Məhkəmə qərarları › İş №e-2-2(119)-448/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-448/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-448/2025 12.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 5187,70 (beş min yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə bağlanmış 07 dekabr 2023-cü il tarixli 0712/23 nömrəli müqaviləyə əsasən alıcıya mal satmışdır. Müqaviləyə əsasən Cavabdeh alınan malların dəyərini ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilə üzrə icra tam başa çatmışdır. Müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən 07 dekabr 2023-cü il tarixli 0712/23 nömrəli müqavilə üzrə verilmiş EBDW seriyalı 991567 nömrəli, EBDV seriyalı 683123 nömrəli, MT2403 seriyalı 00397752 nömrəli, MT2404 seriyalı 00768644 nömrəli elektron qaiməfakturalara əsasən 5187,70 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 07 dekabr 2023-cü il 0712/23 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq Qiymətlərin razılaşdırma protokollarında (Əlavələrdə) göstərilən malları alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. Həmin müqavilənin 3.4.1-ci bəndinə əsasən malları satıcının ünvanında qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı mallara görə satıcı tərəfindən təqdim edilmiş hesab-fakturalara və elektron qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini satıcının bu müqavilədə göstərilən və ya satıcı tərəfindən müəyyən edilən satıcının digər bank hesabına ödəyir. İş materiallarında olan 01 nömrəli X1 görə xx.xx.2024-cü il tarixli EBDW seriyalı 991567 nömrəli elektron qaimə-fakturaya əsasən mal-materialın miqdarı və qiyməti ƏDV daxil 2600,25 manat, 02 nömrəli X1 görə xx.xx.2024-cü il tarixli EBDV seriyalı 686123 nömrəli elektron qaimə-fakturaya əsasən mal-materialın miqdarı və qiyməti ƏDV daxil 1176,8 manat, 03 nömrəli X1 görə xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00397752 nömrəli elektron qaimə-fakturaya əsasən mal-materialın miqdarı və qiyməti ƏDV daxil 900,01 manat, 04 nömrəli X1 görə xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00768644 nömrəli elektron qaimə-fakturaya əsasən mal-materialın miqdarı və qiyməti ƏDV daxil 3110,9 manat razılaşdırılmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 2600,25 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBDW seriyalı 991567 nömrəli, 1176,80 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli EBDV seriyalı 686123 nömrəli, 900,01 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2403 seriyalı 00397752 nömrəli, 3110,8954 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00768644 nömrəli, elektron qaimə-fakturalara təqdim olunmuşdur. İş materiallarında olan təhvil-təslim aktlarından görünür ki, elektron qaiməfakturalarda göstərilən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli FT24059LQP1P nömrəli kredit köçürülməsi sənədinə əsasən Cavabdeh tərəfindən İddiaçınə 2203,60 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 28 fevral 2024-cü il tarixində 396,65 manat ƏDV ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilir ki, İddiaçı tərəfindən Cavabdehnə 7787,95 manat dəyərində mal satılmış, cavabdeh tərəfindən 2600,25 manat ödəniş edilmiş və onun 12 mart 2025-ci il tarixə 5187,70 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 07 dekabr 2023-cü il 0712/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdehnə ümumilikdə 7787,95 manat dəyərində mal satılmış, cavabdeh həmin malların dəyərindən 2600,25 manat ödəniş etsə də, o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə də, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında 07 dekabr 2023-cü il 0712/23 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 5187,70 (beş min yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləğində borc Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdehndən 5187,70 (beş min yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 5187,70 (beş min yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar