Məhkəmə qərarları › İş №e-2-2(119)-48/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-48/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-48/2023 08.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 17 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14166,09 manat məbləğində əsas borcun, 991,62 manat məbləğində penyanın, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat mediasiya haqqının və vəkil xidmətləri üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 09 fevral 2017-ci il tarixli 05 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə “Satıcı” “Alıcı”ya birdəfəlik qida qablaşdırma və hijyen mallarını satır, “Alıcı” isə Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Satıcı tərəfindən verilmiş mallar Alıcı tərəfindən qəbul edilərək, malların dəyərinin bir hissəsi Alıcı tərəfindən ödənilsə də, verilmiş malların əsas hissəsinin dəyəri ödənilməmişdir. Cavabdeh MMC-yə 09 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 19 iyun 2021-ci il tarixli EBBD seriyalı 375080 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 2173,56 manat, 13 iyul 2021-ci il tarixli EBBE seriyalı 277856 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 956,27 manat, 27 iyul 2021-ci il tarixli EBBF seriyalı 006585 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 372,88 manat, 29 iyul 2021-ci il tarixli EBBF seriyalı 575793 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 436,60 manat, 10 avqust 2021-ci il tarixli EBBF seriyalı 841345 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 682,44 manat, 19 avqust 2021-ci il tarixli EBBG seriyalı 173491 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 175,01 manat, 28 avqust 2021-ci il tarixli EBBH seriyalı 018517 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 568,88 manat, 31 avqust 2021-ci il tarixli EBBH seriyalı 249265 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 673,53 manat, 31 avqust 2021-ci il tarixli EBBH seriyalı 396161 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 86,14 manat, 11 sentyabr 2021-ci il tarixli EBBH seriyalı 943326 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 304,79 manat, 18 sentyabr 2021-ci il tarixli EBBJ seriyalı 348944 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 315,41 manat, 27 sentyabr 2021-ci il tarixli EBBJ seriyalı 770041 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 338,42 manat, 30 sentyabr 2021-ci il tarixli EBBK seriyalı 050004 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 480,61 manat, 13 oktyabr 2021-ci il tarixli EBBK seriyalı 646002 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 50,01 manat, 14 oktyabr 2021-ci il tarixli EBBK seriyalı 664284 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 346,45 manat, 25 oktyabr 2021-ci il tarixli EBBL seriyalı 216570 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 402 manat, 28 oktyabr 2021-ci il tarixli EBBL seriyalı 470621 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 369,90 manat, 10 noyabr 2021-ci il tarixli EBBL seriyalı 915445 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 192,57 manat, 19 noyabr 2021-ci il tarixli EBBM seriyalı 509853 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 603,45 manat, 23 noyabr 2021-ci il tarixli EBBM seriyalı 825025 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 500,92 manat, 30 noyabr 2021-ci il tarixli EBBN seriyalı 312823 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 1174,66 manat, 30 noyabr 2021-ci il tarixli EBBN seriyalı 313054 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 45,03 manat, 14 dekabr 2021-ci il tarixli EBBO seriyalı 132528 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 1013,24 manat, 28 dekabr 2021-ci il tarixli EBBO seriyalı 929332 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 335,40 manat, 13 yanvar 2022-ci il tarixli EBBP seriyalı 544137 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 888,66 manat və 26 yanvar 2022-ci il tarixli EBBP seriyalı 905302 nömrəli elektron qaimə əsasında ümumi dəyəri 1279,32 manat olmaqla, ümumilikdə cəmi 14766,15 manat olan birdəfəlik istifadə malları göndərilmiş və bütün malların Alıcı tərəfindən yuxarıda göstərilən müqavilənin 4-cü bəndinə uyğun olaraq təhvil alınmasına dair müvafiq sənədlər tərtib olunmuşdur. 30 noyabr 2021-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında Üzləşmə Aktı tərtib olunmuş və həmin Aktda cavabdeh iddiaçıya 12037,72 manat əsas borcunun və 2166,78 manat ƏDV borcunun olduğunu təsdiq etmişdir. Tərəflər arasında 30 avqust 2022-ci il tarixdə yenidən Üzləşmə Aktı tərtib edilmiş və həmin Aktda isə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 12005,17 manat əsas borcunun və 2160,92 manat ƏDV borcunun olduğu təsdiq olunmuşdur. 30 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş Üzləşmə Aktı ilə Cavabdeh MMC İddiaçı MMC-yə 12005,17 manat əsas borcunun və 2160,92 manat ƏDV borcunun olduğunu təsdiq etmişdir. 09 fevral 2017-ci il tarixli Alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə görə mal “Alıcı”ya təhvil verildikdən sonra 7 (yeddi) təqvim günü ərzində ödəniş həyata keçirilməlidir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ayrı-ayrı qaimələr üzrə qismən ödəniş edilmiş olsa da, cavabdehin son olaraq İddiaçı MMC-yə ümumilikdə ƏDV daxil cəmi 14166,09 manat borcu qalmışdır. Cavabdeh MMC tərəfindən bu günədək borclu olduğu 14166,09 manat pul hələ də ödənilməmişdir. Alqısatqı müqaviləsinin 6.2-ci bəndinə görə tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Bununla əlaqədar Cavabdeh MMC-yə pretenziya məktubları göndərilməsinə baxmayaraq, həmin pretenziya məktubları heç bir nəticə verməmiş və cavabdeh tərəfindən 14166,09 manat məbləğində borc üzrə ödəniş həyata keçirilməmişdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkan olmamışdır. İlkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən 200 manat məbləğində mediasiya haqqı ödənilmişdir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan 14166,09 manat borc məbləği üçün Mülki Məcəllənin 449-cu maddəsinə əsasən 7% uçot dərəcəsi ilə 991,62 manat məbləğində penya hesablanmışdır. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 09 fevral 2017-ci il tarixli 05 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, “Satıcı” “Alıcı”ya birdəfəlik qida qablaşdırma və hijyen mallarını (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, Mal “Alıcı”ya təhvil verildikdən sonra 7 (yeddi) təqvim günü ərzində ödəniş həyata keçməlidir. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yermə yetirilməsindən sonra öz qüvvəsini itirir. İş materiallarında olan 09 fevral 2017-ci il tarixli 05 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 30 noyabr 2021-ci il tarixli X1 Aktından görünür ki, alıcı Cavabdeh 30 noyabr 2021-ci il tarixinə satıcı İddiaçınə 12037,72 manat əsas və 2166,78 manat ƏDV borcu olmaqla, cəmi 14204,50 (on iki min iki yüz dörd manat 50 qəpik) manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan 09 fevral 2017-ci il tarixli 05 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 30 avqust 2022-ci il tarixli X1 Aktından görünür ki, alıcı Cavabdeh 30 avqust 2022-ci il tarixinə satıcı İddiaçınə 12037,72 manat əsas və 2166,78 manat ƏDV borcu olmaqla, cəmi 14204,50 (on iki min iki yüz dörd manat 50 qəpik) manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan 09 fevral 2017-ci il tarixli 05 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 30 sentyabr 2022-ci il tarixli X1 Aktından görünür ki, alıcı Cavabdeh 30 sentyabr 2022-ci il tarixinə satıcı İddiaçınə 12037,72 manat əsas və 2166,78 manat ƏDV borcu olmaqla, cəmi 14204,50 (on iki min iki yüz dörd manat 50 qəpik) manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan Satış Qaimələri ilə müəyyən olunur ki, 09 fevral 2017-ci il tarixli 05 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 14 iyun 2021-ci il tarixli “Satış fakturası” ilə 1343,49 manat dəyərində, 14 iyun 2021-ci il tarixli “Satış fakturası” ilə 830,06 manat dəyərində, 01 iyul 2021-ci il tarixli “Satış fakturası” ilə 956,27 manat dəyərində, 12 iyul 2021-ci il tarixli “Satış fakturası” ilə 286,74 manat dəyərində, 16 iyul 2021-ci il tarixli “Satış fakturası” ilə 86,14 manat dəyərində, 26 iyul 2021-ci il tarixli “Satış fakturası” ilə 436,60 manat dəyərində, 30 iyul 2021-ci il tarixli “Satış fakturası” ilə 86,14 manat dəyərində, 02 avqust 2021-ci il tarixli “Satış fakturası” ilə 682,44 manat dəyərində, 06 avqust 2021-ci il tarixli “Satış fakturası” ilə 175,01 manat dəyərində, 13 avqust 2021-ci il tarixli “Satış fakturası” ilə 568,88 manat dəyərində, 27 avqust 2021-ci il tarixli “Satış fakturası” ilə 673,53 manat dəyərində, 06 sentyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 304,79 manat dəyərində, 15 sentyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 315,41 manat dəyərində, 21 sentyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 338,42 manat dəyərində, 29 sentyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 480,61 manat dəyərində, 07 oktyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 50,01 manat dəyərində, 07 oktyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 346,45 manat dəyərində, 19 oktyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 402 manat dəyərində, 26 oktyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 369,90 manat dəyərində, 02 noyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 192,57 manat dəyərində, 13 noyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 603,45 manat dəyərində, 22 noyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 500,92 manat dəyərində, 30 noyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 1174,66 manat dəyərində, 30 noyabr 2021-ci il tarixli “Satış fakturası” ilə 45,03 manat dəyərində, 09 dekabr 2021-ci il tarixli “Satış fakturası” ilə 1013,24 manat dəyərində, 22 dekabr 2021-ci il tarixli “Satış fakturası” ilə 335,40 manat dəyərində və 19 yanvar 2022-ci il tarixli “Satış qaiməsi” ilə 1279,32 manat dəyərində müxtəlif adda məhsullar (mallar) təhvil verilmişdir. İş materiallarında olan elektron qaimələrlə müəyyən olunur ki, 09 fevral 2017-ci il tarixli 05 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 19 iyun 2021-ci il tarixli EBBD 375080 nömrəli Elektron Qaimə üzrə 2173,56 manat dəyərində, 13 iyul 2021-ci il tarixli EBBE 277856 nömrəli Elektron Qaimə üzrə 956,27 manat dəyərində, 27 iyul 2021-ci il tarixli EBBF 006585 nömrəli Elektron Qaimə üzrə 372,88 manat dəyərində, 29 iyul 2021-ci il tarixli EBBF 575793 nömrəli Elektron Qaimə üzrə 436,60 manat dəyərində, 10 avqust 2021-ci il tarixli EBBF 841345 nömrəli Elektron Qaimə üzrə 682,44 manat dəyərində, 19 avqust 2021-ci il tarixli EBBG 173491 nömrəli Elektron Qaimə üzrə 175,01 manat dəyərində, 28 avqust 2021-ci il tarixli EBBH 018517 nömrəli Elektron Qaimə üzrə 568,88 manat dəyərində, 31 avqust 2021-ci il tarixli EBBH 249265 nömrəli Elektron Qaimə üzrə 673,53 manat dəyərində, 31 avqust 2021-ci il tarixli EBBH 396161 nömrəli Elektron Qaimə üzrə 86,14 manat dəyərində, 11 sentyabr 2021-ci il tarixli EBBH 943326 nömrəli Elektron Qaimə üzrə 304,79 manat dəyərində, 18 sentyabr 2021-ci il tarixli EBBJ 348944 nömrəli Elektron Qaimə üzrə 315,41 manat dəyərində, 27 sentyabr 2021-ci il tarixli EBBJ 770041 nömrəli Elektron Qaimə üzrə 338,42 manat dəyərində, 30 sentyabr 2021-ci il tarixli EBBK 050004 nömrəli Elektron Qaimə üzrə 480,61 manat dəyərində, 13 oktyabr 2021-ci il tarixli EBBK 646002 nömrəli Elektron Qaimə üzrə 50,01 manat dəyərində, 14 oktyabr 2021-ci il tarixli EBBK 664284 nömrəli Elektron Qaimə üzrə 346,45 manat dəyərində, 25 oktyabr 2021-ci il tarixli EBBL 216570 nömrəli Elektron Qaimə üzrə 402 manat dəyərində, 28 oktyabr 2021-ci il tarixli EBBL 470621 nömrəli Elektron Qaimə üzrə 369,90 manat dəyərində, 10 noyabr 2021-ci il tarixli EBBL 915445 nömrəli Elektron Qaimə üzrə 192,57 manat dəyərində, 19 noyabr 2021-ci il tarixli EBBM 509853 nömrəli Elektron Qaimə üzrə 603,45 manat dəyərində, 23 noyabr 2021-ci il tarixli EBBM 825025 nömrəli Elektron Qaimə üzrə 500,92 manat dəyərində, 30 noyabr 2021-ci il tarixli EBBN 312823 nömrəli Elektron Qaimə üzrə 1174,66 manat dəyərində, 30 noyabr 2021-ci il tarixli EBBN 313054 nömrəli Elektron Qaimə üzrə 45,03 manat dəyərində, 14 dekabr 2021-ci il tarixli EBBO 132528 nömrəli Elektron Qaimə üzrə 1013,24 manat dəyərində, 28 dekabr 2021-ci il tarixli EBBO 929332 nömrəli Elektron Qaimə üzrə 335,40 manat dəyərində, 13 yanvar 2022-ci il tarixli EBBP 544137 nömrəli Elektron Qaimə üzrə 888,66 manat dəyərində və 26 yanvar 2022-ci il tarixli EBBP 905302 nömrəli Elektron Qaimə üzrə 1279,32 manat dəyərində müxtəlif məhsulların satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli 05 nömrəli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 09 fevral 2017-ci il tarixli Alqı-satqı Müqaviləsi üzrə alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə 13 dekabr 2022-ci il tarixə 14166,09 (on dörd min yüz altmış altı manat 09 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, satıcı İddiaçı 09 fevral 2017-ci il tarixli 05 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satmış olduğu malların dəyərini ödəmədiyi üçün alıcı Cavabdehndən “14166,09 manat məbləğində əsas borcun və 991,62 manat penyanın tutulması” barədə iddia tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, yaranmış mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət olunaraq, İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 09 fevral 2017-ci il tarixli 05 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan ödənilməmiş 14166,09 (on dörd min yüz altmış altı manat 09 qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Eyni zamanda, iddianın “cavabdehdən 991,62 manat penyanın tutulması” hissəsi isə təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirildikdə, yəni tərəflər arasında bağlanan müqavilədə göstərildikdə tutula bilər. Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə isə “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə” həmin vəsaitin məbləğindən faizlər tutula bilər. Lakin, tərəflər arasında bağlanmış 09 fevral 2017-ci il tarixli 05 nömrəli Alqısatqı Müqaviləsində alıcı Cavabdeh MMC-nin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi halda penyanın (dəbbə pulunun) hesablanması və ödənilməsi qaydasını müəyyən edən şərtlər mövcud deyildir. Bundan əlavə, “cavabdehdən 991,62 manat penyanın tutulması” barədə tələbin iddia ərizəsində əsaslandırıldığı Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulan şərtləri təsdiq edən halların mövcud olması isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də, hazırki iddia ərizəsi üzrə cavabdehdən iddia tələbində qeyd olunan “991,62 manat penyanın” tutulmasının əsaslılığı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 14166,09 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 300 (üç yüz) manat məbləğində xidmət haqqı və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə əsasən mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 132,50 (yüz otuz iki manat 50 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 14166,09 (on dörd min yüz altmış altı manat 09 qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 14666,09 (on dörd min altı yüz altmış altı manat 09 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 132,50 (yüz otuz iki manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar