Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-449/2021 17.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, fərdi sahibkar Cavabdeh ilə arasında 13 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə satıcı İddiaçı MMC-nin Cavabdeh onun sifarişləri əsasında, razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, alıcı Cavabdeh isə malı qəbul edib, razılaşdırılmış müddətdə və qaydada dəyərini ödəməyi öhdəsinə götürməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş malların təhvil–qəbul aktlarına əsasən cavabdehə müxtəlif vaxtlarda 2896,96 manat dəyərində fərqli adda, çeşiddə və dəyərdə mallar təhvil verilmişdir. Lakin dəfələrlə tələb olunmasına baxmayaraq, Cavabdeh alqısatqı müqaviləsi əsasında aldığı malların dəyərini təşkil edən 2896,96 manat pulu ödəməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 2896,96 (iki min səkkiz yüz doxsan altı manat doxsan altı qəpik) manat əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı MMC malları alıcı Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qaimə-fakturalardan 2896,96 manat məbləğində malın satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh verildiyi görünür. İş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 13 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulmuş malın dəyərini İddiaçı MMC-yə ödəməli olduğu haqqında xəbərdarlıq edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən mal almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında malın satış qiymətini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan malları qəbul etməsinə dair hüququndan istifadə etmiş, alqı-satqı məbləğini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İş materiallarında olan qaimə-fakturalardan görünür ki, cavabdehin İddiaçı MMC-yə olan borcu 2896,96 manat təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdehdən müqavilə üzrə malların alqı-satqısı ilə bağlı yaranmış borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 13 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə üzrə cavabdehin İddiaçı MMC-yə ümumilikdə 2896,96 manat borcu yaranmışdır. Lakin, Cavabdeh İddiaçı MMC-yə olan borcunu ödəməmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ümumilikdə 2896,96 (iki min səkkiz yüz doxsan altı manat doxsan altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-449/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-449/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver