Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-489/2022 29.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məftun Süleymanovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və əmlakın geri qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2975 (iki min doqquz yüz yetmiş beş) manat əldən çıxmış fayda və 60 (altmış) manat mediasiya xərci olmaqla, ümumilikdə 3035 (üç min otuz beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi və cavabdeh tərəfindən qanunsuz istifadə olunan bir ədəd "Belarus-1221" markalı traktorun, bir ədəd "AGGD-25” markalı ağır diskli malanın, bir ədəd "AGFS-600" markalı gübrəsəpənin, bir ədəd "TS-24" markalı taxılsəpənin və bir ədəd "AGMSSH-1000" markalı asma qollu çiləyicinin geri alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli 07/00650 nömrəli operativ lizinq müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus bir ədəd “Belarus-1221” markalı traktor, 05 mart 2021-ci il tarixli 07/00651 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “AGGD-25” markalı ağır diskli mala, 05 mart 2021-ci il tarixli 07/00652 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “AGFS- 600” markalı gübrəsəpən, 05 mart 2021-ci il tarixli 07/00653 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “TS-24” markalı taxılsəpən və 05 mart 2021-ci il tarixli 07/00654 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “AGMSSH-1000” markalı asma qollu çiləyici cavabdehə bir aylıq istifadəyə verilmişdir. Həmin müqavilələr əsasında həmin texnikalar 05 mart 2021-ci il tarixindən etibarən 1 (bir) ay müddətinə Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Lakin, həmin operativ lizinq müqavilələrinin müddətinin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin texnikalar Cəmiyyətin parkına təhvil verilməmişdir. Həmçinin, Cəmiyyətin əməkdaşları tərəfindən texnikaların Cəmiyyətin parkına təhvil verilməsilə bağlı dəfələrlə danışıqlar aparılmasına baxmayaraq, Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə texnikaları təhvil verməkdən boyun qaçırmışdır. Bundan başqa, texnikaların Cavabdeh tərəfindən qanunsuz olaraq saxlanıldığı üçün müqavilə müddətinin başa çatmasından, yəni 05 aprel 2021-ci il tarixindən etibarən mövsüm ərzində traktorun 8 ay, ağır diskli malanın 5 ay, taxılsəpənin 3 ay, gübrəsəpənin 2 ay və asma qollu çiləyicinin 2 ay faktiki istifadə edilməsi imkanının itirilməsi nəticəsində Cəmiyyətin əldə edəcəyi, lakin cavabdehin hərəkəti nətisəsində Cəmiyyətin məhrum olduğu əldən çıxmış mənfəət beş müqavilə üzrə ümumilikdə cəmi 2975 manat məbləğində hesablanmışdır. Yəni, həmin Müqavilələrin müddətinin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən texnikalar qanunsuz olaraq özündə saxlanıldığı üçün Cəmiyyətə ümumilikdə 2975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində maddi ziyan da vurulmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrin 2.2.8-ci bəndinə görə cavabdeh icra müddəti başa çatdıqdan sonra texnikaları saz və dəst halda Lizinqə (istifadəyə) verənə qeyd-şərtsiz geri qaytarılmasına dair öhdəlik daşıyır. Mübahisəli texnikaların mülkiyyət hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Buna baxmayaraq Cavabdeh həmin texnikadan bu günədək qanunsuz olaraq istifadə edir və bu istifadə ilə əlaqədar Cəmiyyətə heç bir ödəniş etmir. Lakin, iddiaçıya olan borc vaxtında qaytarılmadığından Cəmiyyət dəfələrlə yaranmış borcun ödənilməsini və texnikaların geri qaytarılmasını tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən və texnikaları qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ASC Cavabdeh vermiş olduğu texnikaları başqa vətəndaşa verərək, bu müddət ərzində yuxarıda qeyd olunan miqdarda gəlir əldə edə bilərdi. Lakin, cavabdeh həmin texnikaları vaxtında geri qaytarmadığına görə iddiaçı texnikalardan yenidən istifadəyə verə bilməmiş və iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, Cavabdeh texnikaların onun faktiki istifadəsində olduğu dövrdən bu günədək ödəmədiyi vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əldən çıxmış fayda olaraq 2975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində pul da ödəməlidir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məftun Süleymanov iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 2975 manat əldən çıxmış fayda və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə cəmi 3035 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi və cavabdeh tərəfindən qanunsuz istifadə olunan bir ədəd "Belarus-1221" markalı traktorun, bir ədəd "AGGD-25” markalı ağır diskli malanın, bir ədəd "AGFS-600" markalı gübrəsəpənin, bir ədəd "TS-24" markalı taxılsəpənin və bir ədəd "AGMSSH-1000" markalı asma qollu çiləyicinin Cavabdeh geri alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “istifadəyə verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istifadəçi” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 05 mart 2021-ci il tarixli 07/00650 nömrəli Müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd "Belarus-1221" markalı traktor (buraxılış ili - 2014-cü il, Şassi № 5056) 05 mart 2021-ci il tarixindən 04 aprel 2021-ci il tarixinədək bir ay müddətinə “istifadəçi” Cavabdeh istifadəsinə verilmiş və həmin Müqaviləyə əsasən istifadəyə verilən texnikadan bir aylıq istifadə üçün ümumi istifadə (icarə) haqqı 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilə üzrə tərtib olunmuş 05 mart 2021-ci il tarixli İltizamdan və 05 mart 2021-ci il tarixli 07/00650 nömrəli Aktdan görünür ki, 05 mart 2021ci ildə İddiaçı ASC tərəfindən 05 mart 2021-ci il tarixli 07/00650 nömrəli Müqavilədə nəzərdə tutulan 1 (bir) ədəd "Belarus-1221" markalı traktor saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Bundan əlavə, “istifadəyə verən” İddiaçı ASC ilə “istifadəçi” Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli 07/00651 nömrəli Müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd "AGGD-25” markalı ağır diskli mala (buraxılış ili - 2014-cü il, Şassi № 133918) 05 mart 2021-ci il tarixindən 04 aprel 2021-ci il tarixinədək bir ay müddətinə “istifadəçi” Cavabdeh istifadəsinə verilmiş və həmin Müqaviləyə əsasən istifadəyə verilən texnikadan bir aylıq istifadə üçün ümumi istifadə (icarə) haqqı 150 (yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilə üzrə tərtib olunmuş 05 mart 2021-ci il tarixli İltizamdan və 05 mart 2021-ci il tarixli 07/00651 nömrəli Aktdan görünür ki, 05 mart 2021-ci ildə İddiaçı ASC tərəfindən 05 mart 2021-ci il tarixli 07/00651 nömrəli Müqavilədə nəzərdə tutulan 1 (bir) ədəd "AGGD-25 markalı ağır diskli mala saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Bundan əlavə, “istifadəyə verən” İddiaçı ASC ilə “istifadəçi” Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli 07/00652 nömrəli Müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd "AGFS-600" markalı gübrəsəpən (buraxılış ili - 2011-ci il, Şassi № 110965) 05 mart 2021-ci il tarixindən 04 aprel 2021-ci il tarixinədək bir ay müddətinə “istifadəçi” Cavabdeh istifadəsinə verilmiş və həmin Müqaviləyə əsasən istifadəyə verilən texnikadan bir aylıq istifadə üçün ümumi istifadə (icarə) haqqı 20 (iyirmi) manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilə üzrə tərtib olunmuş 05 mart 2021ci il tarixli İltizamdan və 05 mart 2021-ci il tarixli 07/00652 nömrəli Aktdan görünür ki, 05 mart 2021-ci ildə İddiaçı ASC tərəfindən 05 mart 2021-ci il tarixli 07/00652 nömrəli Müqavilədə nəzərdə tutulan 1 (bir) ədəd "AGFS-600" markalı gübrəsəpən saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Bundan əlavə, “istifadəyə verən” İddiaçı ASC ilə “istifadəçi” Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli 07/00653 nömrəli Müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd "TS-24" markalı taxılsəpən (buraxılış ili - 2014-cü il, Şassi № 133751) 05 mart 2021-ci il tarixindən 04 aprel 2021-ci il tarixinədək bir ay müddətinə “istifadəçi” Cavabdeh istifadəsinə verilmiş və həmin Müqaviləyə əsasən istifadəyə verilən texnikadan bir aylıq istifadə üçün ümumi istifadə (icarə) haqqı 105 (yüz beş) manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilə üzrə tərtib olunmuş 05 mart 2021-ci il tarixli İltizamdan və 05 mart 2021-ci il tarixli 07/00653 nömrəli Aktdan görünür ki, 05 mart 2021-ci ildə İddiaçı ASC tərəfindən 05 mart 2021-ci il tarixli 07/00653 nömrəli Müqavilədə nəzərdə tutulan 1 (bir) ədəd "TS-24" markalı taxılsəpən saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Bundan əlavə, “istifadəyə verən” İddiaçı ASC ilə “istifadəçi” Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli 07/00654 nömrəli Müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı ASC-nin mülkiyyətində olan 1 (bir) ədəd "AGMSSH-1000" markalı asma qollu çiləyici (buraxılış ili - 2014-cü il, Şassi № 133400) 05 mart 2021-ci il tarixindən 04 aprel 2021-ci il tarixinədək bir ay müddətinə “istifadəçi” Cavabdeh istifadəsinə verilmiş və həmin Müqaviləyə əsasən istifadəyə verilən texnikadan bir aylıq istifadə üçün ümumi istifadə (icarə) haqqı 55 (əlli beş) manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilə üzrə tərtib olunmuş 05 mart 2021-ci il tarixli İltizamdan və 05 mart 2021-ci il tarixli 07/00654 nömrəli Aktdan görünür ki, 05 mart 2021-ci ildə İddiaçı ASC tərəfindən 05 mart 2021-ci il tarixli 07/00654 nömrəli Müqavilədə nəzərdə tutulan 1 (bir) ədəd "AGMSSH-1000" markalı asma qollu çiləyici saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Yuxarıda sadalanan 05 mart 2021-ci il tarixli 07/00650 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00651 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00652 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00653 nömrəli və 05 mart 2021-ci il tarixli 07/00654 nömrəli Müqavilələrin 2.1.4-cü bəndlərinə əsasən, Lizinq alan (istifadəçi) tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Həmin Müqavilələrin 2.2.1-ci bəndlərinə əsasən, Lizinq alan (istifadəçi) texnikanın dəyərinə hesablanmış bütün xərcləri, o cümlədən respublika daxili daşınma, saxlanma, boşaltma xərclərini texnikanın İstifadəsi ilə bağlı sahibkarlıq fəaliyyətinə görə bütün vergilərin və digər tədiyələrin ödənilməsini öz üzərinə götürür. Həmin Müqavilələrin 2.2.3-cü bəndlərinə əsasən, Lizinq alan (istifadəçi) texnikanın istifadəsinə görə bu müqaviləyə uyğun ödənişi həyata keçirmədikdə, lizinqə (istifadəyə) verənin tələbi ilə qeydşərtsiz texnikanı geri qaytarır və borc məbləğini ödəyir. Həmin Müqavilələrin 2.2.8-ci bəndlərinə əsasən, Lizinq alan (istifadəçi) bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda Lizinqə (istifadəyə) verənə geri qaytarmağı qeyri-şərtsız üzərinə götürür. Həmin Müqavilələrin 3.1-ci bəndlərinə əsasən, texnikaya mülkiyyət hüququ "xxxx" ASC-yə məxsusdur. Bu Müqavilənin qüvvədə olduğu müddətdə Lizinq alan (İstifadəçi) texnikadan müvəqqəti istifadə huququna malikdir. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli "Əldən çıxmış mənfəətin hesablanması haqqında" Arayışdan görünür ki, 05 mart 2021-ci il tarixli 07/00650 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00651 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00652 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00653 nömrəli və 05 mart 2021-ci il tarixli 07/00654 nömrəli Müqavilələrin müddətinin başa çatmasından, yəni 05 aprel 2021-ci il tarixindən sonra Cavabdeh tərəfindən qanunsuz olaraq qaytarılmadığına görə müvafiq olaraq bir ədəd "Belarus-1221" markalı traktorun istifadə olunmalı olduğu 8 ay müddətinə cəmi 1762 manat məbləğində, bir ədəd "AGGD-25 markalı ağır diskli malanın istifadə olunmalı olduğu 5 ay müddətinə cəmi 750 manat məbləğində, bir ədəd "AGFS-600" markalı gübrəsəpənin istifadə olunmalı olduğu 2 ay müddətinə cəmi 40 manat məbləğində, bir ədəd "TS-24" markalı taxılsəpənin istifadə olunmalı olduğu 3 ay müddətinə cəmi 315 manat məbləğində və bir ədəd "AGMSSH-1000" markalı asma qollu çiləyicinin istifadə olunmalı olduğu 2 ay müddətinə cəmi 110 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cəmi 2975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində zərər dəymişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC müqavilə müddətinin keçməsinə baxmayaraq Cavabdeh tərəfindən texnikaların geri qaytarılmaması ilə əlaqədar hüquqmühafizə orqanlarına şikayət etmiş və həmin şikayətlərlə əlaqədar Şamaxı rayon Polis Şöbəsi və Şamaxı rayon Prokurorluğu tərəfindən şikayətçiyə bu mübahisə üzrə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarından görünür ki, məlum mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, “istifadəyə verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “istifadəçi” Cavabdeh arasında bağlanmış 05 mart 2021-ci il tarixli 07/00650 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00651 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00652 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00653 nömrəli və 05 mart 2021-ci il tarixli 07/00654 nömrəli Müqavilələr üzrə 05 mart 2021-ci il tarixindən 04 aprel 2022-ci il tarixinədək “İstifadəçi”nin istifadəsinə verilmiş texnikalar – yəni, 1 ədəd "Belarus-1221" markalı traktor, 1 ədəd "AGGD-25 markalı ağır diskli mala, 1 ədəd "AGFS-600" markalı gübrəsəpən, 1 ədəd "TS-24" markalı taxılsəpən və 1 ədəd "AGMSSH-1000" markalı asma qollu çiləyici “İstifadəyə verən”ə qaytarılmamışdır. Ona görə də, bununla əlaqədar “İstifadəyə verən” tərəfindən əldən çıxmış fayda olaraq yuxarıda qeyd olunan texnikalar üçün cəmi 2975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində hesablanmış borcun ödənilməsi və qaytarılmamış həmin texnikaların geri qaytarılması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, təsvir olunanlardan görünür ki, 05 mart 2021-ci il tarixli 07/00650 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00651 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00652 nömrəli, 05 mart 2021-ci il tarixli 07/00653 nömrəli və 05 mart 2021-ci il tarixli 07/00654 nömrəli Müqavilələr üzrə Cavabdeh 2975 (iki min doqquz yüz yetmiş beş) manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və qanunsuz olaraq mülkiyyətçiyə qaytarılmayan 1 ədəd Belarus- 1221 markalı traktorun, 1 ədəd AGGD-25 markalı ağır diskli malanın, 1 ədəd AGFS-600 markalı gübrəsəpənin, 1 ədəd TS-24 markalı taxılsəpənin və 1 ədəd AGMSSH-1000 markalı asma qollu çiləyicinin geri alınması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN **********) 2975 manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və eyni zamanda, Cavabdeh 1 ədəd "Belarus-1221" markalı traktor (buraxılış ili - 2014-cü il, Şassi № 5056), 1 ədəd "AGGD-25 markalı ağır diskli mala (buraxılış ili - 2014-cü il, Şassi № 133918), 1 ədəd "AGFS-600" markalı gübrəsəpən (buraxılış ili - 2011-ci il, Şassi № 110965), 1 ədəd "TS-24" markalı taxılsəpən (buraxılış ili - 2014-cü il, Şassi № 133751) və 1 ədəd "AGMSSH-1000" markalı asma qollu çiləyici (buraxılış ili - 2014-cü il, Şassi № 133400) alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı ASC tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 49,75 (qırx doqquz manat 75 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 2975 (iki min doqquz yüz yetmiş beş) manat borc və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 3035 (üç min otuz beş) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh 1 (bir) ədəd "Belarus-1221" markalı traktor (buraxılış ili - 2014-cü il, Şassi № 5056), 1 (bir) ədəd "AGGD-25” markalı ağır diskli mala (buraxılış ili - 2014-cü il, Şassi № 133918), 1 (bir) ədəd "AGFS-600" markalı gübrəsəpən (buraxılış ili - 2011-ci il, Şassi № 110965), 1 (bir) ədəd "TS-24" markalı taxılsəpən (buraxılış ili - 2014-cü il, Şassi № 133751) və 1 (bir) ədəd "AGMSSH-1000" markalı asma qollu çiləyici (buraxılış ili - 2014-cü il, Şassi № 133400) alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh dövlət nəfinə 49,75 (qırx doqquz manat 75 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-489/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-489/2022
29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver