Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-5/2021 16.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X14 qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Natiq Məmmədovun iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə ilkin iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil- Tikinti Kooperativinin ("Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “aktların etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı xx xxxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Mənzil-Tikinti Kooperativindən 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı zamanı İddiaçı tərəfindən məhkəməyə “prosessual hüquq varisliyi” barədə vəsatət və “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, “xxxx” Mənzil-Tikinti Kooperativi (VÖEN: **********) təşkilati-hüquqi formanın dəyişməsi nəticəsində yenidən təşkil edilərək "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) çevrilmiş olduğundan, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin hüquq varisi "Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilməsi və cavabdeh "Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində əsas borcun, 15155,34 (on beş min yüz əlli beş manat 34 qəpik) manat məbləğində dəbbə pulunun (cərimənin) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 58-ci maddəsinin tələblərinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür (maddə 58.1) və hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (maddə 58.2). İş üzrə məhkəmə prosesi zamanı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi ("Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti) İddiaçınə və Cavabdeh2nə qarşı “aktların etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən tərtib edilmiş və İddiaçı MMC ilə “xxxx” MTK arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli Üzləşmə Aktlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iş üzrə məhkəmə baxışı zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” Mənzil-Tikinti Kooperativi ("Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti) “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə əlaqədar İddiaçı tərəfindən cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş pul tələbinə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin ərizə - tərəflər arasında bağlanmış müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin 2007-ci ildə bitməsinə və həmin müqavilə üzrə tələb irəli sürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin 2010-cu ildə sona çatmasına baxmayaraq, iddiaçının müvafiq iddia ərizəsi ilə 2019-cu ildə məhkəməyə müraciət etməsi ilə əsaslandırılmışdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (“Mal göndərən”) ilə “xxxx” Mənzil- Tikinti Kooperativi (“Alıcı”) arasında 2007-ci ilin 02 iyul və 01 dekabr tarixlərində betonun alğı-satqısı ilə bağlı Müqavilələr imzalanmışdır. Həmin Müqavilələrin predmetini “Mal göndərən” tərəfindən betonun (bundan sonra “Mal”) öz qüvvə və vəsaiti hesabına hazırlanaraq “Alıcı” ya təhvil verilməsi və “Alıcı” tərəfindən malın qəbul edilərək əvəzində onun qiymətinin “Mal göndərən”ə ödənilməsi təşkil edir. xx xxxx 2007-ci il tarixli Müqavilənin 3-cü bəndinə əsasən, malların, yəni beton M100 hər kub metr üçün 56 manat, Beton M150 hər kub metr üçün 50 manat, Beton M250 hər kub metr üçün 63 manat, Beton M300 hər kub metr üçün 66 manat dəyərində alğı-satqısı müəyyənləşdirilmişdir və həmin qiymətlərə ƏDV daxil deyildir. xx xxxxxx 2007-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəyə əsasən, adları qeyd olunan Malların, yəni Beton M150 hər kub metr üçün 76,7 manat, Beton M200 hər kub metr üçün 80,24 manat, Beton M250 hər kub metr üçün 84,96 manat, Beton M300 hər kub metr üçün 89,68 manat, Beton M350 hər kub metr üçün 94,4 manat, Beton M400 hər kub metr üçün 101,48 manat dəyərində alğı-satqısı nəzərdə tutulmuşdur və həmin qiymətlərə ƏDV daxildir. Malın dəyəri xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən, “Mal göndərən” tərəfindən “Alıcı” ya təhvil verildikdən sonra 7 gün ərzində, xx xxxxxx 2007-ci il tarixli müqavilənin şərtlərinə əsasən isə 5 bank günü ərzində “Alıcı” tərəfindən “Mal göndərən”ə ödənilməlidir. Həmin Müqavilələr üzrə İddiaçı MMC (“Mal göndərən”) öz öhdəliklərini yerinə yetirərək Malın göndərilməsini təmin etmiş, “xxxx” MTK (“Alıcı”) isə təhvil alınmış Mallara görə ödənişi həyata keçirməyərək, müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, İddiaçı MMC (“Mal göndərən”) və “xxxx” MTK (“Alıcı”) tərəfindən birgə tərtib olunmuş X11 əsasən, xx xxxxxxx 2018-ci il tarixə “Alıcı”nın “Mal göndərən”ə borcu 303106,84 manat təşkil edir. Göstərilənlərə əsasən, İddiaçı MMC (“Mal göndərən”) ilə “xxxx” MTK (Alıcı) arasında bağlanmış xx xxxx 2007-ci il tarixli və xx xxxxxx 2007-ci il tarixli Müqavilələr üzrə İddiaçı MMC-nin malları göndərməsinə dair, cavabdeh “xxxx” MTK-nın isə malları qəbul edib müvafiq olaraq 5 bank günü və 7 gün ərzində dəyərini ödəməli olmasına dair öhdəliyi yaranmışdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri təsvir olunur). “Mal göndərən” tərəfindən Müqavilə üzrə öhdəliklərin həyata keçirilməsi üçün “Alıcı”ya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Alıcı” Müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. “Mal göndərən” tərəfindən həmçinin yazılı qaydada xx xxxxx 2019-cu il tarixdə “Alıcı”ya pretenziya məktubu da göndərilmişdir. Göstərilənlərə əsasən İddiaçı MMC (“Mal göndərən”) ilə “xxxx” MTK (“Alıcı”) arasında bağlanmış Müqavilələr üzrə İddiaçı MMC-nin malları göndərməsinə dair, cavabdeh “xxxx” MTK-nın isə malları qəbul edib müqavilələrdə qeyd olunan müddət ərzində ödəməli olmasına dair müqavilə öhdəliyi yarandığından, habelə İddiaçı MMC və “xxxx” MTK tərəfindən birgə tərtib edilmiş X8 əsasən xx xxxxxxx 2018-ci il tarixə “xxxx” MTK-nın İddiaçı MMC-yə olan borcunun 303106,84 manat təşkil etməsi etiraf olunduğundan, lakin cavabdeh “xxxx” MTK (Alıcı) tərəfindən alınmış Mal üzrə ödənilməli olan 303106,84 manat məbləğində vəsait tərəflər arasında bağlanmış Müqavilələrdə qeyd olunan müddət ərzində ödənilmədiyindən, İddiaçı MMC 303106,84 manat məbləğində pul borcunun “xxxx” MTK-dan alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Çünki, aralarında imzalanmış müqavilə şərtlərinə uyğun olaraq “xxxx” MTK İddiaçı MMC-yə X15 daxil 533286,84 (beş yüz otuz üç min iki yüz səksən altı manat 84 qəpik) manat məbləğində beton təqdim olunmuşdur. “xxxx” MTK tərəfindən 230180 (iki yüz otuz min yüz səksən) manat məbləğində pul ödənilsə də, hal-hazırda “xxxx” MTK-nin İddiaçı MMC-nə 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat borcu qalmışdır. Cavabdehin səlahiyyətli nümayəndələri maliyyə vəziyyətlərinin ağır olması səbəbindən bir neçə dəfə şifahi və yazılı formada möhlət verilməsini iddiaçıdan xahiş etmişlər. “Mal göndərən” İddiaçı MMC və “alıcı” “xxxx” MTK arasında bağlanmış müqaviləyə əsasən “Alıcı” tərəfindən ödəniş gecikdirilərsə, “Mal göndərən”ə sifarişin ümumi həcminin 5%-dən artıq olmamaq şərtilə cərimə ödənilməlidir. Hal-hazırda həmin cərimənin məbləği 15155,34 (on beş min yüz əlli beş manat 34 qəpik) manat təşkil edir. Cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi ("Cavabdeh3” MMC) “aktların etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci il tarixli Üzləşmə Aktındakı möhür “xxxx” MTK-nə aid deyildir. Həmin Aktdakı imzanın isə ümumiyyətlə kimə məxsus olduğu bilinmir. xx xxxxxxx 2018-ci il tarixli Akt imzalanarkən “xxxx” MTK-nin mühasibi iştirak etməmişdir. Mühasib qrafasındakı imza isə “xxxx” MTK-nin mühasibinə aid deyildir. Bu üzləşmə aktları İddiaçı MMC-nin təsisçisi Cavabdeh2 MMC-nin təkidi ilə imzalanmışdır. Həmin Aktlarda göstərilən rəqəmlər həqiqəti əks etdirmir. Guya Aktların əsasını təşkil edən qaimə-fakturalarda malın kimə və harada təhvil verildiyi göstərilməmiş, həmin qaimə-fakturalar “xxxx” MTK-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmamışdır. Mal təhvil verildikdən 11 il sonra belə bir aktın imzalanması və bu 11 il ərzində malın dəyərin ödənilməməsi və ümumiyyətlə tələb olunmaması ağlabatan və inandırıcı deyildir. xx xxxxxxx 2018-ci il tarixli Akt aldatma nəticəsində imzalanmışdır. Belə ki, cavabdehlər xx xxxxxx 2015-ci il tarixli Aktı təqdim edərək, iddiaçının borclu olduğuna dair yanlış təəssürat yaratmışlar və nəticədə “xxxx” MTK-nın əməkdaşları yanılaraq, bu Aktı imzalamışlar. xx xxxxxx 2015-ci il tarixli aktdakı imza və möhür “xxxx” MTK-nə aid deyildir. Ümumiyyətlə, “xxxx” MTK tərəfindən Sumqayıt şəhərinin 9-cu mikrorayonda inşa edilmiş yaşayış binasının tikintisinə 303000 manat məbləğində betonun sərf edilməsi fiziki cəhətdən mümkün deyildir. Bu xüsusatı isə ekspertiza keçirməklə müəyyənləşdirmək mümkündür. Odur ki, İddiaçı MMC ilə “xxxx” MTK arasında bağlanmış Üzləşmə Aktları əsası olmadığından etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi Natiq Məmmədov iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etmədiyini bildirərək, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, ilkin iddianın təmin edilərək, cavabdeh "Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyətindən 303106,84 manat məbləğində əsas borcun, 15155,34 manat məbləğində dəbbə pulunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi və qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin “aktların etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx xxxxxxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh3” MMC-nin (“xxxx” MTK-nın) nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində və “iddia müddətinin tətbiq edilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin “aktların etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilərək, Cavabdeh2 tərəfindən tərtib edilmiş və İddiaçı MMC ilə “xxxx” MTK arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli Üzləşmə Aktlarının etibarsız hesab edilməsi və pul tələbinə dair ilkin iddianın isə iddia müddətini tətbiq edilməklə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Lakin, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh3” MMC-nin (“xxxx” MTKnın) xx xxxxxx 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi həmin tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh3” MMC-nin (“xxxx” MTK-nın) və qarşılıqlı iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndələrinin iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclasında vermiş olduqları izahatları, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni, qarşılıqlı iddia ərizəsini, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “borcun tutulması” barədə ilkin iddia qismən təmin edilməli, “aktların etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı (“Mal göndərən”) ilə “xxxx” Mənzil-Tikinti Kooperativi (“Alıcı”) arasında xx xxxx 2007-ci il tarixli Hazır X13 və xx xxxxxx 2007-ci il tarixli Göndərmə Müqaviləsi bağlanmışdır. Həmin müqavilə şərtlərinə uyğun olaraq müvafiq qaydada tərtib edilmiş qiymət razılaşma protokolu və qaimə-fakturalar əsasında tərəflər arasında hazır beton məhsullarının alqısatqısı baş tutmuşdur. Həmin alqı-satqı üzrə satılmış hazır beton məhsullarının dəyərinin bir hissəsi, yəni 230180 (iki yüz otuz min yüz səksən) manat məbləğində pul vəsaiti “alıcı” “xxxx” MTK tərəfindən “Mal göndərən” İddiaçı MMC-nə ödənilsə də, 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində pul vəsaiti ödənilməmiş və bununla bağlı sonuncu dəfə "İddiaçı" MMC və “xxxx” MTK arasında razılaşdırılıb tərtib edilərək imzalanıb-möhürlənmiş xx xxxxxxx 2018-ci il tarixli X6 "xxxx" MTK-nın (VÖEN: **********) xx xxxxxxx 2018-ci il tarixinə "İddiaçı" MMC-nə (VÖEN **********) 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində (X15 daxil) borcu olduğu təsdiq edilmişdir. Həmin Aktın məzmununda aydın cümlələrlə ifadə edilmiş şərtlər, yəni "xxxx" MTK-nın xx xxxxxxx 2018-ci il tarixinə "İddiaçı" MMC-nə 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində borcunun olmasını qəbul etməsi və "xxxx" MTK-nın xx xxxxxx 2018-ci il tarixə kimi həmin borcun 100000 (bir yüz min) manatını, qalan 203106,84 (iki yüz üç min yüz altı manat 84 qəpik) manat hissəsini isə xx xxxxxx 2018-ci ildən gec olmayaraq ödənilməsini üzərinə götürdüyü göstərilmiş və həmin Aktda bu şərtlər tərəflər arasında razılaşdırılmışdır (həmin Akt "xxxx" MTK-nın direktoru X9 (aktın üç yerində) və "xxxx" MTK-nın təsisçisi kimi qeyd olunmuş Hacıyev Nofəl tərəfindən imzalanmış və "xxxx" MTK-nə aid möhürlə möhürlənmişdir). Lakin, xx xxxxxxx 2018-ci il tarixli X6 qeyd olunan şərtlər "xxxx" MTK tərəfindən yerinə yetirilmədiyi üçün İddiaçı MMC xx xxxx 2019cu ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan İddiaçı MMC (“Mal göndərən”) ilə “xxxx” MTK (“Alıcı”) arasında bağlanmış xx xxxxxx 2007ci il tarixli Göndərmə Müqavilənin 5.1-cü bəndinə əsasən, tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni malın göndərilməsi «Mal göndərən» tərəfindən, ödəniş isə «Alıcı» tərəfindən gecikdirilirsə, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün sifarişin ümumi dəyərinin 0,1 % məbləğində cərimə ödəməlidir. Lakin, cərimənin ümumi məbləği sifarişin ümumi məbləğinin 5 %-dən artıq ola bilməz (təsvir olunan hallar iş materiallarında olan müqavilə, satiş kontraktı, qiymət razilaşma protokolu, qaimə-fakturalar, ödəniş tapşırıqları, vergi hesab-fakturaları və digər sənədlərlə müəyyən olunur)). Məhkəmə araşdırması zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” Mənzil-Tikinti Kooperativi) xx xxxxxxx 2018-ci il tarixli X5 və eləcə də, bundan daha əvvəl tərtib edilmiş xx xxxxxx 2015-ci il tarixli X5 “xxxx” Mənzil-Tikinti Kooperativinə aid edilən imza və möhürləri mübahisələndirdiyi üçün iş üzrə müvafiq ekspertizalar keçirilərək, aşağıda qeyd olunan ekspertiza rəyləri alınmış və həmin ekspertiza rəyləri ilə xx xxxxxxx 2018-ci il tarixli X5 “xxxx” Mənzil-Tikinti Kooperativinə aid edilən möhür və imzaların mötəbərliliyi və həqiqiliyi öz təsdiqini tapmışdır: 1). İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27291 №-li Ekspert Rəyi ilə müəyyən olunur ki, ekspertrizaya təqdim olunmuş iqtisadi işin 57-ci vərəqəsində olan “İddiaçı" MMC ilə “xxxx” MTK arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli X7 yuxarı sağ küncündə “Təsdiq edirəm “xxxx” MTK-nın Direktoru”xxxx“xxxx MTK-nin Baş mühasibi”xxxx“Qeyd - Mən, xxxx MTK-nin təsisçisi” qrafasındakı imza – X9 (“xxxx” MTK-nın Direktoru) tərəfindən icra olunmuşdur. 2). İş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27552 №-li Ekspert Rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş İddiaçı MMC ilə “xxxx” MTK arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixi Üzləşmə Aktlarının üzərlərində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdur. Tədqiqata təqdim edilmiş İddiaçı MMC ilə “xxxx” MTK arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixi Üzləşmə Aktlarının üzərlərində olan “Azərbaycan Respublikası Mənzil Tikinti Kooperativi xxxx” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. 3). İş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının xx xxx 2020-ci il tarixli 5/92 №li Ekspert Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 56 və 57-ci səhifələrindəki xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli X1 “xxxx” MTK-nın möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş mülki işin 56 və 57-ci səhifələrindəki xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli X3 “xxxx” MTK-nın möhür əksləri ekspertizaya təqdim edilmiş “xxxx” Mənzil- Tikinti Kooperativinin eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. 4). İş üzrə xx xxxxxxxx 2020-ci ildə keçirilən məhkəmə iclasında ilk iddia üzrə cavabeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh3” MMC-nin (“xxxx” MTK) nümayəndəsi Vəkil iş materiallarında olan, “xxxx” Mənzil-Tikinti Kooperativinin direktoru Vaqif Əmiraslanov tərəfindən imzalanmış xx xxxxx 2019-cu il tarixli Etibarnamənin təsdiq edilməsində istifadə edilən “xxxx” Mənzil-Tikinti Kooperativinə aid möhürlə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə “xxxx” Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli X4 təsdiq edilməsində istifadə edilən “xxxx” Mənzil-Tikinti Kooperativinə aid möhürün eyni olmasını mübahisələndirmiş olduğundan iş üzrə həmin möhürlərin eyniliyinin yoxlanılması zərurəti yaranmış və buna görə də, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilərək, ekspert qarşısında “ “xxxx” Mənzil-Tikinti Kooperativinin direktoru Vaqif Əmiraslanov tərəfindən imzalanaraq Vəkil verilmiş xx xxxxx 2019-cu il tarixli Etibarnamənin (iş vərəqi: 09) təsdiq edilməsində istifadə edilən “xxxx” Mənzil-Tikinti Kooperativinə aid möhürlə "İddiaçı” MMC ilə “xxxx” MTK arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli (iş vərəqi: 56) və xx xxxxxxx 2018-ci il (iş vərəqi: 57) tarixli X3 istifadə edilən möhürlər eynidirmi ?” sualı qoyulmuşdur. Həmin Qərardad əsasında keçirilmiş sənədlərin texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 5/722 №-li Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş xx xxxxx 2019-cu il tarixli Etibarnamədəki (i/v: 9), xx xxxxxx 2015-ci il tarixli (i/v: 56) və xx xxxxxxx 2018-ci il tarixli (i/v: 57) X2 möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur və eləcə də, təqdim edilmiş xx xxxxx 2019-cu il tarixli Etibarnamədəki, xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2018-ci il tarixli X2 möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Göründüyü kimi, yuxarıda təsvir olunan ekspertiza tədqiqatları nəticəsində xx xxxxxxx 2018-ci il tarixli X5 “xxxx” Mənzil-Tikinti Kooperativinə aid edilən möhür və imzaların mötəbərliliyi və həqiqiliyi öz təsdiqini tapmaqla yanaşı, məhkəmə araşdırması zamanı “xxxx” MTK tərəfindən ekspertizaya başqa bir möhürün eksperimental əksinin nümunələrinin təqdim olunduğu və eyni zamanda, hazırkı iş üzrə “xxxx” MTK-nin təmsil edilməsi üçün nümayəndə Vəkil verilmiş xx xxxxx 2019-cu il tarixli Etibarnamədəki və xx xxxxxxx 2018-ci il tarixli X5 möhür əkslərinin öz aralarında eynilik təşkil etdiyi də müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627-ci maddəsinə əsasən, göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 637.1-ci maddəsinə əsasən, alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Həmin Məcəllənin 637.2-ci maddəsinə əsasən, göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Beləliklə də, təsvir olunanlardan görünür ki, “alıcı” “xxxx” MTK (hal-hazırda Cavabdeh3 MMC) xx xxxx 2007-ci il tarixli hazır X13, xx xxxxxx 2007-ci il tarixli Göndərmə Müqaviləsi və xx xxxxxxx 2018-ci il tarixli X10 ilə müəyyən edilmiş öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və “mal göndərən” İddiaçınə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, xx xxxxxxx 2018-ci il tarixinədək 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində pul vəsaiti alıcı “xxxx” MTK tərəfindən satıcı “mal göndərən” İddiaçı MMC-nə ödənilməmişdir. Buna görə də, hazırkı ilkin iddia tələbində ödənilməmiş 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində əsas borcun və həmin borc üzrə ödənişin gecikdirildiyinə görə dəbbə pulu (cərimə) kimi hesablanmış 15155,34 (on beş min yüz əlli beş manat 34 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində əsas borc İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin iddianın cavabdehdən 15155,34 (on beş min yüz əlli beş manat 34 qəpik) manat məbləğində dəbbə pulunun (cərimənin) tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, ilkin iddia üzrə cavabdehdən cəmi 5000 (beş min) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eləcə də, məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin ("Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyətinin) qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “aktların etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin və eyni zamanda, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” MTK-nın ("Cavabdeh3” MMC) “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək, cavabdeh "Cavabdeh3” MMC-dən (VÖEN **********) 303106,84 manat məbləğində əsas borc və 5000 manat məbləğində dəbbə pulu İddiaçı MMC-nin (VÖEN **********) xeyrinə tutulmalı və ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil- Tikinti Kooperativinin ("Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “aktların etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Eləcə də, ilkin iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də ilkin iddia üzrə cavabdeh "Cavabdeh3” MMC-dən tutularaq iddiaçıya ödənilməli və qarşılıqlı iddia təmin edilmədiyindən “xxxx” MTK-nin ("Cavabdeh3” MMC) qarşılıqlı iddianın verilməsi zamanı çəkmiş olduğu xərclər isə onun özünə aid edilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 302,69 (üç yüz iki manat 69 qəpik) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdeh "Cavabdeh3” MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu - iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində əsas borc, 5000 (beş min) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 308136,84 (üç yüz səkkiz min yüz otuz altı manat 84 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin ("Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “aktların etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 302,69 (üç yüz iki manat 69 qəpik) manat məbləğində pul vəsaiti cavabdeh "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-5/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-5/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver