Məhkəmə qərarları › İş №e-2-2(119)-50/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-50/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-50/2020 17.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Ximekspress-2000” firmasına qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Ximekspress-2000” firmasına qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə xx xxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə “iddianın baxılmamış saxlanılması” barədə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil “iddianın baxılmamış saxlanılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Ximekspress-2000” firmasına qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd etmək lazımdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən elektron kabinetdə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil “iddianın baxılmamış saxlanılması” barədə ərizəsi təmin edilsin. İddiaçı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Ximekspress-2000” firmasına qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar