Məhkəmə qərarları › İş №e-2-2(119)-466/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-466/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-466/2020 30.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxx” X3 nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Zamanova Könül Dağlar qızının iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxx” X3 Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxx” X6 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Alqı-Satqı Müqaviləsinə əsasən 326904,89 (üç yüz iyirmi altı min doqquz yüz dörd manat 89 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə məhkəmə prosesi zamanı iddiaçı tərəf Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, həmin ərizədə iddia tələbinin həcmini artırmış və 326904,89 (üç yüz iyirmi alti min doqquz yuz dörd manat 89 qəpik) manat məbləğində əsas borc və 114416,71 (yüz on dörd min dörd yüz on altı manat 71 qəpik) manat penya olmaqla, cəmi 441321,60 (dörd yüz qırx bir min üç yüz iyirmi bir manat 60 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxx” X3 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxx” MMC (“Satıcı”/“İddiaçı”) və "Cavabdeh" MMC (“Alıcı”/“Cavabdeh”) arasında xx xxxx 2019-cu il tarixli 566 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqaviləyə dair müvafiq Əlavə Razılaşmalar imzalanmışdır. Həmin Müqavilə münasibətləri çərçivəsində Satıcı tərəfindən Alıcıya müxtəlif növ kabellərin və naqillərin satışı həyata keçirilmiş olsa da, Alıcı tərəfindən malların dəyərinin ödənilməsi təmin edilməmiş və nəticədə Alıcının Satıcı qarşısında Alqı- Satqı Müqaviləsinə görə 326904,89 (üç yüz iyirmi alti min doqquz yuz dörd manat 89 qəpik) manat məbləğində maliyyə öhdəliyi (borcu) yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə İddiaçı (satıcı) tərəfindən Cavabdehlə (alıcı ilə) dəfələrlə telefon əlaqəsi saxlanılmış, yazılı müraciət və pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və Cavabdeh tərəfinizdən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İş materiallarına əlavə edilmiş Üzləşdirmə aktının, e-qaimə və e-VHF-nin surətlərindən də göründüyü kimi, Cavabdehə sonuncu dəfə e-qaimə faktura xx xxxxxx 2019-cu il, e-VHF isə xx xxxxxx 2019-cu il tarixində verilmiş olsa da, bundan sonra cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Tərəflər arasında imzalanmış Müqavilənin 2.2-ci bəndinə əsasən Əlavələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, Malların dəyərinin ödənilməsi həmin Mallar Alıcıya təhvil verildikdən və elektron qaimə-faktura Satıcı tərəfindən Alıcıya göndərildikdən sonra 5 gün ərzində həyata keçirilir. Tərəflər arasında imzalanmış Müqavilənin 8.2-ci bəndinə əsasən, malın ödənişinin gecikdirilməsi zamanı Satıcı ödənişin gecikdirildiyi hər həftəyə görə vaxtında ödənilməmiş malın dəyərinin 1%-i miqdarında penya ödəməyi Alıcıdan tələb edə bilər. İddiaçı müqavilə üzrə tanınmış həmin hüququndan istifadə edərək, xx xxxxxx 2020-ci il tarixindən etibarən aşağıdakı qaydada penya hesablamaq qərarına gəlmişdir: 326904,89 manat x 1% = 3269,04 manat - (1 həftə üçün hesablanan penya məbləği); 3269,04 manat x 35 həftə = 114416,71 manat (xx xxxxxxxx 2020-ci il tarixədək hesablanan penya məbləği). Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxx” X3 nümayəndəsi Zamanova Könül Dağlar qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 326904,89 manat məbləğində əsas borc və 114416,71 manat penya olmaqla, cəmi 441321,60 manat məbləğində əsas borcun və məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxx” X5 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı “xxxxxxxxxxxxxxx” X6 ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 566 №-li Alqı-Satqı müqaviləsinə əsasən satıcı “xxxxxxxxxxxxxxx” X6 tərəfindən alıcı Cavabdehnə müxtəlif növ kabellər və naqillər satılmış olsa da, həmin alqı-satqı üzrə satılmış kabel və naqillərin cəmi 326904,89 (üç yüz iyirmi altı min doqquz yüz dörd manat 89 qəpik) manat məbləğində dəyəri Alıcı (cavabdeh) tərəfindən Satıcıya (iddiaçıya) ödənilməmişdir (bununla bağlı elektron qaiməfakturalar və digər sənədlər iddia ərizəsinə əlavə edilmişdir). Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 566 nömrəli Alqı-Satqı müqaviləsində alınmış malların dəyərinin ödənilməsi yubadıldığı halda, “Satıcı” tərəfindən “Alıcı”ya Müqavilə üzrə satılan malların dəyərinin 1% miqdarında penya tətbiq edilməsi nəzərdə tutulmuşdur (Müqavilənin 8.2-ci bəndi). İş materiallarında olan, xx xxxx 2019-cu il tarixli 566 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı “xxxxxxxxxxxxxxx” X6 ilə alıcı Cavabdeh tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli 8 nömrəli Üzləşdırılmə Aktından görünür ki, satıcı “xxxxxxxxxxxxxxx” X6 ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 566 №-li müqaviləsi üzrə xx xxx 2020-ci il tarixinə alıcı Cavabdeh satıcı “xxxxxxxxxxxxxxx” X4 cəmi 326904,89 (üç yüz iyirmi alti min doqquz yuz dörd manat 89 qəpik) manat məbləğində ödənilməmiş qalıq borcunun olduğu müəyyən edilmiş və həmin Akt hər iki tərəfin qanuni təmsilçiləri tərəfindən imzalanaraq, möhürlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, satıcı “xxxxxxxxxxxxxxx” X6 ilə alıcı Cavabdeh arasında bağlanmışxx xxxx 2019-cu il tarixli 566 nömrəli Alqı-satqı müqaviləsi üzrəalınmış müxtəlif növ kabel və naqil məhsullarına görə cəmi 326904,89 (üç yüz iyirmi alti min doqquz yuz dörd manat 89 qəpik) manat məbləğində pul vəsaiti alıcı Cavabdeh” MMC tərəfindən satıcı “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilməmişdir. Buna görə də,hazırkı iddia ərizəsində ödənilməmiş 326904,89 (üç yüz iyirmi alti min doqquz yuz dörd manat 89 qəpik) manat məbləğində borcun və həmin borc üzrə ödənişin gecikdirildiyinə görə xx xxxxxxxx 2020-ci il tarixədək hesablanmış 114416,71 (yüz on dörd min dörd yüz on altı manat 71 qəpik) manat penyanın cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC iddiaçı “xxxxxxxxxxxxxxx” MMC ilə bağlanmış xx xxxx 2019-cu il tarixli 566 nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 326904,89 (üç yüz iyirmi alti min doqquz yuz dörd manat 89 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 114416,71 manat məbləğində penyanın tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penya məbləği azaldılaraq, cavabdehdən cəmi 20000 (iyirmi min) manat məbləğində penya tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı “xxxxxxxxxxxxxxx” X3 xeyrinə Cavabdehndən 326904,89 manat məbləğində əsas borc və 20000 manat məbləğində penya tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 326904,89 (üç yüz iyirmi alti min doqquz yuz dörd manat 89 qəpik) manat məbləğində əsas borc, 20000 (iyirmi min) manat məbləğində penya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 346934,89 (üç yüz qırx altı min doqquz yüz otuz dörd manat 89 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxxxxxxx” X3 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar