Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-45/2022 24.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı “İddiaçı”nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “İddiaçı”nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Sumqayıt Məhkəmə kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Tavsan Dış Ticaret Anonim Şirketi” ilə "xxxx" ASC arasında əldə olunmuş razılığa əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” "xxxx" ASC-yə daşıyıcı “Çavdaroğlu 61 Nakliyat Turizm ve X11. Ltd. Şirketi” vasitəsi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə kodu 84362900 olan toyuq hinləri üçün quşçuluq avadanlıqları göndərmişdir. "xxxx" ASC-yə sözügedən avadanlıqların çatdırılması aşağıda qeyd olunan yük daşıma sənədləri ilə təqsdiq olunur: 1.1. xx.xx.2015ci il tarixli, 2050 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 14 480 kq; bağlamaların sayı – 284; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335657, xx.xx.2015); 1.2. xx.xx.2015-ci il tarixli, 2051 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 9020 kq; bağlamaların sayı – 283; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335657, xx.xx.2015); 1.3. xx.xx.2015-ci il tarixli, 2049 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 7060 kq; bağlamaların sayı – 112; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335657, xx.xx.2015); cəmi: 30.560 kq, 679 bağlama; 2.1. xx.xx.2015-ci il tarixli, 2054 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 4940 kq; bağlamaların sayı – 124; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335670, xx.xx.2015); 2.2. xx.xx.2015-ci il tarixli, 2055 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 13200 kq; bağlamaların sayı – 128; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335670, xx.xx.2015); 2.3. xx.xx.2015-ci il tarixli, 2056 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 2480 kq; bağlamaların sayı – 147; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335670, xx.xx.2015); 2.4. xx.xx.2015-ci il tarixli, 2057 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 10820 kq; bağlamaların sayı – 374; hesabfakturanın nömrəsi və tarixi - Bİ 335670, xx.xx.2015); cəmi: 31440 kq 773 bağlama; 3.1. xx.xx.2015-ci il tarixli, 2091 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 7440,60 kq; bağlamaların sayı – 116; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335701, xx.xx.2015; 3.2. xx.xx.2015-ci il tarixli, 2093 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi - 6139,962 kq; bağlamaların sayı – 201; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335701, xx.xx.2015); 3.3. xx.xx.2015-ci il tarixli, 2094 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi - 2740 kq; bağlamaların sayı – 78; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335701, xx.xx.2015); 3.4. xx.xx.2015-ci il tarixli, 2092 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi - 15334,405 kq; bağlamaların sayı – 352; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335701, xx.xx.2015); cəmi: 31.660 kq, 747 bağlama. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun ştampında yükün yoxlama baxış sistemində yoxlanıldığı və Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərildiyi qeyd edilmişdir. "xxxx" ASCnin möhürü ilə təsdiq edilən xx.xx.2015-ci il tarixli sənəddə Bİ 335657 nömrəli, xx.xx.2015ci il tarixli hesab-faktura üzrə 130.167,86 (yüz otuz min yüz altmış yeddi) avro dəyərində olan malların, xx.xx.2015-ci il tarixli sənəddə Bİ 335670 nömrəli, xx.xx.2015 tarixli hesabfaktura üzrə 139 832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro dəyərində olan malların və xx.xx.2015-ci il tarixli sənəddə Bİ 335701 nömrəli, xx.xx.2015 tarixli hesabfaktura üzrə 135.000 (yüz otuz beş min) avro dəyərində olan malların "xxxx" ASC tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul olunduğu etiraf edilmişdir. Həmin sənəddə həmçinin qeyd edilmişdir ki, debitor borclarla bağlı bütün hüquqlar “İddiaçı”nə (Türk Eximbanka) ötürüldüyü üçün hesab-fakturalardan meydana gələn məbləğlər “İddiaçı”nin hesabına ödəniləcək. xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 130.167,86 (yüz otuz min yüz altmış yeddi) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ xx.xx.2015-ci il tarixdə, xx.xx.2015-ci il tarixli hesabfaktura üzrə yaranmış 139.832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ xx.xx.2015-ci il tarixdə, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 135.000 (yüz otuz beş min) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ xx.xx.2015-ci il tarixdə “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. "xxxx" ASC tərəfindən sifariş olunan avadanlıqların adbaad siyahısı və həmin malların dəyəri aşağıda göstərilən sənədlərdə öz əksini tapmışdır: 1) 139.832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro məbləğində mallar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003665 saylı Təklif; 2) 130.167,86 (yüz otuz min yüz altmış yeddi) avro məbləğində mallar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003667 saylı Təklif; 3) 135.000 (yüz otuz beş min) avro məbləğində malar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003644 saylı Təklif. Bu sənədlər "xxxx" ASC-nin qanuni təmsilçisi X2 imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Təklifə əsasən "xxxx" ASC-yə ödəniş üçün 360 gün vaxt verilmişdir. Sənədə əsasən malların sığortası və quraşdırılması, alıcının ölkəsində ortaya çıxan və çıxacaq hər cür gömrük, vergi, daxili daşıma, sənədləşmə və sair xərclər qiymət təklifinə daxil deyil. Sifariş olunan malların dəyəri və həcmi, həmçinin, hesab-fakturalarda qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli hesab-fakturaya əsasən 10 dəstdən və 747 bağlamadan, ümumi çəkisi 31.660 kiloqramdan ibarət olan 135.000 avroluq avadanlığın dəyəri bank köçürməsi yolu ilə, faktura (invoys) tarixindən 360 gün ərzində, xx.xx.2015-ci il tarixli hesab-fakturaya əsasən 10 dəstdən və 679 bağlamadan, ümumi çəkisi 30.560 kiloqramdan ibarət olan 130.167,86 avroluq avadanlığın dəyəri bank köçürməsi yolu ilə, faktura (invoys) tarixindən 360 gün ərzində, xx.xx.2015-ci il tarixli hesab-fakturaya əsasən 8 dəstdən və 773 bağlamadan, ümumi çəkisi 31 440 kiloqramdan ibarət olan 139.832,24 avroluq avadanlığın dəyəri bank köçürməsi yolu ilə, faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməli idi. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəmədən cavabdeh "xxxx" ASC-dən 405.000 (dörd yüz beş min) avro məbləğində borcun, 400 (dörd yüz) manat mediasiya prosesi ilə bağlı xərcin, 80 (səksən) manat tərcümə və notariat xərclərinin tutularaq “İddiaçı”nə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, "xxxx" ASC ilə “Tavsan Dış Ticaret Anonim Şirkəti” arasında toyuq hinləri üçün quşçuluq avadanlıqlarının göndərilməsi ilə bağlı 2015ci il tarixdə müqavilə bağlanıb və 139.000, 135.000, 130.000 avroluq olmaqla ümumilikdə, təqribən 405.000 avro dəyərində avadanlıqlar göndərilib, lakin "xxxx" ASC tərəfindən heç bir ödəniş olmayıb. Avadanlıqların çatdırılması ilə bağlı bütün sənədlər mövcuddur. Bu işin mübahisəli halı deyil. Müqavilə “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə "xxxx" ASC arasında bağlanıb. İddiaçı isə “X10 Bankası Anonim Şirkəti”dir (Türk Eximbank). Çünki, “Tavsan Dış Ticaret Anonim Şirkəti” tərəfindən “X10 Bankası Anonim Şirkəti”nə “Temlikname” adlı sənəd ünvanlanıb. Bu sənəd tapşırıq məktubu kimi tərcümə olunub, lakin mahiyyət etibarilə tələbin güzəştidir. Bununla bağlı qanunvericilikdən çıxarışlar təqdim olunub. Həmçinin iş materialları arasında 26 oktyabr 2015-ci il tarixli və həmin ilin müvafiq aylarında imzalanmış sənədlər var ki, həmin sənədlər "xxxx" ASC tərəfindən imzalanıb, möhür vurulmaqla təsdiq olunub. Həmin sənədlərdə malların alınması etiraf olunur, borcların Türk Eximbanka yəni, “X10 Bankası Anonim Şirkəti”nə ödəməyə razılıq ifadə edilir. Bu məsələdə mübahisə sadəcə hansı ölkənin hüququnun tətbiq olunması ilə bağlıdır. Müqavilə tərəflərindən biri Azərbaycan Respublikasında, digəri Türkiyə Respublikasında qeydiyyatdadır. Qeyd olunan avadanlıqlar Azərbaycan Respublikasına beynəlxalq saziş əsasında ixrac edilmişdir. Bu məsələlər “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunda əgər tərəflər arasında bağlanmış sazişdə (müqavilədə) hansı ölkənin hüququnun tətbiq olunması ilə bağlı hər hansı bir müddəa yoxdursa, hansı ölkənin hüququ tətbiq edilməli olduğu qeyd olunub. Məsələn, Qanunda alqı-satqı müqaviləsi üzrə satıcının qeydiyyatda olduğu yerin (ölkənin) hüququnun tətbiq edilməsi göstərilib. Bu, imperativ normadır. Hazırkı müqavilə üzrə Türkiyə Respublikasında 2 tərəf var. Biri “Tavsan Dış Ticaret Anonim Şirkəti”, digəri “X10 Bankası Anonim Şirkəti”dir. “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə "xxxx" ASC arasında olan alqı-satqı münasibətlərində türk bankı da iştirak edib. Türkiyə Respublikasında sığorta proqramına əsasən, alıcı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməsə, bütün tələb hüququ tələbin güzəşti qaydasında banka ötürülür. Bu, bütün sənədlərdə öz əksini tapıb. "xxxx" ASC imza atıb, möhürü ilə təsdiqləyərək borcun məhz Türk Eximbanka ödənilməsinə etiraz etmədiklərini bildirib. Bundan əlavə, malları tam şəkildə, heç bir problem olmadan almaları da sənədlərdə ifadə olunub. İşin mürəkkəb olan tərəfi Türkiyə Respublikası qanunvericiliyinin məzmununun müəyyən edilməsi ilə bağlıdır. Ortaya çıxan ilkin məsələ iddia müddətidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununda birbaşa göstərilib ki, hansı ölkənin hüququ tətbiq olunursa, həmin ölkənin qanunvericiliyində iddia müddəti necə təsbit olunubsa, o tətbiq edilməlidir. İddiaçı tərəfindən iddia müddətləri ilə bağlı Türkiyə Respublikasının Qanunundan çıxarışlar məhkəməyə təqdim edilib. Türkiyənin Öhdəlik Məcəlləsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, hər bir debitor borca on illik iddia müddəti şamil edilir. İddiaçı tərəf bütün məsələləri Türkiyə qanunvericiliyinə əsasən həyata keçirib və proqnozlaşdırıb. Azərbaycan Respublikasının qanunvericiliyində müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il təşkil edir. Təbii ki, bunu iddiaçı tərəf araşdırıb, bu qədər müddət keçsə də, məhkəməyə müraciət edib, hüquqlarının bərpa olunmasını istəyir. Göstərilənləri nəzərə alaraq, Vəkil iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərərk bildirdi ki, tərəflər arasında müqavilə bağlanması faktı mövcuddur. Lakin satıcı xarici hüquqi şəxs olsa da, müqavilə Azərbaycan Respublikasında, Siyəzən şəhərində bağlanıb. Toyuq hinləri üçün quşçuluq avadanlıqları yerində ölçü və digər parametrlər əsasında müəyyən olunan avadanlıqlardır. Bu hal özü də müqavilənin Azərbaycan Respublikasında bağlandığını təsdiq edir. Buna görə də müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir. Müqavilədə-kontraktda hansı ölkənin tətbiq edilən hüququnun və mübahisələrin həlli ilə bağlı məhkəmə aidiyyətinin olması halları yazılmamışdır. Müqavilə Azərbaycan Respublikasının ərazisində bağlandığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülki qanunvericiliyi tətbiq olunmalıdır. İddia müddəti ilə bağlı məsələyə gəldikdə isə tərəflər arasında müqavilə 05 avqust 2015-ci ildə imzalanıb. Mülki qanunvericiliyin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, bu müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti keçmişdir. Göstərilənləri nəzərə alaraq Nümayəndə iddia müddəti tətbiq olunmaqla iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh "xxxx" ASC həmçinin, məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, Siyəzən şəhərində "xxxx" ASC-nin inzibati ərazisində (binasında) Satıcı Türkiyə Respublikasının hüquqi şəxsi olan “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə Alıcı "xxxx" ASC arasında 05 avqust 2015-ci il tarixdə toyuq hinləri üçün quşçuluq avadanlıqlarının satış kontraktı bağlanmışdır və bağlanan satış kontraktına əsas 03 sentyabr 2015-ci il tarixə qədər keçərli olan 05 avqust 2015-ci il tarixli təklif siyahısı olmuşdur. İddia ərizəsində qeyd olunanların əksi olaraq tərəflər arasında hər hansı şifahi razılıqlar və ya şifahi razılaşmalar olmamışdır. Satıcı Türkiyə Respublikasının hüquqi şəxsi olan “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə Alıcı "xxxx" ASC arasında bağlanan 05 avqust 2015-ci il tarixli satış kontraktının şərtlərinə əsasən ödənişin 360 gün ərzində “Eximbank”a – “X12 Bankası Anonim Şirkəti”nə ödənilməsinin Alıcıya aid olması razılaşdırılmışdır. “Tavsan Dış Ticaret Anonim Şirkəti” ona olan borcunun “Eximbank”a – “X12 Bankası Anonim Şirkəti”nə ödənilməsi barədə aralarında temliknamə sənədi imzalamışlar. Tələbin güzəşti olaraq borc tələbinin Eximbank – “X12 Bankası Anonim Şirkəti” tərəfindən tələb olunması və ya ona ödənilməsi barədə razılığa gəlinmişdir. Satıcı “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə Alıcı "xxxx" ASC arasında bağlanan 05 avqust 2015-ci il tarixli satış kontraktı Azəbaycan Respublikasında bağlanıldığından müqavilədə-kontraktda hansı ölkənin hüququnun tətbiq edilməli olması və mübahisələrin həlli ilə bağlı məhkəmə aidiyyətinin olması halları yazılmamışdır. Tərəflər arasında müqavilə, müqavilənin əlavəsi olan təkliflər siyahısı və digər sənədlər Azərbaycan Respublikasında Siyəzən rayonunda "xxxx" ASC-nin inzibati ərazisində bağlanmışdır. Müqavilə Azərbaycan Respublikasının ərazisində bağlandığından Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Müqavilə Azərbaycan Respublikasında bağlandığından Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanununun normaları tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilib ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, bu müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti keçmişdir. Cavabdeh həmçinin, məhkəməyə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə təqdim edərək, “X12 Bankası Anonim Şirkəti”nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiasının iddia müddətinin keçməsi əsası ilə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan 05 avqust 2015-ci il tarixli satış kontraktından görünür ki, “Tavsan Dış Ticaret Anonim Şirketi” ilə "xxxx" ASC arasında toyuq hinləri üçün quşçuluq avadanlıqlarının alqı-satqısı barədə razılığa gəlinmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Hesab fakturadan görünür ki, 10 dəstdən və 679 bağlamadan ibarət, ümumi çəkisi 30.560 kiloqram olan 130.167,86 avroluq avadanlığın dəyərinin bank köçürməsi yolu ilə faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Hesab fakturadan görünür ki, 8 dəstdən və 773 bağlamadan ibarət, ümumi çəkisi 31.440 kiloqram olan 139 832,24 avroluq avadanlığın dəyərinin bank köçürməsi yolu ilə faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Hesab fakturadan görünür ki, 10 dəstdən və 747 bağlamadan ibarət, ümumi çəkisi 31.660 kiloqram olan 135.000 avroluq avadanlığın dəyərinin bank köçürməsi yolu ilə faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sifariş olunan avadanlıqların adbaad siyahısı və həmin malların dəyəri 1) 139 832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro məbləğində mallar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003665 saylı Təklifdə; 2) 130 167,86 (yüz otuz min yüz altmış yeddi) avro məbləğində mallar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003667 saylı Təklifdə; 3) 135 000 (yüz otuz beş min) avro məbləğində malar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003644 saylı Təklifdə öz əksini tapmışdır. Bu sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi X2 imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Təklifə əsasən Siyəzən-Broyler ASC-yə ödəniş üçün 360 gün vaxt verilmişdir. İş materiallarında olan 2049 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335657 nömrəli hesab-faktura üzrə 7060 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 112) İş materiallarında olan 2050 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335657 nömrəli hesab-faktura üzrə 14.480 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. İş materiallarında olan 2051 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335657 nömrəli hesab-faktura üzrə 9020 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 283) İş materiallarında olan 2054 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335670 nömrəli hesab-faktura üzrə 4940 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 124) İş materiallarında olan 2055 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335670 nömrəli hesab-faktura üzrə 13200 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 128) İş materiallarında olan 2056 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335670 nömrəli hesab-faktura üzrə 2480 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 147) İş materiallarında olan 2057 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən ki, Bİ 335670 nömrəli hesab-faktura üzrə 10820 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 374) İş materiallarında olan 2091 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335701 nömrəli hesab-faktura üzrə 7440,60 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 116) İş materiallarında olan 2093 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335701nömrəli hesab-faktura üzrə 6139,962 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 201) İş materiallarında olan 2094 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335701nömrəli hesab-faktura üzrə 2740kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 78) İş materiallarında olan 2092 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335701nömrəli hesab-faktura üzrə 15334,405 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. (bağlamaların sayı – 352) İş materiallarında olan "xxxx" ASC-nin möhürü ilə təsdiq edilən xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, Bİ 335657 nömrəli, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə 130.167,86 (yüz otuz min yüz altmış yeddi,) avro dəyərində olan mallar "xxxx" ASC tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul edilmişdir. Həmin sənəddə həmçinin qeyd edilmişdir ki, debitor borclarla bağlı bütün hüquqlar “İddiaçı”nə (Türk Eximbanka) ötürüldüyü üçün hesab-fakturalardan meydana gələn məbləğlər “İddiaçı”nin hesabına ödəniləcək. İş materiallarında olan "xxxx" ASC-nin möhürü ilə təsdiq edilən xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, Bİ 335670 nömrəli, xx.xx.2015 tarixli hesab-faktura üzrə 139 832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro dəyərində olan mallar "xxxx" ASC tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul edilmişdir. Həmin sənəddə həmçinin qeyd edilmişdir ki, debitor borclarla bağlı bütün hüquqlar “İddiaçı”nə (Türk Eximbanka) ötürüldüyü üçün hesab-fakturalardan meydana gələn məbləğlər “İddiaçı”nin hesabına ödəniləcək. İş materiallarında olan "xxxx" ASC-nin möhürü ilə təsdiq edilən xx.xx.2015-ci il tarixli sənəddə Bİ 335701 nömrəli, xx.xx.2015 tarixli hesab-faktura üzrə 135.000 (yüz otuz beş min) avro dəyərində olan malların "xxxx" ASC tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul edilmişdir. Həmin sənəddə həmçinin qeyd edilmişdir ki, debitor borclarla bağlı bütün hüquqlar “İddiaçı”nə (Türk Eximbanka) ötürüldüyü üçün hesabfakturalardan meydana gələn məbləğlər “İddiaçı”nin hesabına ödəniləcək. İş materiallarında olan xx.xx.2015-ci il tarixli tapşırıq məktublarından görünür ki, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 130.167,86 (yüz otuz min yüz altmış yeddi) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli tapşırıq məktublarından görünür ki, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 139.832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli tapşırıq məktublarından görünür ki, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 135.000 (yüz otuz beş min) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 476839 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən ”Az-transtalion Servis” MMC-yə tərcümə və təsdiq xərcləri ilə bağlı 80 (səksən) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 247505 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 (dörd yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 669 (altı yüz altmış doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmədə mütəxəssis kimi dindirilən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Mülki hüquq” kafedrasının dosenti X3 bildirmişdir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində iddia müddətləri ilə bağlı göstərilib ki, müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir. Həmin Qanunda ümumiyyətlə beynəlxalq təcrübədə olan normalarda müəyyən edilir ki, xarici ünsürlü beynəlxalq münasibətlərdə tərəflər müqavilədə tətbiq ediləcək hüququ müəyyən edə bilər. Əgər müqavilədə buna dair xüsusi bir şərt nəzərdə tutulmayıbsa, onda sözügedən Qanunun 25-ci maddəsində açıq şəkildə qeyd edilib ki, hansı münasibətlərə tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilməlidir. İlk sırada alqı-satqı müqaviləsi ilə bağlı göstərilib ki, satıcının olduğu ölkənin hüququ tətbiq edilməlidir. Bu mübahisə üzrə münasibətdə avadanlıqları satan Türkiyə rezidentidir. Beləliklə, alqı-satqı müqaviləsi üzrə tərəflər arasında müqavilədə başqa şərt nəzərdə tutulmayıbsa, həmin münasibətə satıcının aid olduğu ölkənin qanunvericiliyi tətbiq edilir. Türkiyə qanunvericiliyinə gəldikdə isə, 1926-cı ildən bəri Borclar Məcəlləsinin əvvəlki 125ci maddəsinə əsasən, 10 illik iddia müddəti nəzərdə tutulmuşdur. 01 iyul 2012-ci ildə qüvvəyə minən yeni Borclar Qanununun 146-cı maddəsində də 10 illik iddia müddəti nəzərdə tutulduğu göstərilib. Ümumiyyətlə, Türkiyə qanunverciliyinə görə tələb hüquqlarına iddia müddəti 10 ildir. Qanunda nəzərdə tutulan xüsusi hallarda istisna olaraq başqa iddia müddətləri müəyyən edilə bilər. Alaqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə istisnalar kateqoriyasına daxil deyil, ümumi qaydada müəyyən edilir. S.Süleymanlı qeyd edilənlərlə bağlı məhkəməyə yazılı rəy təqdim etmişdir. Məhkəmədə mütəxəssis kimi dindirilən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru X4 bildirmişdir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununda (istinad olunan 19 və 25-ci maddələrdə) qeyd olunan məslələr nəzərdə tutulub. Lakin beynəlxalq təcrübədə bu məsələ ilə bağlı müəyyən istisnalar var. Məsələn, 1986-cı il tarixli Vyana Konvensiyasında göstərilir ki, tərəflər arasındakı münasibətlərə tətbiq ediləcək hüquq müqavilədə nəzərdə tutula bilər, əgər belə bir şərt nəzərdə tutulmazsa, onda satıcının olduğu dövlətin hüququ seçilir, tətbiq edilir. Ancaq bu da imperativ norma deyil. Bəzi hallarda alıcının olduğu ölkənin hüququ seçilə bilər. Bunun üçün bir neçə bənddə hal nəzərdə tutulub. Onlardan biri odur ki, əgər müqavilə alıcının tərəfində bağlanıbsa və yaxud danışıqlar alıcının tərəfində gedibsə, onda alıcının aid olduğu dövlətin hüququna da istinad etmək olar. Hərçənd ki, Azərbaycan Respublikası həmin Konvensiyanın üzvü deyil. Lakin beynəlxalq təcrübədə var. Azərbaycan Respublikasının iştirak etdiyi hüquqi yardım haqqında müqavilələr var. Hansı ki, bu müqavilələrdə də kollizion normalar nəzərdə tutulub. Azərbaycan Respublikası 1993-cü il tarixli Minsk Konvensiyasının, 2020-ci il tarixli Kişinyov Konvensiyasının üzvüdür. Ona görə də bu daha çox MDB dövlətlərinin təcrübəsində istifadə olunur. Azərbaycan Respublikasının bağladığı hüquqi yardım haqqında müqavilələrdə satıcının olduğu dövlətin hüququnun tətbiq edilməsindən istisna var. Belə ki, orda əqdin bağlandığı yerin hüququnun tətbiq ediləcəyi nəzərdə tutulub. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanmış 1992 və 2004-cü il tarixli hüquqi yardım haqqında müqavilələrdə kollizion normalar nəzərdə tutulmayıb. Ümumiyyətlə, müəyyən edilməlidir ki, kollizion norma nədir? Burada söhbət xüsusi növ münasibətlərdən gedir. Hazırkı mübahisə üzrə beynəlxalq alqı-satqı müqaviləsi mövcuddur. Belə münasibətləri tənzimləyən 3 qrup normalar var. Birincisi xüsusi təyinatlı ümumiləşdirilmiş maddi hüquq normaları, ikincisi kollizion normalar, üçüncüsü ümumi təyinatlı normalar. Ortaya çıxan sual budur ki, hansı növ normalara üstünlük verilməlidir? Ümumiyyətlə, seçim etməyə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə istinad etməyə ehtiyac varmı? Qanunvericiliyi və beynəlxalq müqavilə təcrübəsini nəzərə alsaq, burada iki istisna müəyyən etmək olar. Əgər söhbət beynəlxalq xüsusi münasibətlərdən gedirsə və münasibətlərlə bağlı xüsusi təyinatlı ümumiləşdirilmiş maddi hüququ normaları varsa, o maddi hüquq normalarının olması kollizon tənzimetməni istisna edir. Yəni hakim, xüsusi təyinatlı ümumiləşdirilmiş maddi hüquq normaları olduğu halda hansısa dövlətin hüququna müraciət etmək məcburiyyətində deyil. Baxılan iş üzrə tərəflər arasındakı münasibətlərdə iddia müddəti ilə bağlı məsələdə kolliziya var. Bu kolliziya necə aradan qaldırılmalıdır? “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu bunun bir formasını, kollizion tənzimetmə metodunu müəyyən edir. Ancaq bu məsələnin ikinci, maddi hüquqi tənzimetmə metodu da var. Doktrional sənədlərdə bəzi müəlliflər bunu qəbul etməyə bilər. Lakin həmin normaların mövcudluğunu istisna edə bilmərik. O normalardan biri 1980-ci il tarixli Müqavilələr hüququ haqqında Vyana Konvensiyasıdır, hansı ki, həm Türkiyə Respublikası, həm də Azərbaycan Respublikası həmin konvesiyanın üzvüdürlər. Hakim birinci növbədə beynəlxalq alqı-satqı münasibətlərinə tətbiq edilməsi nəzərdə tutulan xüsusi təyinatlı ümumiləşdirilmiş maddi hüquq normalarına istinad etməlidir. Mübahisə üzrə 1980-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinə istinad edilməlidir. Orada qeyd olunur ki, hakim beynəlxalq alqı-satqı münasibətlərinə mövduddursa, ümumi prinsipləri, mövcud deyilsə, kollizion normanı tətbiq edə bilər. Bir məsələni də nəzərinizə çatdırım ki, satıcının olduğu yerin hüququ tətbiq edilsə də belə ortaya belə bir sual çıxacaq ki, Türkiyə Respublikasının Beynəlxalq xüsusi hüquq haqqında Qanununun 1.2-ci bəndində qeyd olunub ki, əgər münasibətlə bağlı Türkiyə Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr varsa, onda daxili hüququ tətbiq edilmir. Məhkəmə kollizon norma əsasında satıcının olduğu yerin hüququnu tətbiq etsə belə, Türkiyə Respublikasının Beynəlxalq xüsusi hüquq haqqında Qanununun 1.2-ci bəndinə əsasən, Vyana Konvensiyasını mütləq nəzərə almalıdır. Azərbaycan Respublikasının “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 5.1-ci bəndində qeyd olunub ki, bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir. Yəni, bu zaman kollizon tənzimetmə istisna olunur. Münasibətə maddi xarakterli Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsininin müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir hissəsini imperativ norma kimi müəyyənləşdirə bilərik. İddia müddəti daha çox prosessual hüquq institutu ilə bağlıdır. Türkiyə qanunvericiliyi tətbiq olunacağı halda nəzərə alınmalıdır ki, Türkiyə qanunvericiliyi satıcının deyil, müqavilənin yerinə yetirildiyi ölkənin hüququnu əsas götürür. Faktiki olaraq müqavilə Azərbaycanda icra edilib. Türkiyə məhkəməsində bu işə baxılsaydı, Azərbaycan Respublikasının qanunvericiliyini tətbiq edəcəkdilər. Bundan əlavə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsini tətbiq edərkən, 24-cü maddəni də nəzərə almaq lazımdır. Belə ki, 24.4-cü maddədə qeyd olunub ki, müqavilə ilə bağlı ölkənin imperativ normalarının tətbiq edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır. Bütün bunlar onu göstərir ki, hakim qərar qəbul edərkən ümumtanınmış maddi hüquq normalarına və “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə istinad edə bilər. Sonda Ə.Məmmədov qeyd edilənlərlə bağlı məhkəməyə yazılı rəy təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsinə əsasən iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında olduğu yer olduqda; cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə əsasən alqı-satqı müqaviləsinin tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Türk Borclar Məcəlləsinin 117-ci maddəsinə əsasən vaxtı keçmiş borcu olan şəxs kreditorun xəbərdarlığından sonra öhdəliyini yerinə yetirməmiş hesab edilir. Borcun yerinə yetirilmə tarixində bir tərəf birlikdə müəyyənləşdirilmiş və ya müqavilədə nəzərdə tutulan bir hüquqa əsaslanaraq müvafiq bir bildiriş göndərərək müəyyən etmişsə və bu tarixin üzərindən zaman keçmişsə, qanunsuz fəaliyyətin həyata keçirildiyi, haqsız zənginləşmə halında isə həmin zənginləşmənin meydana gəldiyi tarixdə borclu öhdəliyini yerinə yetirməmiş sayılır. Türk Borclar Məcəlləsinin 146-cı maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, hər alacak (debitor) borcunun müddəti on il keçdikdən sonra bitir. Həmin Məcəllənin 183-cü maddəsinə əsasən qanun, müqavilə və ya işin mahiyyəti buna mane olmadıqda, kreditor borclu şəxsin razılığını almadan borcu üçüncü şəxsə ötürə bilər. Həmin Məcəllənin 207-ci maddəsinə görə alqı-satqı müqaviləsi satıcının satılan malın mülkiyyəti və əmlakının alıcıya verilməsi, alıcının isə bunun müqabilində bir qiymət ödəmək borcunu öhdəsinə götürdüyü bir müqavilədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə Alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 avqust 2015-ci il tarixdə toyuq hinləri üçün quşçuluq avadanlıqlarının satış kontraktı bağlanmış və "xxxx" ASC-yə ümumilikdə 405.000 avro dəyərində avadanlıqlar göndərilmiş, lakin "xxxx" ASC tərəfindən “Tavsan Dış Ticaret Anonim Şirkəti”nə heç bir ödəniş olunmamışdır. İş materiallarından göründüyü kimi, “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən yükdaşımaları ilə bağlı meydana gəlmiş sığorta zəmanəti ilə əlaqədar “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli Hesab fakturalar üzrə yaranmış borc vəsaiti, habelə məhkəmədə iddia qaldırmaq da daxil olmaqla bütün hüquqlar “İddiaçı”nə tapşırılmışdır (güzəşt edilmişdir). Cavabdeh "xxxx" ASC “Tavsan Dış Ticaret Anonim Şirkəti”nə ünvanladığı məktublarında həmin kontrakt əsasında göndərilmiş cəmi 405.000 avro məbləğində avadanlıqları aldığını təsdiq etmiş və qaimələr üzrə yaranan borc məbləğlərinin “İddiaçı”nə ödəniləcəyini bildirmişdir. Lakin edilən müraciətlərə baxmayaraq, yenə də "xxxx" ASC tərəfindən borcla bağlı ödənişlər həyata keçirilməmişdir. Nəticədə, “İddiaçı” məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmədə cavabdeh "xxxx" ASC aralarında bağlanılmış müqaviləyə uyğun olaraq “Tavsan Dış Ticaret Anonim Şirkəti” tərəfindən göndərilmiş 405.000 avro dəyərində avadanlıqları aldığını inkar etməmiş, lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddətinin bitməsinə istinad etməklə məhkəməyə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmədə iddiaçı tərəf hazırkı mübahisəyə məhkəmədə baxılarkən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tətbiq edilməli olduğunu bildirmişdir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə əsasən alqısatqı müqaviləsinin tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Məhkəmə qeyd edir ki, “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 05 avqust 2015-ci il tarixdə toyuq hinləri üçün quşçuluq avadanlıqlarının satış kontraktında tərəflər arasında mübahisə yaranacağı təqdirdə hansı ölkənin qanunvericiliyinin tətbiq olunacağı göstərilməmişdir. Ona görə də, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə əsasən hazırkı müqaviləyə satıcının təsis olunduğu və əsasən fəaliyyət göstərdiyi ölkənin - Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. Məhkəmədə cavabdeh tərəf hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin tətbiq edilməli olduğunu bildirdiyinə görə tərəflərin təşəbbüsü ilə məhkəməyə mütəxəssislər dəvət olunmuş və dinlənilmişlər. X1 bildirmişdir ki, hazırkı mübahisənin həlli ilə bağlı ““Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə uyğun olaraq Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. Digər mütəxəssis X4 isə bildirmişdir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununda (istinad olunan 19 və 25-ci maddələrdə) qeyd olunan məsələlər nəzərdə tutulub. Lakin beynəlxalq təcrübədə bu məsələ ilə bağlı müəyyən istisnalar var. O, bir sıra beynəlxalq konvensiyalara istinad etsə də, qeyd etmişdir ki, bir sıra hallarda Azərbaycan Respublikası və bəzi hallarda Türkiyə Respublikası həmin konvensiyalara qoşulmamışdır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, belə hesab edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə uyğun olaraq hazırkı müqaviləyə Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. Öz növbəsində, yuxarıda qeyd olunan Türk Borclar Məcəlləsinin 146-cı maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, hər alacak (debitor) borcunun müddəti on il keçdikdən sonra bitir. Məhkəmə qeyd edir ki, Satıcı “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə Alıcı "xxxx" ASC arasında satış kontraktı 05 avqust 2015-ci il tarixdə bağlandığı və müqavilə münasibətləri həmin tarixdə yarandığı üçün və hal-hazırda Türk Borclar Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulan on illik iddia müddəti bitmədiyi üçün cavabdeh tərəfin təqdim etdiyi üç illik iddia müddətinin keçməsi barədə ərizə əsassızdır. Qeyd olunan qanunvericilik normalarına və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hequqi qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, Satıcı “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə Alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 avqust 2015ci il tarixdə toyuq hinləri üçün quşçuluq avadanlıqlarının satış kontraktının bağlanması, həmin kontrakt əsasında “Tavsan Dış Ticaret Anonim Şirkəti”nin "xxxx" ASC-yə ümumilikdə 405.000 avro dəyərində avadanlıqlar göndərməsi, alıcının həmin avadanlıqları yaxşı vəziyyətdə qəbul etməsi, lakin bunların müqabilində "xxxx" ASC tərəfindən “Tavsan Dış Ticaret Anonim Şirkəti”nə heç bir ödəniş olunmaması iş materialları ilə tamamilə sübuta yetirilir. “Tavsan Dış Ticaret Anonim Şirkəti” göstərilən məbləğdə pulu tələb etmək hüququnu qanuni əsaslarla “İddiaçı”nə güzəştə getdiyi üçün Türkiyə Respublikası qanunvericiliyinin yuxarıda qeyd olunan mülki hüquq normalarına uyğun olaraq iddiaçı “İddiaçı” 405.000 avro məbləğində pulu cavabdeh "xxxx" ASC-dən tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunanlara və təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin olunmalı, cavabdeh "xxxx" ASC-dən 405.000 avro məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı “İddiaçı”nə ödənilməlidir. Həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən 400 manat məbləğində mediatora ödənilmiş xidmət haqqı və iddiaçının tərcümə və notariat xərclərinə görə ödədiyi 80 manat məbləğində xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, cavabdeh "xxxx" ASC-dən 615 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumunun məbləği 1015 manatdır. İddiaçı ilkin mediasiya sessiyası zamanı 400 manat mediasiya xərci ödəmiş, dövlət rüsumunun məbləği çəkilmiş mediasiya xərcindən artıq olduğuna görə, iddiaçı tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. Yəni hazırkı iddia ərizəsinin verilməsi üçün iddiçınınn ödəməli olduğu məbləğ 615 manatdır. Lakin iddiaçı 615 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 669 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Buna görə də, cavabdehdən iddiaçı tərəfindən çəkilmiş mediasiya xərcindən əlavə 615 manat məbləğində dövlət rüsumunun əvəzi də tutulmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı”nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 405.000 avro məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı “İddiaçı”nə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 615 manat, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, tərcümə və notariat xərclərinə görə 80 manat pul tutularaq, iddiaçıya ödənilsin. Cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-45/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-45/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver