Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-44/2021 01.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdeh X3̇ oğlunun iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin cavabdeh X3̇ oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6395,70 manat (altı min üç yüz doxsan beş manat yetmiş qəpik) məbləğində dəymiş maddi ziyanın X2 və Cavabdeh2 tutulub “xxxx” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi İ.Seyidov məhkəmə iclasında ərizə təqdim edərək Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasını, cavabdehlərdən X1 cavabdehlikdən çıxarılmasını və 6395,70 (altı min üç yüz doxsan beş manat 70 qəpik) manat məbləğin yalnız cavabdeh Novruzov Fərmandan tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 01.01.2019-cu il tarixdə ünvan 1 ünvanında yaşayan X2 ilə yük daşınması müqaviləsi bağlamışdır. Müqavilədə tərəflərin hüquq və vəzifələri tam şəkildə əks olunmuş, müqavilənin 6.1-ci maddəsində göstərilir ki, müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə, yükdaşıyana təhvil verildiyi andan etibarən yükün məhv olması və ya xarab olmasına görə yükdaşıyan tam məsuliyyət daşıyır. Burada yükün məhv olmasının yükdaşıyanın, yaxud qeyrisinin təqsiri üzündən baş verməsinin fərqi yoxdur. Belə halda cavabdeh yükdaşıyan olduğu üçün mülki məsuliyyət onun üzərində qalır. 21.02.2020-ci il tarixdə Novruzov Fərman özünə məxsus Maz 54323 markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə X6 İddiaçı MMC-yə məxsus yükləri daşıyarkən Xaçmaz şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2 idarə etdiyi ** LK *** dövlət qeydiyyat nömrə nişanlı “QAZ 3110” markalı avtomaşınla toqquşduğuna görə yükdən 6395,70 AZN dəyərində olan hissəsi tamamilə məhv olmuşdur. Bununla əlaqədar Novruzov Fərman və Cavabdeh2 məhkəməyə qədər ziyanın könüllü ödənilməsi təklif olunmuş, lakin Novruzov Fərman və Cavabdeh2 bu günki günə qədər dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi İ.Seyidov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə izahatında həmçinin dəymiş zərərin məbləğinin əslində daha artıq olduğunu, lakin cavabdeh F.Novruzovun əmlak vəziyyətinin nəzərə alınaraq az məbləğ tələb edildiyini bildirmişdir. Cavabdeh F.Novruzov iddia tələbini qəbul etməyərək məhkəməyə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 19.03.2020-ci il tarixli qərarının kserosurətini təqdim edərək yol-nəqliyyat hadisəsinin onun təqsirindən baş vermədiyini, hadisə nəticəsində özünün də xəsarət aldığını, yük avtomobilinin yararsız hala düşdüyünü, hadisəni törətməkdə təqsirli olan Cavabdeh2 dəymiş zərərin ödənilməsi üçün heç bir tədbir görmədiyini, yalnız 5000 manat icbari sığorta ödənişi aldığını, habelə iddiaçıya dəymiş zərər araşdırılan zaman onun iştirakı təmin olunmadığını bildirmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İş materiallarına əlavə edilmiş 01.01.2019-cu il tarixli 0114/KA-19 nömrəli yük daşıma müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı MMC (sifarişçi) ilə cavabdeh, fiziki şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN **********) X3̇ oğlu (yükdaşıyan) arasında bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə müqaviləyə əsasən yükdaşıyan ona daşıması üçün verilmiş müqavildə göstərilən yükü ölkə ərazisində, bir məntəqədən digər məntəqəyə daşımağı, sifarişçi isə yükdaşıyana razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin 5-ci maddəsndə nəzərdə tutulmuş qaydada riayət edilməklə yük yükdaşıyana təhvil verildiyi andan etibarən yükün məhv olması və ya xarab olmasına görə yükdaşıyan tam məsuliyyət daşıyır. Qeyd edilən müqavilənin yükdaşıyanın vəzifələrini nəzərdə tutan 7.2-ci bəndinin sonuncu hissəsinə əsaən yükdaşıyan yükün yüklənməsi, daşınması və boşaldılması zamanı baş verə biləcək texniki-təhlükəsizlik qaydalarının pozulması, yol-nəqliyyat hadisəsi və bunların nəticəsində dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən yükün vaxtında çadırılmaması, tələf və xarab etməsi nəticəsində dəymiş zərəri yükdaşıyandan tələb etmək sifarişçinin hüququdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, 21.02.2020-ci il tarixdə Novruzov Fərman özünə məxsus MAZ54323 markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə X6 İddiaçı MMC-yə məxsus yükləri daşıyarkən siyahısı və dəyəri həmin aktda göstərilmiş mallara 6395,70 manat dəyərində ziyan dəymişdir. Aktda ziyanın aradan qaldırılması üçün istifadə edilmiş malların və xidmətlərin miqdarı göstərilmişdir. Həmin akt baş ambardar, istehsalat rəisi və direktor tərəfindən imzalanarq möhürlə təsdiqlənmişdir. İddiaçı tərəfindən həmçinin zərər dəymiş mallara dair ağ-qara fotoşəkillər təqdim edilmişdir edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən sübutlar və iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarına əsasən tərəflər arsında yük daşıma müqaviləsi ilə bağlı müqavilə münasibətlərin olması, cavadehin iddiaçıya məxsus yükü daşıması zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daşınan mallara zərər dəyməsi işin mübahisəsiz halıdır. İddiaçı eyni zamanda dəymiş zərərin məbləği ilə bağlı sübutlar təqdim etmiş, cavabdeh qeyd edilən məbləğlə razılaşmasa da, həmin sübutları təkzib edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavadeh F.Novruzovun qeyd edilən yol-nəqliyyat hadisəsində onun təqsirinin olmaması barədə dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu halı təsdiq edən sübut kimi, icavabdeh yuxarıda qeyd edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə 19.03.2020-ci il tarixli qərara istinad etsə də, həmin qərarın təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir. Hətta, qeyd edilən qərarın mövcudluğu belə, tərəflər arasında bağlanılmış müqavilənin 7.2-ci bəndinə əsasən cavabdehin iddiaçı qarşısında məsuliyyətini istisna etmir. Cavabdeh F.Novruzov qeyd edilən qərar və digər sübutlar əsasında dəymiş zərərin ödənilməsinə dair iddia tələbi ilə Cavabdeh2 qarşı məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, idda təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş zərərə görə cavabdeh F.Novruzovdan 6395,70 manat (altı min üç yüz doxsan beş manat yetmiş qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3̇ oğlundan 6395,70 manat (altı min üç yüz doxsan beş manat yetmiş qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-44/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-44/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver