üçün cavabdehə vaxt vermək istəməmişdir. İddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının direktoru Zakir Salahovun iddiasını müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında işirak etmiş, iddianı qismən qəbul edərək, hazırda iddia ərizəsində göstərilən məbləğdə borcunun olmadığını, İddiaçınə 4800 manat borcunun qaldığını bildirmiş, məhkəmə baxışı iclaslarında iştirak etməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, 159№-li alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı malı alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6-cı bəndində, müqavilənin şərtlərini pozan tərəfin müqavilənin dəyərinin 3 %-i məbləğində cərimə ödəməli olduğu öz əksinin tapmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* №-li qaimə fakturadan 14.481 manat məbləğində, xx.xx.2019-cu il tarixli, ******* №-li qaimə fakturadan isə 14.994 manat məbləğində malın satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh verdiyi görünür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli 159№-li alqı-satqı müqaviləsində nəzərdə tutulmuş malın dəyərini və cərimə faizlərini İddiaçınə ödəməli olduğu haqqında xəbərdarlıq edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında İddiaçındən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında malın satış qiymətini və həmin müqavilə ilə müəyyən edilmiş cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh alqısatqı müqaviləsi əsasında iddiaçıdan malları qəbul etməsinə dair hüququndan istifadə etmiş, alqı-satqı məbləğini və yaranan cərimələri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh öz izahatında 4.800 manat borcu qaldığını etiraf etsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. İş materiallaında olan qaimə fakturalardan isə görünür ki, cavabdehin İddiaçınə olan borcu cəmi 29.475 manat təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən müqavilə üzrə malların alqı-satqısı ilə bağlı yaranmış əsas borcu və cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2019-cu il tarixdə 159№-li alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin İddiaçınə 29.475 manat əsas borc, 884,25 manat cərimə borcu yaranmışdır. Lakin, Cavabdeh İddiaçınə olan borcunu ödəməmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, əsas borc 29.475 manat təşkil etdiyi halda, 884,25 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 100 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə 100 manat məbləğində tutulmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 29.475 (iyirmi doqquz min dörd yüz yetmiş beş) manat əsas borc, 100 (yüz) manat cərimə olmaqla, ümumilikdə 29.575 (iyirmi doqquz min beş yüz yetmiş beş) manat məbləğində pul tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 3%-i iddiaçıya, 97%-i cavabdehə aid edilsin. Cavabdehdən 29 (iyirmi doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-432/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-432/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver