Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-452/2023 13.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 28 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 17 mart 2022-ci il tarixli 22/11 nömrəli Alqı-satqı müqaviləsinə əsasən 30532 (otuz min beş yüz otuz iki) manat əsas borc, 7388,26 (yeddi min üç yüz səksən səkkiz manat 26 qəpik) manat dəbbə pulu və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 38120,26 (otuz səkkiz min yüz iyirmi manat 26 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 fevral 2016-cı ildə təsis edilmişdir və o, mineral gübrə və pestisidlərin, o cümlədən bitki-mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 17 mart 2022-ci il tarixli 22/11 nömrəli Alğı-satqı müqaviləsi və onun Əlavələrinə əsasən cavabdehə ümumilikdə 48222,14 (qırx səkkiz min iki yüz iyirmi iki manat 14 qəpik) manat məbləğində gübrə təhvil verilmişdir. Bu məbləği tərəflər arasında bağlanan 05 aprel 2022-ci il tarixli 001 saylı X2 və 17 iyun 2022-ci il tarixli Üzləşmə Aktı təsdiqləyir. Lakin, cavabdeh "xxxx" MMC 26 avqust 2022-ci il tarixli EBCC 624836 nömrəli “Malların təqdim edilməsi qaiməsinin qaytarılması” haqqında elektron qaimə əsasında 17690,14 (on yeddi min altı yüz doxsan manat 14 qəpik) manat dəyərində aldığı malı geri qaytarmış və buna görə də, onun qalıq borcu 30532 (otuz min beş yüz otuz iki) manat məbləğində müəyyənləşmişdir. Ancaq cavabdeh tərəfindən qalıq 30532 (otuz min beş yüz otuz iki) manat məbləğində borc bu günədək ödənilməmişdir. Qeyd olunan borcla əlaqədar cavabdehə müvafiq elektron qaimə- fakturalar göndərilmişdir. 17 mart 2022-ci il tarixli 22/11 nömrəli Alğı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən Malın Qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrlə (X2 ilə) müəyyənləşdirilir. Müqaviləyə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 7388,26 (yeddi min üç yüz səksən səkkiz manat 26 qəpik) manat təşkil edir. Cavabdeh MMC-in İddiaçınə ödəməli olduğu əsas borc məbləğinin həcmi isə 30532 (otuz min beş yüz otuz iki) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə iki dəfə 18 avqust 2022-ci il tarixində AG-116/22 nömrəli və 16 yanvar 2023-cü il tarixində AG183 saylı pretenziya məktubları göndərilmiş və borcun ödənilməsi üçün ona müvafiq müddətlər təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan əlavə, yaranmış kommersiya mübahisəsinin mediasiya yolu ilə həll edilməsi üçün mediatora müraciət olunsa da, cavabdeh təyin olunmuş mediasiya sessiyasına da gəlməmişdir. Bu barədə iddiaçı tərəfə Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən 20 fevral 2023cü il tarixli MŞQ/1-0195 saylı arayış təqdim olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Alqı-satqı müqaviləsinə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olmuşdur. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəməyərək, öhdəliyin icrasından birtərəfli qaydada qəsdən yayınır. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi Nümayəndə 13 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə təqdim olunan iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 17 mart 2022-ci il tarixli 22/11 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, Satıcı Alıcını bu Müqavilənin Əlavələrində (X1) qeyd olunmuş məhsulla (bundan sonra “Mal”) Tərəflər arasında müəyyən edilmiş müddətdə təmin edir, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə Malın dəyərini “Satıcı"ya ödəyir (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri bu Müqaviləyə Əlavələrlə (X1) müəyyən olunur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrlə (X1) müəyyənləşdirilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” Tərəflər arasında razılaşdırılmış müddətlərdə Malı “Alıcı’ya təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, “Satıcı” ödənişin təsdiqi olaraq “Alıcı"ya hesab-faktura təqdim edir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında, “Satıcı” “Alıcı”dan hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında cərimə tələb edə bilər. İş materiallarında olan, 17 mart 2022-ci il tarixli 22/11 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 05 aprel 2022-ci il tarixli 001 nömrəli "Qiymətlərin razılaşdırma” Protokolundan görünür ki, həmin Protokola əsasən 17 mart 2022-ci il tarixli 22/11 nömrəli Müqavilə üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ümumilikdə cəmi 48222,14 (qırx səkkiz min iki yüz iyirmi iki manat 14 qəpik) manat məbləğində müxtəlif məhsullarının satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan, müvafiq qaydada tərtib olunaraq təsdiq edilmiş Elektron Qaimələrlə müəyyən olunur ki, 17 mart 2022-ci il tarixli 22/11 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 07 aprel 2022-ci il tarixli EBBU 082201 nömrəli Elektron Qaimə üzrə 33529,34 manat dəyərində, 08 aprel 2022-ci il tarixli EBBU 140611 nömrəli Elektron Qaimə üzrə 8250 manat dəyərində və 08 aprel 2022-ci il tarixli EBBU 171213 nömrəli Elektron Qaimə üzrə 6442,8 manat dəyərində olmaqla, ümumilikdə cəmi 48222,14 (qırx səkkiz min iki yüz iyirmi iki manat 14 qəpik) manat dəyərində müxtəlif məhsulların satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 17 mart 2022-ci il tarixli 22/11 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanıbmöhürlənmiş 17 iyun 2022-ci il tarixli Üzləşmə Aktından görünür ki, alıcı Cavabdeh 17 iyun 2022-ci il tarixinə satıcı İddiaçınə cəmi 48222,14 (qırx səkkiz min iki yüz iyirmi iki manat 14 qəpik) manat məbləğində qalıq borcu vardır. İddiaçı tərəfin təqdim etdiyi 28 aprel 2023-cü il tarixli AG-345/23 nömrəli Maliyyə Arayışında göstərilir ki, satıcı "Agrico” MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 17 mart 2022-ci il tarixli 22/11 saylı alqı-satqı müqaviləsi və onun əlavələrinə əsasən Cavabdeh MMC-yə ümumilikdə 48222,14 (qırx səkkiz min iki yüz iyirmi iki manat 14 qəpik) manat məbləğində gübrə təhvil verilmişdir. Cavabdeh MMC 26 avqust 2022-ci il tarixli EBCC 624836 nömrəli “Malların təqdim edilməsi qaiməsinin qaytarılması” haqqında elektron qaimə əsasında 17690,14 (on yeddi min altı yüz doxsan manat 14 qəpik) manatlıq malı geri qaytarmış və buna görə də, onun qalıq borcu 30532 (otuz min beş yüz otuz iki) manat məbləğində müəyyənləşmişdir. Lakin, cavabdeh tərəfindən qalıq 30532 (otuz min beş yüz otuz iki) manat borc bu günədək ödənilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.3-cü bəndinə görə gecikdirilən hər gün üçün Müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında cərimə tətbiq edilir ki, bu bəndə əsasən hesablanmış cərimə məbləği 7388,26 (yeddi min üç yüz səksən səkkiz manat 26 qəpik) manat təşkil edir. Beləliklə, Cavabdeh 28 aprel 2023-cü il tarixinədək İddiaçınə əsas borcu 30532 (otuz min beş yüz otuz iki) manat və gecikdirilmiş günlərə görə hesablanmış cərimə məbləği 7388,26 (yeddi min üç yüz səksən səkkiz manat 26 qəpik) manat olmaqla, ümumilikdə 37920,26 (otuz yeddi min doqquz yüz iyirmi manat 26 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 17 mart 2022-ci il tarixli 22/11 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 30532 (otuz min beş yüz otuz iki) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 30532 (otuz min beş yüz otuz iki) manat məbləğində əsas borcun və “7388,26 (yeddi min üç yüz səksən səkkiz manat 26 qəpik) manat məbləğində dəbbə pulunun” Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 17 mart 2022-ci il tarixli 22/11 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 30532 (otuz min beş yüz otuz iki) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən “7388,26 (yeddi min üç yüz səksən səkkiz manat 26 qəpik) manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 30532 manat məbləğində əsas borc və 500 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 183,1 (yüz səksən üç manat 10 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 30532 (otuz min beş yüz otuz iki) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 31232 (otuz bir min iki yüz otuz iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 183,1 (yüz səksən üç manat 10 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-452/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-452/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver