Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-465/2023 17.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil olmaqla 14750 (on dörd min yeddi yüz əlli manat) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardım göstəriməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 15270 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında avtomobil şinləri və ehtiyat hissələrinin alqı-satqısına dair 01 sentyabr 2021-ci il tarixli 102 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinin tələbinə görə satıcı malları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı mallara görə satıcı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini satıcının hesabına ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinin tələbinə görə ödəniş köçürülmə yolu ilə aparılırsa, satıcı alıcıya ödəniş aparılması üçün müvafiq sənədləri təqdim edir. Mallar təhvil verildikdən sonra ödəniş ən geci 5 (beş) gün ərzində satıcının hesabına ödənilməlidir. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli hesab № 1089 olan təhvil-təslim aktı əsasında ölçüləri 215/75R17,5 AT115 olan 6 (altı) ədəd və ölçüləri 265/70R19,5 olan 4 (dörd) ədəd “Austone” markalı avtomobil şinləri, xx.xx.2021-ci il tarixli hesab № 1103 olan təhvil-təslim aktı əsasında ölçüləri 215/75R17,5 AT115 olan 6 (altı) ədəd “Austone” markalı avtomobil şinləri, xx.xx.2021-ci il tarixli hesab № 1141 olan təhvil-təslim aktı əsasında ölçüləri 215/75R17,5 AT115 olan 6 (altı) ədəd və ölçüləri 265/70R19,5 olan 6(altı) ədəd “Austone” markalı avtomobil şinləri, xx.xx.2021-ci il tarixli hesab № 1209 olan təhvil-təslim aktı əsasında ölçüləri 215/75R17,5 AT115 olan 6 (altı) ədəd “Austone” markalı avtomobil şinləri, xx.xx.2021-ci il tarixli hesab № 1240 olan təhvil-təslim aktı əsasında ölçüləri 215/75R17,5 RA olan 6 (altı) ədəd “Apollo” markalı avtomobil şinləri, xx.xx.2021-ci il tarixli hesab № 1262 olan təhvil-təslim aktı əsasında ölçüləri 215/75R17,5 RA olan 8 (səkkiz) ədəd “Apollo” markalı avtomobil şinləri, xx.xx.2021-ci il tarixli hesab № 1294 olan təhviltəslim aktı əsasında ölçüləri 265/70R19,5 olan 2 (iki) ədəd təkər və ölçüləri 215/75R17,5 RA olan 4 (dörd) ədəd “Apollo” markalı avtomobil şinləri və xx.xx.2021-ci il tarixli hesab № 1306 olan təhvil-təslim aktı əsasında ölçüləri 265/70R19,5 olan 2 (iki) ədəd və ölçüləri 215/75R17,5 RA olan 6 (altı) ədəd “Apollo” markalı avtomobil şinləri alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsul şəxsinə təhvil verilmişdir. Eyni zamanda satılan malların xx.xx.2021-ci il tarixli EBBL seriyalı 241328 saylı elektron qaiməyə əsasən 2489,80 (iki min dörd yüz səksən doqquz manat 80 qəpik), xx.xx.2021-ci il tarixli EBBL seriyalı 274684 saylı elektron qaiməyə əsasən 1309,80 (bir min üç yüz doqquz manat 80 qəpik), xx.xx.2021-ci il tarixli EBBL seriyalı 730383 saylı elektron qaiməyə əsasən 3079,80 ( üç min yetmiş doqquz manat 80 qəpik), xx.xx.2021-ci il tarixli EBBM seriyalı 642466 saylı elektron qaiməyə əsasən 1309,80 (min üç yüz doqquz manat 80 qəpik), xx.xx.2021-ci il tarixli EBBM seriyalı 724661 saylı elektron qaiməyə əsasən 1345,20 (min üç yüz qırx beş manat 20 qəpik), xx.xx.2021-ci il tarixli EBBN seriyalı 117458 saylı elektron qaiməyə əsasən 1793,60 (min yeddi yüz doxsan üç manat 20 qəpik), xx.xx.2021-ci il tarixli EBBN seriyalı 657359 saylı elektron qaiməyə əsasən 1486,80 ( min dörd yüz səksən altı manat 80 qəpik), xx.xx.2021-ci il tarixli EBBN seriyalı 735775 saylı elektron qaiməyə əsasən 1935,20 (min doqquz yüz otuz beş manat 20 qəpik), cəmi qaimələr üzrə ƏDV-də daxil olmaqla ümumi məbləğ 14750 (on dörd min yeddi yüz əlli) manat pul vəsaitinin İddiaçı hesabına ödənilməsi barədə qaimələr göndərilmişdir. Lakin ötən müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınan malların dəyəri İddiaçınə ödənilməmişdir. Nəticədə alıcı üzərinə götürdüyü öhdəlikləri vaxtlı vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədilə İddiaçı cavabdehə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixlərdə yazılı müraciətlər etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamış və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Eyni zamanda müqavilə öhdəliyinin yerinə yetirilməməsi barədə pul tələbinə dair iddiaçı tərəfindən Mediyasiya Şurasına müraciət olunmuşdur. Mediyasiya Şurasının Sumqayıt 1 saylı Mediyasiya təşkilatı tərəfləri ilkin mediyasiya sessiyasında iştirak etməyə dəvət etsə də, cavabdeh tərəf həmin iclasa gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyinin ƏDV daxil olmaqla ümumi məbləği 14750 (on dörd min yeddi yüz əlli) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbini qəbul etdiklərini, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi vəziyyəti ilə əlaqədar ödənişlər edə bilmədiklərini demiş və borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı- İddiaçı (VÖEN **********) ilə alıcı - Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 102 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı mallara görə satıcı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini satıcının hesabına ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinin tələbinə görə ödəniş köçürülmə yolu ilə aparılırsa, satıcı alıcıya ödəniş aparılması üçün müvafiq sənədləri təqdim edir. Mallar təhvil verildikdən sonra ödəniş ən geci 5 (beş) gün ərzində satıcının hesabına ödənilməlidir. İş materiallarında olan İddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli hesab № 1089 olan təhvil-təslim aktından görünür ki, ölçüləri 215/75R17,5 AT115 olan 6 (altı) ədəd təkər və ölçüləri 265/70R19,5 olan 4 (dörd) ədəd “Austone” markalı təkər İddiaçı tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBBL seriyalı 241328 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 2489,80 (iki min dörd yüz səksən doqquz manat 80 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli hesab № 1103 olan təhvil-təslim aktından görünür ki, ölçüləri 215/75R17,5 AT115 olan 6 (altı) ədəd “Austone” markalı təkər İddiaçı tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBBL seriyalı 274684 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 1309,80 (min üç yüz doqquz manat 80 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli hesab № 1141 olan təhvil-təslim aktından görünür ki, ölçüləri 215/75R17,5 AT115 olan 6 (altı) ədəd təkər və ölçüləri 265/70R19,5 olan 6 (altı) ədəd “Austone” markalı təkər İddiaçı tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBBL seriyalı 730383 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 3079,80 (üç min yetmiş doqquz manat 80 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli hesab № 1209 olan təhvil-təslim aktından görünür ki, ölçüləri 215/75R17,5 AT115 olan 6 (altı) ədəd “Austone” markalı təkər İddiaçı tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBBM seriyalı 642466 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 1309,80 (min üç yüz doqquz manat 80 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli hesab № 1240 olan təhvil-təslim aktından görünür ki, ölçüləri 215/75R17,5 RA olan 6 (altı) ədəd “Apollo” markalı təkər İddiaçı tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBBM seriyalı 724661 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 1345,20 (min üç yüz qırx beş manat 20 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli hesab № 1262 olan təhvil-təslim aktından görünür ki, ölçüləri 215/75R17,5 RA olan 8 (səkkiz) ədəd “Apollo” markalı təkər İddiaçı tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBBN seriyalı 117458 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 1793,60 (min yeddi yüz doxsan üç manat 20 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli hesab № 1294 olan təhvil-təslim aktından görünür ki, ölçüləri 265/70R19,5 olan 2 (iki) ədəd təkər və ölçüləri 215/75R17,5 RA olan 4 (dörd) ədəd “Apollo” markalı təkər İddiaçı tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBBN seriyalı 657359 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 1486,80 (min dörd yüz səksən altı manat 80 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli hesab № 1306 olan təhvil-təslim aktından görünür ki, ölçüləri 265/70R19,5 olan 2(iki) ədəd və ölçüləri 215/75R17,5 RA olan 6 (altı) ədəd “Apollo” markalı təkər İddiaçı tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBBN seriyalı 735775 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 1935,20 (min doqquz yüz otuz beş manat 20 qəpik) manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 01 sentyabr 2021-ci il tarixli 102 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı 14750 manat dəyərində malları Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil vermişdir. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliyini icra etməyərək təhvil verilən malların dəyərini ödəməmişdir. Buna görə də, hazırkı iddia tələbində ödənilməmiş 14750 (on dörd min yeddi yüz əlli) manat məbləğində borcun cavabdeh “Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardım göstəriməsi üçün 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş ƏDV daxil omaqla 14750 (on dörd min yeddi yüz əlli) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil olmaqla 14750 (on dörd min yeddi yüz əlli) manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, hazırkı iddia tələbi üzrə hesablanan 134,25 (yüz otuz dörd manat 25 qəpik) manat məbləğində dövlət rüsumu da cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil olmaqla 14750 (on dörd min yeddi yüz əlli) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 15270 (on beş min iki yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 134,25 (yüz otuz dörd manat 25 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-465/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-465/2023
17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver