Məhkəmə qərarları › İş №e-2-2(119)-49/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-49/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-49/2023 18.01.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 08 iyul 2022-ci il tarixli müqavilə üzrə 22041,04 manat məbləğində əsas borc, borcun ödənilməsini gecikdirdiyinə görə 431,2 manat məbləğində pul vəsaiti və mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 22672,24 (iyirmi iki min altı yüz yetmiş iki manat 24 qəpik) manat tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında sifariş üzrə malların alqı-satqısına dair 08 iyul 2022-ci il tarixli, 178 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə malların sifarişi satıcının ekspeditoru tərəfindən alıcının satış nöqtəsində, yaxud telefon və elektron poçt vasitəsilə qəbul edilir. Müqavilənin 2.3-cü bəndinə görə malların təhvil verilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir. Hazırkı elektron qaimə-faktura qəbul edildiyi andan 5 gün ərzində ləğv edilmədiyi, düzəliş tələb edilmədiyi halda, malların müvafiq qaydada təhvil verildiyini-alındığını və o cümlədən də malların lazımi qaydada, həcmdə, çəkidə, qablaşdırmada, ünvanda və ümumilikdə göstəricilər üzrə razılaşdırılmış qaydada alındığını təsdiq edir. Qeyd olunan müqavilə üzrə xx.xx.2022-ci il tarixdə alıcıya bir kiloqramı 6,4 manat olmaqla 5004,069 kq “Çerkiz” fila toyuq təhvil verilmiş, alıcının 32.026,0400 manat borcu yaranmışdır. Cavabdeh həmin məbləğdən 9985 manat ödəniş etmiş, 22041,04 manat borcu qalmışdır. Borcun ödənilməsi məqsədi ilə dəfələrlə şifahi müraciət olunsa da, Cavabdeh tərəfindən ödəniş hal-hazıradək həyata keçirilməmişdir. Həmçinin cavabdeh müqavilə üzrə ödənilməmiş 22041,04 (iyirmi iki min qırx bir manat 04 qəpik) manat pul vəsaitini qanunsuz özündə saxladığına görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsini nəzərə alınsa, cavabdeh tərəfindən pul öhdəliyin icra edilməməsinə görə 6.5% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Müqavilə şərtinə görə borc 30 gün ərzində ödənilməli idi. 27 avqust 2022-ci il tarixdə həmin müddət tamam olmuş, lakin borc ödənilməmişdir. 22041,04*6.5%=1432,67; 1432,67/365=3,92 manat bir günə düşən faiz məbləğidir. Artıq 50 gündür ki, borcun ödənilmədiyini və məhkəmə prosesinin də təxminən 60 gün çəkəcəyini nəzərə alaraq 110*3.92=431,2 manat faiz ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyul 2022-ci il tarixli müqavilə üzrə 22041,04 (iyirmi iki min qırx bir manat dörd qəpik) manat məbləğində əsas borc, borcun ödənilməsini gecikdirdiyinə görə 431,2 manat məbləğində pul vəsaiti və mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış sifariş üzrə malların alqı-satqısına dair 08 iyul 2022-ci il tarixli 178 saylı müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında malların təchizatını və alıcnın mülkiyyətinə verməyi öhdəsinə götürür. Alıcı isə həmin malları qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq malın dəyərini ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə görə malların dəyəri bir qayda olaraq qaiməfaktura təqdim edildikdən sonra 30 təqvim günü ərzində ödənilməlidir. İş materiallarında olan EBCA seriyalı 775765 saylı 27 iyul 2022-ci il tarixli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı Qurman Plyus” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə 32026,04 manat dəyərində “çerkiz fila toyuq” satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən 32026,04 manat dəyərində mal Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan kredit haqqında bildirişdən görünür ki, Cavabdeh tərəfindən X2 vasitəsilə 775765 saylı qaimə üzrə İddiaçınə 9985 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında sifariş üzrə malların alqı-satqısına dair 08 iyul 2022-ci il tarixli 178 saylı müqavilə bağlanmış, qeyd olunan elektron qaimə və təhvil-qəbul aktına əsasən “çerkiz fila toyuq” İddiaçı tərəfindən Cavabdehnə təqdim edilmiş, lakin cavabdeh həmin malların dəyərini tam ödəməmişdir. Buna görə hazırkı iddia ərizəsində ödənilməmiş 22041,04 manat məbləğində əsas borcun və borcun ödənilməsini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun hesablanmış 431,2 manat məbləğində pul vəsaitinin Cavabdehndən iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış sifariş üzrə malların alqı-satqısına dair müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də Cavabdehndən qeyd edilən müqavilə üzrə 22041,04 manat məbləğində borcun İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 431,2 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. İddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdehndən (VÖEN: **********) 22041,04 (iyirmi iki min qırx bir manat 04 qəpik) manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdehnə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Həmçinin, Cavabdehndən 156,12 (yüz əlli altı manat 12 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 22041,04 (iyirmi iki min qırx bir manat 04 qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 22241,04 (iyirmi iki min iki yüz qırx bir manat 04 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 156,12 (yüz əlli altı manat 12 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar