Məhkəmə qərarları › İş №e-2-2(119)-44/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-44/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-44/2024 11.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 12245,75 (on iki min iki yüz qırx beş manat yetmiş beş qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən tibbi ləvazimatlar və mallar müqavilədə müəyyən edilən şərtlər daxilində Cavabdehnə təhvil verilmişdir. Cavabdeh İddiaçınə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək göndərilən qırx üç elektron qaimə üzrə ödənilməyən borcu ümumilikdə 12245,75 (on iki min iki yüz qırx beş manat yetmiş beş qəpik) manat təşkil edir. Tərəfər arasında bağlanan müqavilənin 2-ci hissəsinin 2-ci bəndinə görə alıcı müqavilə üzrə ödəmələri satıcı tərəfindən qaimə və ya hesab faktura göndərildiyi vaxtdan 30 gün ərzində satıcının bank hesabına köçürülməlidir. Alıcı tərəfindən cavabdehə verilən malların ƏDV məbləğləri satıcının ƏDV depozit hesabına ödənilmiş, lakin iddia ərizəsində göstərilən qırx üç elektron qaimə üzrə bank hesabına köçürülməli olan məbləğlər Cavabdeh tərəfindən ödənilməmişdir. Mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. 03 noyabr 2023-cü il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 11679,90 (on bir min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində borcun, gecikdirilmiş borca görə 1000 (min) manat məbləğində faizin və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 13 dekabr 2023-cü il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 6679,90 (altı min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində borcun, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş borcun faizi olaraq 1000 (min) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 11 yanvar 2024-cü il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 4679,90 (dörd min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində borcun, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş borcun faizi olaraq 952,28 (doqquz yüz əlli iki manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 11 yanvar 2024-cü il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 4679,90 (dörd min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində borcun, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş borcun faizi olaraq 832,32 (səkkiz yüz otuz iki manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etmiş və məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 4679,90 (dörd min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 14 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi Nümayəndə2 izahatında 11679,90 manat məbləğindəki ümumi borcdan 5000 manat ödəniş edildiyini, 6679,90 manat məbləğində borc qaldığını və həmin məbləğin də ödəniləcəyini bildirmişdir. Lakin Cavabdeh hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. . Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 17 mart 2020-ci il tarixli DM 03/20-010 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında qiymət cədvəlinə uyğun olaraq alıcı ilə qarşılıqlı razılaşdırılmış qiymətlərlə tibbi avadanlıq və ləvazimatları alıcıya təqdim etməyi, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları satıcıdan qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə görə hər bir əməliyyat üzrə satıcının təqdim etdiyi qaimə-fakturalarda göstərilən məbləğ alıcı tərəfindən nəğd və ya köçürmə yolu ilə aparılır. Həmin müqavilənin 2.2-ci bəndinə görə bu müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən “icraçı”nın malları qaimə-faktura ilə təqdim etdiyi və hesab fakturanın göndərdiyi vaxtdan “icraçı”nın bank hesabına ən gec 30 (otuz) gün ərzində köçürülməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 1463,20 manat dəyərində malların satılması ilə əlaqədar 20 avqust 2021-ci il tarixli EBBG seriyalı 716621 nömrəli, 826 manat dəyərində malların satılması ilə əlaqədar 22 oktyabr 2021-ci il tarixli EBBL seriyalı 189372 nömrəli, 611,24 manat dəyərində malların satılması ilə əlaqədar 13 yanvar 2022-ci il tarixli EBBP seriyalı 560144 nömrəli, 516,84 manat dəyərində malların satılması ilə əlaqədar 02 fevral 2022-ci il tarixli EBBQ seriyalı 617843 nömrəli, 420,08 manat dəyərində malların satılması ilə əlaqədar 03 fevral 2022-ci il tarixli EBBQ seriyalı 653815 nömrəli, 437,19 manat dəyərində malların satılması ilə əlaqədar 07 fevral 2022-ci il tarixli EBBQ seriyalı 807047 nömrəli, 447,22 manat dəyərində malların satılması ilə əlaqədar 11 fevral 2022-ci il tarixli EBBR seriyalı 101646 nömrəli, 544,45 manat dəyərində malların satılması ilə əlaqədar 18 mart 2022-ci il tarixli EBBT seriyalı 137584 nömrəli, 798,98 manat dəyərində malların satılması ilə əlaqədar 05 aprel 2022-ci il tarixli EBBT seriyalı 915186 nömrəli, 730,77 manat dəyərində malların satılması ilə əlaqədar 07 aprel 2022-ci il tarixli EBBU seriyalı 049969 nömrəli, 27,14 manat dəyərində malların satılması ilə əlaqədar 12 aprel 2022-ci il tarixli EBBU seriyalı 318298 nömrəli, 427,63 manat dəyərində malların satılması ilə əlaqədar 20 aprel 2022-ci il tarixli EBBU seriyalı 836000 nömrəli, 300,90 manat dəyərində malların satılması ilə əlaqədar 22 aprel 2022-ci il tarixli EBBV seriyalı 016618 nömrəli, 232,22 manat dəyərində malların satılması ilə əlaqədar 28 aprel 2022-ci il tarixli EBBV seriyalı 177439 nömrəli, 348,10 manat dəyərində malların satılması ilə əlaqədar 28 aprel 2022-ci il tarixli EBBV seriyalı 310677 nömrəli, 26,55 manat dəyərində malların satılması ilə əlaqədar 29 aprel 2022-ci il tarixli EBBV seriyalı 399276 nömrəli, 263,85 manat dəyərində malların satılması ilə əlaqədar 06 may 2022-ci il tarixli EBBV seriyalı 711612 nömrəli, 678,03 manat dəyərində malların satılması ilə əlaqədar 06 may 2022-ci il tarixli EBBV seriyalı 820301 nömrəli, 17,70 manat dəyərində malların satılması ilə əlaqədar 09 may 2022-ci il tarixli EBBV seriyalı 922885 nömrəli, 20,06 manat dəyərində malların satılması ilə əlaqədar 19 may 2022-ci il tarixli EBBW seriyalı 436279 nömrəli, 690,30 manat dəyərində malların satılması ilə əlaqədar 23 may 2022-ci il tarixli EBBW seriyalı 649055 nömrəli, 245,44 manat dəyərində malların satılması ilə əlaqədar 25 may 2022-ci il tarixli EBBW seriyalı 908990 nömrəli, 53,10 manat dəyərində malların satılması ilə əlaqədar 26 may 2022-ci il tarixli EBBX seriyalı 095315 nömrəli, 225,97 manat dəyərində malların satılması ilə əlaqədar 01 iyun 2022-ci il tarixli EBBX seriyalı 410659 nömrəli, 261,96 manat dəyərində malların satılması ilə əlaqədar 06 iyun 2022-ci il tarixli EBBX seriyalı 698466 nömrəli, 711,30 manat dəyərində malların satılması ilə əlaqədar 08 iyun 2022-ci il tarixli EBBX seriyalı 897831 nömrəli, 432,82 manat dəyərində malların satılması ilə əlaqədar 10 iyun 2022-ci il tarixli EBBX seriyalı 951432 nömrəli, 31,86 manat dəyərində malların satılması ilə əlaqədar 13 iyun 2022-ci il tarixli EBBY seriyalı 128477 nömrəli, 189,04 manat dəyərində malların satılması ilə əlaqədar 17 iyun 2022-ci il tarixli EBBY seriyalı 367702 nömrəli, 482,50 manat dəyərində malların satılması ilə əlaqədar 20 iyun 2022-ci il tarixli EBBY seriyalı 529688 nömrəli, 86,14 manat dəyərində malların satılması ilə əlaqədar 22 iyun 2022-ci il tarixli EBBY seriyalı 722647 nömrəli, 166,97 manat dəyərində malların satılması ilə əlaqədar 28 iyun 2022-ci il tarixli EBBZ seriyalı 000158 nömrəli, 51,92 manat dəyərində malların satılması ilə əlaqədar 06 iyul 2022-cİ il tarixli EBBZ seriyalı 474642 nömrəli, 377,72 manat dəyərində malların satılması ilə əlaqədar 06 iyul 2022-ci il tarixli EBBZ seriyalı 535409 nömrəli, 11,21 manat dəyərində malların satılması ilə əlaqədar 06 iyul 2022-ci il tarixli EBBZ seriyalı 553451 nömrəli, 95,58 manat dəyərində malların satılması ilə əlaqədar 08 iyul 2022-ci il tarixli EBBZ seriyalı 700750 nömrəli, 300,90 manat dəyərində malların satılması ilə əlaqədar 19 iyul 2022-ci il tarixli EBCA seriyalı 268479 nömrəli, 130,98 manat dəyərində malların satılması ilə əlaqədar 26 iyul 2022-ci il tarixli EBCA seriyalı 684502 nömrəli, 763,81 manat dəyərində malların satılması ilə əlaqədar 02 avqust 2022-ci il tarixli EBCB seriyalı 122156 nömrəli, 892,67 manat dəyərində malların satılması ilə əlaqədar 29 avqust 2022-ci il tarixli EBCC seriyalı 594712 nömrəli, 35,40 manat dəyərində malların satılması ilə əlaqədar 14 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 816800 nömrəli, 295,59 manat dəyərində malların satılması ilə əlaqədar 14 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 753782 nömrəli, 169,92 manat dəyərində malların satılması ilə əlaqədar 02 fevral 2023-cü il tarixli EBCO seriyalı 073509 nömrəli elektron qaimə təqdim olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 30 oktyabr 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, tərəflər arasında bağlanılmış 17 mart 2020-ci il tarixli DM 03/20- 010 nömrəli alqı-satqı müqaviləsi üzrə 17 mart 2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər İddiaçı tərəfindən Cavabdehnə 96226,81 manat (81458,15 manat əsas məbləğ + 14678,66 manat ƏDV məbləği) dəyərində mal satılmışdır. Cavabdeh müxtəlif dövrlərdə İddiaçınə aldığı mallarin bir hissəsini – 1143,72 manat (969,25 manat əsas məbləğ + 174,47 manat ƏDV məbləği) dəyərində malı geri qaytarmışdır. Cavabdeh tərəfindən İddiaçı "xxxx" ASC-də olan və alqı satqı müqaviləsində göstərilən hesabına 68809,03 manat, Dövlət Vergi Xidmətində olan ƏDV depozit hesabına isə 14510,08 manat ödənilmişdir. Cavabdeh İddiaçınə aldığı mallara görə 11679,90 manat borcludur. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 14510,08 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 oktyabr 2023-cü il tarixli, 6994 nömrəli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək Cavabdeh İddiaçı hesabına cəmi 68809,03 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdehnə arasında 17 mart 2020-ci il tarixli DM 03/20-010 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdehnə müxtəlif vaxtlarda müxtəlif dəyərdə mallar təqdim edilmişdir. Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər edilsə də, cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmişdir. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 4679,90 (dörd min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 4679,90 (dörd min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdehndən dövlət nəfinə 66,80 (altmış altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 4679,90 (dörd min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 4879,90 (dörd min səkkiz yüz yetmiş doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən dövlət nəfinə 66,80 (altmış altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar