Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-501/2020 27.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhər 29 saylı Təmir-Tikinti Tresti ilə onun arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilə əsasında ödənilməli olan 3800 manat əsas borc, 1710 manat faiz borcu və gecikdirilmiş 9 ay müddət üçün hər ay 1000 manatdan hesablanaraq cəmi 9000 manat əldən çıxmış fayda olmaqla, ümumlikdə 14510 manat pulun cavabdeh Sumqayıt şəhər 29 saylı Təmir-Tikinti Trestindən alınaraq iddiaçı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı - hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ilə alıcı cavabdeh Sumqayıt şəhəri 29 saylıTəmir-Tikinti Tresti arasındahər biri 38 manatdan olmaqla 100 ədəd əl arabasının alqı-satqısına dair xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləni 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi elektron qaimə-faktura əsasında aparılır. Alıcı, yəni həmin Təmir-Tikinti Tresti müqavilə məbləğinin 100 faizini bu müqavilənin şərtlərinə əsasən arabaları müvafiq akt əsasında təhvıl aldığı gündən etibarən 30 iş günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. İddiaçı, satıcı olaraq müqavilə şərtlərinə uyğun olaraq həmin arabaları vaxtında, lazımi keyfiyyətdə, miqdarda və ölçüdə satıcıya təhvil vermiş və öz öhdəliyini yerinə yetirmişdir. Alıcı isə müqaviləyə görə 30 iş günü ərzində həmin malların dəyərini Satıcıya ödəməliydi. Həmin Müqavilə üzrə Alıcının Satıcıya olan borcu 3800 manatdır. Çünki, tərəflər arasında olanrazılaşmaya əsasən Alıcı Satıcıya 100 ədəd əl arabasının satılması müqabilində cəmi 3800 manat pul ödəməliydi. İddiaçı bu pulun ödənilməsi üçün müqavilə tələblərinə uyğun olaraq xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehə EAAZ 932301 saylı elektron qaiməgöndərmiş və həmin Qaimə cavabdeh tərəfindən təsdiqlənmişdir. Buhəmin Müəssisənin iddiaçıya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 03/012/M saylı cavab məktubunda da öz təsdiqini tapmışdır. Tərəflər arasında olan müqavilənin müddəti xx xxxxxx 2019-il tarixinədək müəyyənedilmişdir. Cavabdeh müqavilə tələblərinə görə ona satılmış 100 ədəd əl arabasının dəyərinin 100 faizini 30 iş günü ərzində İddiaçıya ödəməyi öhdəsinə götürsədə, bu günkü tarixədək bir manat belə pul ödənilməmişdir.Bununla bağlı o, Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinin direktoruna xx xxxxxx 2020-ci il tarixdə yazılı surətdə müraciət etmiş və Müqavilə üzrə olan 3800 manat pulun ödənilməsini xahiş etmişdir. Həmin Müəssisənin iddiaçıya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 03/012/M saylı cavab məktubunda xx xxxxxx 2019-cu il tarixli müqavilə əsasında ondan 100 ədəd əl arabasının alındığı və xx xxxxxxxx 2019-cu il tarixli EAAZ 932301 saylı elektron qaimənin təsdiqləndiyi qeyd edilmişdir. Eyni zamanda həmin məktubda xx xxxxxx 2020-ci il tarixinə müəssisənin 56677 manat debitor borcu yarandığı, vergi borcları, sosial ayırmalar, məhkəmə qərarları üzrə ödənişlər və işçilərin əmək haqqları ödənildikdən sonra ona olan borcun ödənilməsinə dair zəmanət verilmişdir. İddiaçı cavabdehə rəsmi qaydada yazılı surətdə müraciət edərək, borcun ödənilməsini tələb etsə də, bunun heç bir nəticəsi olmamış və pul ödənilməmişdir. Müqaviləyə əsasən xx xxxxxxxx 2019-cu il tarixində ödənilməli olan 3800 manat məbləğində pul artıq 8 aydır ki, ödənilməmiş olaraq qalır. İddiaçı sahibkar kimi bu müddət ərzində həmin məbləğin ödənilməməsi nəticəsində bir sıra maddi itkilərə məruz qalmışdır. O, həmin əl arabalarının istehsalını həyata keçirmir və müəyyən qiymət qarşılığında həmin əl arabalarını alaraq, satışını həyata keçirir. O, həmin əl arabalarını alarkən nəgd pul ödəmiş və sahibkar kimi gəlir əldə etmək məqsədi ilə onları qeyd edilən qiymət müqabilində cavabdehə satmışdır. Cavabdeh 30 iş günü ərzində malların dəyərini ödəmədiyindən, onu ziyana salmışdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müxtəlif maddələrinin məzmunu təsvir olunmuşdur). İddiaçı və cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Tresti dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə iclaslarına gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş (cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Tresti xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ona qarşı yönəlmiş iddia tələbinə öz münasibətini bildirmişdir), İddiaçı isə teleqramla və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, hərbi vəziyyəti və Naxçıvan Muxtar Respublikasında yaşaması nəzərə alınaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Tresti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı (satıcı) tərəfindən cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinə (alıcıya) hər birinin qiyməti 38 (otuz səkkiz) manat olmaqla, cəmi 3800 (üç min səkkiz yüz) manat dəyərində 100 (yüz) ədəd əl arabası satılmışdır. xx xxxxxx 2019-cu il tarixli Alqı-Satqı Müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə ödənişlər “Satıcının” təqdim etdiyi elektron qaimə-faktura əsasında aparılır. "Alıcı“ müqavilə məbləğinin 100 (yüz) faizini bu müqavilənin şərtlərinə əsasən malmaterialların müvafiq akt əsasında "Alıcı”ya təhvil verilməsindən etibarən 30 (otuz) iş günü ərzində "Satıcı”ya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilənin müddəti xx xxxxxx 2019-cu il tarixinədək müəyyən edilir. İş materiallarında olan 17sentyabr 2019-cu il tarixli EAAZ seriyalı 932301 nömrəli elektron qaimədən görünür ki, “satıcı” İddiaçı oğlu tərəfindən “alıcı” Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinə bir ədədinin qiyməti 38 (otuz səkkiz) manat olmaqla, cəmi qiyməti 3800 (üç min səkkiz yüz) manat olan 100 (yüz) ədəd araba satılmışdır. İş materiallarında olan Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Tresti tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 03/012M nömrəli məktubda xx xxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı 100 (yüz) ədəd əl arabasının alınması və bununla əlaqədar tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli EAAZ № 932301 saylı elektron qaimənin Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Tresti tərəfindən qəbul edilməsi təsdiqlənmiş və vergi borcları, sosial ayırmalar, məhkəmə qərarları üzrə ödənişlər və əmək haqqi ödənişlərindən sonra həmin borcun ödənişi bank vasitəsi ilə həyata keçiriləcəyinə zəmanət verilmişdir. Lakin, hazırkı iş üzrə məhkəmə prosesi zamanı cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Tresti xx xxxxxx 2020-ci il tarixli ərizə (həmin ərizə məhkəmənin icraatına xx xxxxxxxx 2020-ci ildə daxil olmuşdur) ilə müraciət edərək bildirmişdir ki, İddiaçı alınan 100 ədəd arabanı nümayəndəsi Kamran adlı şəxs Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinə təhvil vermiş və 2019-cu ilin iyun-iyul aylarında pulunu, yəni 3800 (üç min səkkiz yüz) manatı almışdır. Həmin arabaları Kamran adlı şəxs təhvil verdiyinə görə malın dəyəri də ona tam ödənilmişdir (həmin ərizəyə Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinin əməkdaşları tərəfindən tərtib olunmuş eyni məzmunlu xx xxxxxx 2020-ci il tarixli Akt əlavə edilmişdir). Təsvir olunanlarla müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli Alqı-satqı Müqaviləsinin tələblərinə uyğun olaraq bir ədədinin qiyməti 38 manat olmaqla, cəmi 3800 manat dəyərində 100 ədəd əl arabası satıcı İddiaçı tərəfindən alıcı Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinə satılmış olsa da, həmin Müqavilə əsasında satılmış arabaların cəmi 3800 manat məbləğində dəyəri ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 3800 manat məbləğində əsas borcun və eyni zamanda, 1710 manat məbləğində faiz borcunun və gecikdirilmiş 9 ay müddət üçün hər ay 1000 manatdan hesablanmaqla cəmi 9000 manat əldən çıxmış faydanın cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli Alqı-satqı Müqaviləsinin tələblərinə uyğun olaraq bir ədədinin qiyməti 38 manat olmaqla, cəmi 3800 manat dəyərində 100 ədəd əl arabası iddiaçı (satıcı) İddiaçı (VÖEN **********) tərəfindən cavabdeh (alıcı) Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestinə satılmış olsa da, sonuncu tərəfindən məlum Müqavilədə nəzərdə tutulan qaydada həmin alqı-satqıya görə ödənilməli olan cəmi 3800 manat məbləğində pul vəsaiti İddiaçı ödənilməmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh (alıcı) Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Tresti tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədə 100 ədəd arabaya görə ödənilməli olan 3800 manat məbləğində pulun “2019-cu ilin iyun-iyul aylarında” (halbuki, tərəflər arasında Alqı-satqı müqaviləsi xx xxxxxx 2019-cu ildə bağlanmışdır) “Kamran adlı şəxsə verildiyi” göstərilsə də, həmin xüsusat işin konkret halları və məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, xx xxxxxx 2019cu il tarixli Alqı-satqı Müqaviləsinin tələblərinə uyğun olaraq cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestindən İddiaçı xeyrinə 3800 manat məbləğində əsas borcun tutulması barədə iddia tələbi əsaslıdır. Lakin, iddia tələbinin “1710 manat məbləğində faiz borcunun və gecikdirilmiş 9 ay müddət üçün hər ay 1000 manatdan hesablanmaqla cəmi 9000 manat əldən çıxmış faydanın cavabdehdən tutulması” hissəsinin əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestindən İddiaçı (VÖEN **********) xeyrinə 3800 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı cavabdehə, qalan 20 (iyirmi) manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri 29 saylı Təmir-Tikinti Trestindən 3800 (üç min səkkiz yüz) manat məbləğində borc və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 3810 (üç min səkkiz yüz on) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-501/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-501/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver