Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-470/2023 21.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı "Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Hüseynov Sənan Mətləb oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 04 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhvil aldığı mallara görə əsas borc olaraq 4085,66 (dörd min səksən beş manat 66 qəpik) manat, əsas borca hesablanmış 1838,54 (min səkkiz yüz otuz səkkiz manat 54 qəpik) manat məbləğində dəbbə borcu və əldən çıxmış faydaya görə ödənilməli olan 347,01 (üç yüz qırx yeddi manat 01 qəpik) manat olmaqla, ümumilikdə 6271,21 (altı min iki yüz yetmiş bir manat 21 qəpik) manat məbləğində pul vəsaitinin, o cümlədən ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində haqqın tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC (hal-hazırda İddiaçı) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında 22 noyabr 2017-ci il tarixli 43522 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Alqı-satqı Müqaviləsinə əsasən Satıcı Alıcının sifarişlər əsasında razılaşdırılmış miqdarda və çeşiddə malı Alıcıya təhvil verməyi, Alıcı isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bir sıra malların təhvil-təslimi müvafiq aktlar əsasında həyata keçirilmişdir və sözügedən aktlar iddia ərizəsinə əlavə olunmuşdur. Lakin, cavabdeh ona verilmiş malların müəyyən bir hissəsinin dəyərini iddiaçıya ödəməmişdir. Dəyəri ödənilməyən mallara görə cavabdehin iddiaçıya 4085,66 (dörd min səksən beş manat 66 qəpik) manat məbləğində ödənilməmiş borc öhdəliyi vardır. Bundan əlavə olaraq, Müqavilənin 4.5-ci bəndinə əsasən Alıcı Satıcıya olan borc ödənişini Müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə, borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,05% -i miqdarında cərimə ödəməlidir. Qeyd olunan müddəaya uyğun olaraq qalıq borc öhdəliyi cavabdeh tərəfindən tam icra edilmədiyindən, cavabdehin 1838,54 (min səkkiz yüz otuz səkkiz manat 54 qəpik) manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə təhvil aldığı mallara görə ödəməli olduğu vəsaiti ödəməyərək, həmin vəsaiti ödəməməklə iddiaçıya əhəmiyyətli maddi zərər yetirmiş və bununla da iddiaçını həmin vəsaitin istifadəsindən və bu vəsaitin istifadəsindən əldə olunacaq mənfəətdən məhrum etmişdir. Beləliklə iddiaçı hesab edir ki, cavabdeh təhvil aldığı mallara görə ödənilməli olan əsas məbləğlə yanaşı, bu məbləğdən istifadə edə bilməməsi nəticəsində iddiaçının itirmiş olduğu faydanı da iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının 01 fevral 2023-cü il tarixli qərarına əsasən ölkə üzrə uçot faiz dərəcəsi 8,5 % olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı sözügedən vəsaitdən istifadə etməməklə, 347,01 (üç yüz qırx yeddi manat 01 qəpik) manat məbləğində mənfəətdən məhrum olmuşdur. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, cavabdehin iddiaçıya əsas borc olaraq 4085,66 (dörd min səksən beş manat 66 qəpik) manat, əsas borca hesablanmış 1838,54 (min səkkiz yüz otuz səkkiz manat 54 qəpik) manat məbləğində dəbbə borcu və əldən çıxmış faydaya görə ödənilməli olan 347,01 (üç yüz qırx yeddi manat 01 qəpik) manat olmaqla, ümumilikdə 6271,21 (altı min iki yüz yetmiş bir manat 21 qəpik) manat ödənilməmiş borc öhdəliyi vardır. Bu mübahisənin məhkəmədənkənar həll edilməsi və borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediasiya prosesi təşkil olunmuşdur. Lakin, məhkəməyəqədər mərhələdə pretenziya qaydasında və yaxud mediasiya vasitəsi ilə həmin borcun ödətdirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh təhvil aldığı mallara görə əsas borc olaraq 4085,66 manat, əsas borca hesablanmış 1838,54 manat məbləğində dəbbə borcu və əldən çıxmış faydaya görə ödənilməli olan 347,01 manat olmaqla, ümumilikdə 6271,21 manat məbləğində pul vəsaitinin, o cümlədən ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində haqqın tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 05 iyun 2018-ci ildə dövlət qeydiyyatına alınmış "V-Trade” MMC-nin (VÖEN **********) və 01 avqust 2017-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) ona qoşulması nəticəsində hüquqi şəxs İddiaçı (VÖEN **********) 24 dekabr 2019-cu il tarixində yenidən təşkil edilmişdir (İddiaçı MMC-nin Nizamnaməsinin 1.7-ci bəndi). İş materiallarında olan İddiaçı MMC-nin Nizamnaməsinin 1.8-ci bəndinə əsasən, İddiaçı MMC (VÖEN **********) 05 iyun 2018-ci il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" MMC (VÖEN **********), 01 avqust 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********), 26 aprel 2004-cü il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN **********) ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və hüquqi şəxs "Veysəloğlu” MMC (VÖEN **********) "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və “Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin (VÖEN **********) hüquqi varisidir. İş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) - (hal-hazırda İddiaçı MMC (VÖEN **********) ilə alıcı – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli 43522 nömrəli Alqı-satqı Müqaviləsi və həmin Müqaviləyə 1 nömrəli Əlavənin şərtlərinə görə, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Alıcını malla təmin etməyi. "Alıcı isə həmin sənədlər əsasında Malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər arasında razılaşdırılmış digər şərtlər bu Müqaviləyə Əlavələrdə göstərilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 14 gündən artıq ola bilməz. Ödəniş 14 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla Satıcıya ödəniləcəkdir. Həmin Müqavilənin 4.5-ci bəndinə əsasən, Alıcı Satıcıya olan borcun ödənişini 3.1-ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,05 %-i miqdarında cərimə ödəməlidir. Bu qayda Alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilənin etibarlılıq müddətinin bitməsinə 7 (yeddi) iş günü qalmışa qədər tərəflərdən biri digərinə müqavilənin uzadılmasından imtinasını yazılı şəkildə bildirməzsə, müqavilə növbəti 1 (bir) il müddətinə uzadılmış hesab olunur. İş materiallarında olan 08 mart 2021-ci il tarixli HDP/8 seriyalı 821780 nömrəli “Malların təhvil-qəbul” Aktından görünür ki, 08 mart 2021-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil cəmi 2000 manat (malın dəyəri-1694,91 manat + ƏDV-305,09 manat) dəyərində məhsullar (mallar) satılmışdır (15 mart 2021-ci il tarixli EBAY 713256 nömrəli elektron qaimə təqdim olunmuşdur). İş materiallarında olan 02 aprel 2021-ci il tarixli “Malların təhvil-qəbul” Aktından görünür ki, 02 aprel 2021-ci ildə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh ƏDV daxil cəmi 2430 manat (malın dəyəri-2059,32 manat + ƏDV- 370,68 manat) dəyərində məhsullar (mallar) satılmışdır (07 aprel 2021-ci il tarixli EBAZ 750585 nömrəli elektron qaimə təqdim olunmuşdur). İddiaçı tərəfin təqdim etdiyi Maliyyə Arayışı ilə müəyyən olunur ki, 22 noyabr 2017-ci il tarixli 43522 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh almış olduğu mallara görə iddiaçı "Veysəloğlu” MMC-yə 4085,66 (dörd min səksən beş manat 66 qəpik) manat məbləğində əsas borcu, müqavilənin 7.10-cu bəndinə əsasən 1838,54 (min otuz səkkiz manat 54 qəpik) manat məbləğində dəbbə pulu borcu və 2023-ci ilin fevral ayı üzrə 8,5 %lik uçot dərəcəsi nəzərə alınmaqla əldən çıxmış fayda üzrə hesablanmış 347,01 (üç yüz qırx yeddi manat 01 qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 22 noyabr 2017-ci il tarixli 43522 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 4085,66 (dörd min səksən beş manat 66 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 4085,66 manat məbləğində əsas borcun, 1838,54 manat məbləğində dəbbə pulunun, 347,01 manat məbləğində əldən çıxmış faydanın və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində haqqın Cavabdeh tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 50 (əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir (iddia tələbində 100 (yüz) manat məbləğində mediasiya xərcinin tutulması xahiş edilsə də, məhkəməyə təqdim olunmuş 10 mart 2023cü il tarixli MŞS/MT030/2023-00248 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra proseesin davam etdirilə bilməməsi” barədə Mediasiya Arayışının əslində olan məlumatlarla müəyyən olunur ki, iddiaçı tərəfindən mediatora mediasiya xərci olaraq cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 22 noyabr 2017-ci il tarixli 43522 nömrəli alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə, həmin Müqavilə üzrə alınmış mallar üçün ödənilməmiş 4085,66 (dörd min səksən beş manat 66 qəpik) manat məbləğində əsas borcun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən “1838,54 (min səkkiz yüz otuz səkkiz manat 54 qəpik) manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə satılmış malların dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan dəbbə pulu məbləğinin də artması və dəbbə pullu məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, İddiaçı iddia tələbində Cavabdeh "əldən çıxmış faydaya görə ödənilməli olan 347,01 (üç yüz qırx yeddi manat 01 qəpik) manat məbləğində faizin” tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Buna görə də "əldən çıxmış faydaya görə ödənilməli olan 347,01 manat məbləğində pulun tutulması” barədə iddia tələbi əsaslılığı sübut olunmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh (VÖEN **********) 4085,66 manat məbləğində əsas borc və 300 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın "ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması" tələbi də qismən təmin olunaraq, cavabdeh tərəfin ilkin mediasiya sessiyasında iştirak etməsi, eləcə də iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş 10 mart 2023-cü il tarixli MŞS/MT030/2023-00248 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra proseesin davam etdirilə bilməməsi” barədə Mediasiya Arayışında mediasiya xərci kimi 50 (əlli) manat məbləğində pul vəsaitinin ödənildiyinin göstərilməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh iddiaçının xeyrinə mediatora ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqının 25 (iyirmi beş) manat hissəsi tutulmalıdır. Həmçinin, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh dövlət nəfinə 63,85 (altmış üç manat 85 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 4085,66 (dörd min səksən beş manat 66 qəpik) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 25 (iyirmi beş) manat hissəsi olmaqla, cəmi 4410,66 (dörd min dörd yüz on manat 66 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 63,85 (altmış üç manat 85 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-470/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-470/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver