Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-483/2020 02.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X9 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 İddiaçı xeyrinə 10000 (on min) manat məbləğində borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 12 saylı Alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Gözdən X6 elektron qaimə-faktura əsasında müxtəlif çeşiddə kağız və karton məhsullarının satılmasını, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 isə alınmış malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin xx xxxxx 2019-cu il tarixli 06 saylı əlavəsi olan “Qiymətlərin razılaşdırılması Protokolu"na, HZ seriyalı 802685 saylı elektron vergi hesab-fakturasına və EAAS seriyalı 833958 nömrəli elektron qaimə əsasında cavabdeh müəssisəyə cəmi 11737,29 manat dəyərində 10,969 ton "Karton xrom-erzas" məhsulu satılmış və həmin məbləğə 2112,71 manat ƏDV əlavə olunmaqla, ümumi borc 13850 (on üç min səkkiz yüz əlli) manat təşkil etmişdir. Cavabdeh tərəfindən qeyd olunan 11737,29 manat əsas borc məbləğindən xx xxxxxxx 2019-cu il tarixdə 1737,29 manat hissəsi və 2112,71 manat ƏDV məbləği iddiaçının hesabına ödənilsə də, hal-hazıradək cavabdehin 10000 manat əsas borcu ödənilməmiş qalmış və dəfələrlə həmin borcun ödənilməsinin tələb edilməsinə baxmayaraq, həmin borc hal-hazıradək ödənilməmişdir. Cavabdeh 10000 manat əsas borcu ödəmədiyindən, xx xxxx 2020-ci il tarixdə qalıq borcun 5 (beş) iş günü müddətində ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və həmin məktub cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixdə alınmışdır. Cavabdehin xəbərdarlıq məktubunu almasından 15 gündən çox vaxt keçməsinə baxmayaraq, 10000 manat məbləğində borc yenə də ödənilməmişdir. Buna görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Çünki, cavabdeh borcunun ödənilməsindən yayındığından, həmin borc məbləği cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" X2 İddiaçı xeyrinə 10000 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" X5 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı İddiaçı ilə alıcı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 12 nömrəli Müqaviləyə əsasən İddiaçı (satıcı) tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 (alıcı) cəmi 13850 manat (ƏDV daxil) dəyərində müxtəlif çeşiddə kağız və karton məhsulları (bundan sonra “mallar”) satılmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, tələb olunan malların xüsusiyyətləri (ölçü, miqdarı, çeşidi və s.) elektron qaimə-faktura əsasında müəyyən edilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, satılan mallar Tərəflər arasında imzalanmış razılaşdırma protokolu əsasında təhvil verilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Alıcı tələb olunan malları yerləşdiyi ünvana öz hesabına çatdırır. Həmin Müqavilənin 3-cü bəndinin tələblərinə görə Satıcı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara uyğun olaraq Alıcı aldığı malların dəyərini ödəyir (bənd 3.1-ci) və Müqavilə üzrə bütün ödənişlər bank köçürmə yolu ilə həyata keçirilir (bənd 3.3). İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli 12 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş xx xxxxx 2019-cu il tarixli "Qiymətlərin razılaşdırma” Protokolundan görünür ki, satıcı İddiaçı ilə alıcı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 12 nömrəli Müqavilə üzrə Satıcı tərəfindən Alıcıya cəmi 11737,29 manat dəyərində 10,969 ton karton-kağız məhsulu satılmış və həmin məbləğə 2112,71 manat ƏDV əlavə olunduğu üçün, Alıcının ümumi borcu 13850 (on üç min səkkiz yüz əlli) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan, İddiaçı tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, İddiaçı (VÖEN: **********) ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (VÖEN: **********) arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 12 saylı “Alqı-satqı müqaviləsi”nin xx.xx.2019-cu il tarixli 06 saylı əlavəsi olan “Qiymətlərin razılaşdırılma Protokolu”na, HZ seriyalı 802685 saylı elektron vergi hesab-faktturasına və EAAS seriyalı 833958 nömrəli elektron qaimə əsasında sonuncuya 11737,29 (on bir min yeddi yüz otuz yeddi manat 29 qəpik) manat dəyərində 10,969 ton “Karton xrom-erzas” məhsulu satılmış və həmin məbləğə 2112,71 (iki min yüz on iki manat 71 qəpik) manat ƏDV əlavə olunmaqla, onun ümumi borcu 13850 (on üç min səkkiz yüz əlli) manat təşkil etmişdir. Qeyd olunan 11737,29 (on bir min yeddi yüz otuz yeddi manat 29 qəpik) manat əsas borc məbləğindən xx xxxxxxx 2019-cu il tarixdə 1737,29 (min yeddi yüz otuz yeddi manat 29 qəpik) manat və 2112,71 (iki min yüz on iki manat 71 qəpik) manat ƏDV məbləği subhesaba ödənilmişdir. Hal-hazırda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qeyd olunan müqavilə öhdəliyi üzrə İddiaçınə 10000 (on min) manat məbləğində əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, xx xxxxxx 2018-ci il tarixli 12 nömrəliMüqaviləyə əsasən satıcı (iddiaçı) İddiaçı tərəfindən alıcı (cavabdeh) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 satılmış müxtəlif çeşidli kağızkarton məmulatlarının cəmi 13850 (on üç min səkkiz yüz əlli) manat (ƏDV ilə birlikdə) məbləğində ümumi dəyərinin 10000 (on min) manat hissəsi ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 10000 (on min) manat məbləğində borcun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 İddiaçı xeyrinə 10000 (on min) manat borc tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 10000 (on min) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10030 (on min otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-483/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-483/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver