Məhkəmə qərarları › İş №e-2-2(119)-484/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-484/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-484/2021 19.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehə qarşı ümumi dəyəri 65300 (altmış beş min üç yüz manat) manat təşkil edən diri quşun (cücənin) alınaraq iddaçı “xxxx” MMC-yə verilməsi, həmçinin cavadehə vurduğu 20000 (iyirmi min manat) manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsmunun alınması barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 150.0.5-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinə cavadehin iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin almasına dair, habelə cavahdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət edilərkən nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin iddia ərizəsinin forması və məzmuna dair tələbləri müəyyən edən 149-cu maddəsinin də tələblərinə əməl olunmamışdır. Belə ki, iddia ərizəsinin “Tərəflər” bölməsində iddiaçı kimi İddiaçı qeyd olunsa da “Ərizənin mətni” hissəsində iddiaçı kimi “xxxx” MMC qeyd göstərilmişdir. İddia ərizəsi “xxxx” MMC-nin direktoru kimi İddiaçı tərəfindən imzalansa da, onun direktor olmasını təsdiq edən sənəd də iddia ərizəinə əlavə olunmamışdır. Həmçinin, iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmiş, iddia ərizəsinə əlavə edilmiş iddianın təmini tədbirinə dair ərizə isə Sumqayıt Kommersiya Məhkəməsinə deyil, Siyəzən Rayon Məhkəməsinə ünvanlanmışdır. Məhkəməyə yenidən müraciət zamanı qeyd edilən hallar da aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar