Məhkəmə qərarları › İş №e-2-2(119)-507/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-507/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-507/2021 06.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, İddiaçı Məhdud Məsuliyyətlinin cavabdeh X1 qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehdən 74348 manat (yetmiş dörd min üç yüz qırx səkkiz) məbləğində pulun, ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun və 40 qəpik (qırx) bank xidmət haqqının tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş iddia ərizəsinin tərəflər bölməsində yalnız iddiaçının adı qeyd edilmiş, cavabdeh haqqında məlumatlar isə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Məhkəmə qeyd edir ki, sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının, habelə “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə əməl olunmalı, cavabdeh haqqında məlumatlar iddia ərizəsinin tərəflər bölməsində tam şəkildə göstərilməldir. Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsinə poçt göndərişi barədə qəbz əlavə edilməsinə baxmayaraq, həmin qəbzin iddia ərizəsinin cavahdehə göndərilməsi barədə olub-olmamasını, habelə cavabdeh tərəfindən iddia ərizəsinin surətinin alınıbalınmamasını müəyyən etmək mümkün deyildir. Mülki-Prosessual Məcəllənin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcələnin 152.1.1 və 152.1.4-cü maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı yenidən məhkəməyə müraciət edərkən məhkəmə aidiyyat qaydalarına diqqət etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən maddənin tələblərinə əsasən kommersiya mübahisələrindən iş üzrə iddiaçı və cavabdehin hər ikisi hüquqi şəxs, yaxud vergi ödəyicisi kimi qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olmalıdır. Hazırkı iş üzrə iddia ərizəsinə cavabdeh X1 vergi ödəyicisi kimi qeydiyyata alınmasını təsdiq edən hər-hansı sənəd əlavə edilməmişdir. Belə olan halda, hazırkı iddia ərizəsi məhkəmə aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə təqdim olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar