Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-502/2023 07.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdehlər cavabdehlər X6 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər X6 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X3 və Cavabdeh2 20 yanvar 2022-ci il tarixli, 90 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 10185 (on min yüz səksən beş) manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 697,67 (altı yüz doxsan yeddi manat 67 qəpik) manat məbləğində dəbbə pulunun və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin müştərək qaydada tulularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X7 arasında 22 yanvar 2020-ci il tarixli 90 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə X1, o isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən X7 müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış və yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən cavabdeh 5000 manat ilkin ödəniş, 18 ay müddətinə hər ay 775 manat olmaqla, ümumilikdə 18950 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq X7 tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 8765 manat ödənilmiş, onun iddiaçıya 10185 manat məbləğində borcu qalmışdır. X6 edilmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq o, öhdəliyinin icrasından yayınmış, aldığı malın əvəzini ödəməmişdir. Bundan əlavə İddiaçı ilə Cavabdeh2 arasında 22 yanvar 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin sözügedən alqı-satqı müqaviləsinə əsasən X5 öhdəliklərinin yerinə yetirilməsinə görə onunla birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən müəyyən olunur ki, X7 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, satın aldığı malın dəyərini tam olaraq iddiaçıya ödəməmiş, nəticədə, iddiaçı qarşısında 10185 manat məbləğində borcu yaranmışdır. Bundan başqa X7 tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək bir təqvim ilindən çox müddət keçmiş, öhdəliyin icrası həmin müddətə gecikdirilmişdir. Onu da nəzərə almaq lazımdır ki, X5 müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərin icra edilməsi üçün zamin iddiaçı qarşısında öhdəlik götürmüşdür. Belə olan halda, müqavilə üzrə icra edilməmiş öhdəlik – 10185 manat, öhdəliyin icra edilmədiyi müddət – xx.xx.2021-xx.xx.2023-cü il (685 gün) hər gecikdirilmiş gün üçün 0,01% olmaqla, 697,67 manat (10185x0,01%x685) cərimə, ümumilikdə 10882,67 manat məbləğində pul vəsaiti X4 və zamin Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh X7 17 may 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, o, ilkin olaraq 21-22 yanvar 2020-ci il tarixində 5000 manat, 25 fevralda isə 775 manat məbləğində ödəniş etmişdir. “Covid-19” pandemiyası başladıqdan sonra mart ayında İddiaçı MMC-nin hüquqşünası Heydər adlı şəxs və mühasibi Lamiyə adlı şəxs ödənişlərlə bağlı onunla əlaqə saxlamış, bundan sonra o, 2022-ci ilin yanvar ayına kimi ödəniş terminalları vasitəsi ilə mühasibin kart hesabına ödənişlər etmişdir. Hazırda İddiaçı MMC-yə təxminən 5080 manat borcu qalmışdır. O, etdiyi ödənişlərlə əlaqədər mütəmadi olaraq qeyd olunan şəxslərlə əlaqə saxlayaraq ödənişləri barədə onlara məlumat vermişdir. Ödənişləri hər ayın təxminən 20-25-i etmiş, lakin ödədiyi qəbzlərin yazıları silinmişdir. Cavabdeh X7 19 iyun 2023-cü il tarixdə məhkəməyə etiraz təqdim edərək İddiaçı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə aralarında bağlanmış müvafiq müqavilə üzrə texniki avadanlıqlar dəyərinin bir hissəsi əvvəlcədən, qalanı isə hissə-hissə ödənilməklə ona satılmış, guya İddiaçınə həmin məbləğ indiyə kimi ödənilməmişdir. Əslində isə bundan əvvəlki etirazda bildirdiyi kimi, həmin məbləğ İddiaçı məsul şəxsləri tərəfindən qəsdən xeyli şişirdilərək məhkəməyə təqdim edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli 90 nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 həmin şirkətdən, ilkin ödəniş olaraq 5000 manat ödəməklə və hissə-hissə aylıq 775 manat ödəmək şərti ilə 1 (bir) illik zəmanətlə ümumi qiyməti 18000 manat olan müəyyən texniki avadanlıq alıb istifadə etməyə başlamışdır. İlk vaxtlardan həmin avadanlıqda bəzi, sonralar isə get-gedə ciddi nasazlıqlar aşkar edərək bu barədə dəfələrlə cavabdeh İddiaçınə telefonla və hətta özü şəxsən MMC-nin ofisinə gedərək məlumat vermişdir. Hər dəfə ona MMC-nin rəhbərliyi və məsul şəxsləri bu nasazlıqların keçib gedəcəyini, narahatlığa əsas olmadığını bildirmişlər. 7 ay sonra sözügedən avadanlıqda ciddi nasazlıq olmuş, lakin MMC-yə dəfələrlə müraciət və şikayət etməsinə baxmayaraq şirkət onun təmirini həyata keçirmədiyindən məcbur olub avadanlığı 1500 manat məbləğində öz şəxsi vəsaiti ilə təmir etdirmişdir. Eyni zamanda, o, İddiaçı rəhbərinin göstərişi əsasında şirkətin işçiləri Emin, Lamiyə və Heydər adlı şəxslərə Milliön ödəmə terminalı, bank kartı vasitəsi ilə və əlbəəl olaraq ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlər olmaqla, ümumilikdə 5105 manat aylıq ödənişlər etmişdir. Lakin ya cavabdeh şirkətin özü, ya da işçiləri kimi təqdim etdiyi şəxslər həmin pulları ümumi borcdan silməyərək özləri mənimsəmişdir. Göstərilənlərlə bağlı Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət ərizəsi verilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh X7 etirazların məzmununa uyğun izahat vermiş, eyni zamanda İddiaçınə təxminən 13700 manat ödəniş etdiyini və iddiaçının hüquqşünası Şahid2 ona telefon danışığı zamanı cəmi 5080 manat məbləğində borcu qaldığını dediyini bildirmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X7 arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli 1 nömrəli “İlkin razılaşma protokolu” əsasında İddiaçı müştəri X7 ilə 5000 manat məbləğində ilkin ödəniş etdikdən sonra 18 ay ərzində hər ay 775 manat məbləğində ödəniş etməklə razılaşmada adları qeyd olunan avadanlıqların alqı-satqısı barədə razılığa gəlmişlər. İş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı X7 (VÖEN **********) arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli 90 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin hissəsi olan Qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqların (bundan sonra “mal” adlandırılacaq) dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaimə-fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən satılan malın dəyərinin 5000 manat məbləğini-ilkin ödəniş edildikdən sonra qalıq məbləğinin isə 18 ay ərzində kredit cədvəlinə müvafiq olaraq ödəniş tarixdən gec olmayaraq kredit şəklində nağd ödəməyi alıcı öz üzərinə götürür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcı malın dəyəri və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,01%-i həcmində satıcıya cərimə ödəyir. İş materiallarında olan 22 yanvar 2020-ci il tarixli 90 nömrəli alqı-satqı müqaviləsinə dair ödəniş cədvəlindən görünür ki, alıcı X7 22 yanvar 2020-ci il tarixdə 5000 manat məbləğində ilkin ödəniş etdikdən sonra 22 fevral 2020-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək 17 ay ərzində cədvəldə qeyd olunan məbləğdə ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 22 yanvar 2020-ci il tarixli təhvil-təslim aktına əsasən həmin aktda adları qeyd olunan avadanlıqlar İddiaçı tərəfindən X6 təhvil verilmişdir. İş materiallarında olan İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin firma ilə borclu arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli 90 nömrəli müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan 21 yanvar 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən İddiaçınə 450 manat məbləğində beh ödənilmişdir. İş materiallarında olan 22 yanvar 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən İddiaçınə 4550 manat məbləğində ilkin ödəniş edilmişdir. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X7 tərəfindən İddiaçınə 775 manat məbləğində aylıq ödəniş edilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, 03 iyun 2023-cü il tarixdə X2 İşlər Nazirliyinin 102 zəng mərkəzi sisteminə zəng edərək və ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət edərək 2020-ci ildə özlərini "xxxx" MMC-nin məsul şəxsləri kimi təqdim edən Yusif, Lamiyə və Heydər adlı şəxslərin Emil adlı şəxslə birlikdə X5 həmin MMC-yə olan borcunu bağlamaq üçün ondan 9890 manat pul aldığını, lakin borcu ödəmədiklərini bildirmiş, həmin şəxslərin müəyyən olunaraq barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. X5 müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırma aparılmış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə İddiaçındə hüquqşünas vəzifəsində işləmişdir. İddiaçı tərəfindən nisyə alqı-satqı müqavilələri üzrə borclarını ödəməyən müştərilərə yazılı və şifahi xəbərdarlıqlar edilirdi. X7 həmin müştərilərdən biri olmuşdur. Şahbazi Günay ona ikiüç dəfə ödəniş qəbzlərinin şəklini göndərmişdir. O, X6 5080 manat borcu qalması barədə heç bir söz demədiyini və borcun məbləği barədə yalnız şirkətin mühasibatlığının dəqiq məlumat verə biləcəyini qeyd etmişdir. Həmçinin o, işlədiyi dövrdə müştərilərin şirkətin əməkdaşlarının kart hesabına pul köçürməsi halı ilə rastlaşmadığını vurğulamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Abdullaeva Durdane ifadəsində bildirmişdir ki, o, X5 müştərisi olmuşdur. Lazerlə bağlı Şahbazi Günayın yanına getmək üçün qəbuluna yazılmaq istədikdə o, lazer aparatının xarab olduğunu bildirmişdir. Bir neçə gün sonra onun yanına getdikdə Şahbazi Günayın lazer aparatının təmiri üçün başqa şirkətin ustalarını çağırdığının və onlara 1000 manat məbləğində ödəniş etdiyinin şahidi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X7 (VÖEN: **********) ilə İddiaçı arasında 22 yanvar 2020-ci il tarixli 90 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müvafiq avadanlıqlar X6 təhvil verilmiş, lakin o, üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək satıcı İddiaçınə malların dəyərini tam ödəməmişdir. X7 alqı-satqı müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən zamin Cavabdeh2 da satıcı İddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, 22 yanvar 2020-ci il tarixli 90 nömrəli alqısatqı müqaviləsi və həmin müqaviləyə dair ödəniş cədvəli üzrə borcun qaytarılma vaxtının son müddəti 22 iyul 2021-ci il tarixidir. Lakin iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 22 iyul 2021-ci il tarixdən 1 (bir) il ərzində zaminə qarşı iddia irəli sürməmişdir. Belə ki, İddiaçı həmin müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə bir illik müddət keçdikdən sonra, yəni 07 aprel 2023-cü il tarixdə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni məlum alqı-satqı müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə tələb edilən borc zamindən tutulmamalı, zamin qismində Cavabdeh2 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh X7 İddiaçınə 5080 manat məbləğində borcunun qaldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa X7 məhkəmə baxış iclasında verdiyi izahatında, iddia ərizəsinə etirazında və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində şikayəti araşdırılan zaman verdiyi izahatında iddiaçıya ödədiyi pulun məbləğini hər dəfə fərqli miqdarda bildirmişdir. Belə ki, o, 07 avqust 2023-cü il tarixli məhkəmə baxış iclasında iddiaçıya təxminən 13700 manat məbləğində pul ödədiyini bildirsə də, məhkəməyə təqdim etdiyi etirazında 5000 manat ilkin ödəniş etdiyini, daha sonra MMC-nin rəhbərliyinin göstərişi əsasında Lamiyə və Heydər adlı şəxslərə Milliön ödəmə terminalı, bank kartı və əlbəəl olaraq müxtəlif məbləğlərdə, cəmi 5105 manat aylıq ödənişlər etdiyini qeyd etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 13 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərarından isə görünür ki, X7 həmin araşdırma zamanı verdiyi izahatında 9790 manat məbləğində pul ödədiyini, onun 5000 manatını əlbəəl, qalanını isə ödəmə terminalından ödədiyini və şirkətin Heydər adlı əməkdaşı ilə danışan zaman sonuncunun onun 5080 manat borcu qaldığını dediyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində X5 onun kart hesabına hər hansı məbləğdə ödəniş etmədiyini, yalnız iki-üç dəfə ödəmə ilə bağlı qəbzin surətini şirkətin hüquqşünası olduğu üçün ona göndərdiyini, habelə cavabdehə hansı məbləğdə borcu qalması barədə heç bir məlumat vermədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh X7 müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi X4 iddiaçının xeyrinə “10185 (on min yüz səksən beş) manat məbləğində borcun tutulması” hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin "697,67 manat məbləğində dəbbə pulunun tutulması" hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq, cavabdeh X4 cəmi 200 (iki yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 10185 (on min yüz səksən beş) manat məbləğində borc və 200 (iki yüz) manat məbləğində dəbbə pulu tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh X7 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdeh X4 tutularaq İddiaçınə ödənilməlidir. Eləcə də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 121,16 (yüz iyirmi bir manat manat 16 qəpik) manat məbləğində dövlət rüsumu X4 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X4 (VÖEN **********) 10185 (on min yüz səksən beş) manat məbləğində borc, 200 (iki yüz) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10585 (on min beş yüz səksən beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X4 dövlət nəfinə 121,16 (yüz iyirmi bir manat manat 16 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-502/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-502/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver