Məhkəmə qərarları › İş №e-2-2(119)-516/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-516/2023

26.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-516/2023 26.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 aprel 2023-cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 83,86 (səksən üç manat 86 qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 13,40 (on üç manat 40 qəpik) manat məbləğində borcun və İşsizlikdən Sığorta Fonduna olan 3,35 (üç manat 35 qəpik) manat məbləğində borcun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan 5177,71 (beş min yüz yetmiş yeddi manat 71 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 165,15 (yüz altmış beş manat 15 qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 6,61 (altı manat 61 qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 26,40 (iyirmi altı manat 40 qəpik) manat məbləğində borcun və eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs Dövlət Büdcəsinə olan 623833,46 (altı yüz iyirmi üç min səkkiz yüz otuz üç manat 46 qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 108,10 (yüz səkkiz manat 10 qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 34,56 (otuz dörd manat 56 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri və eyni zamanda, vergi ödəyicisi - xx xxxxxxxx 1990-cı il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə əsasında ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılmasına etiraz etmədiyini bildirərək göstərdi ki, o, bir tanışı tərəfindən onu işə düzəltmək adı ilə ilə əlaqədar aldadılaraq, müxtəlif sənədləri imzalasa da, direktoru olduğu "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə faktiki rəhbərlik etməmiş və həmin hüquqi şəxslərin fəaliyyəti ilə əlaqəsi olmamışdır. Eləcə də, rəsmi qeydiyyatda hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi adına VÖEN açılmış olsa da, həmin VÖEN üzrə o, heç bir fəaliyyət göstərməmişdir. Ona görə də, o, bununla bağlı müvafiq qaydada vergi və prokurorluq orqanlarına müraciət etmişdir. Bununla belə o, halhazırda rəsmi sənədlərdə vergi ödəyiciləri olan həmin hüquqi şəxslərin rəhbəri kimi göstərildiyindən, həmin hüquqi şəxslərin borcları ilə əlaqədar, eləcə də özünün adına açılmış VÖEN üzrə hesablanmış borcla əlaqədar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin olunmasına etiraz etmir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxxxxxx 1990-cı il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1ri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 07 aprel 2023-cü il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 83,86 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 13,40 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 3,35 manat məbləğində borcu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 07 aprel 2023-cü il tarixinə hesablanmış Dövlət Büdcəsinə 5177,71 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 165,15 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 6,61 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 26,40 manat məbləğində borcu vardır. Eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan xx xxxxxxxx 1990-cı il təvəllüdlü Maraqlı şəxs özünün də (VÖEN **********) 07 aprel 2023-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə 623833,46 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 108,10 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 34,56 manat məbləğində borcu vardır. Həmin vergi ödəyicilərinə qeyd olunan borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC və həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliklərini və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 aprel 2023-cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 83,86 (səksən üç manat 86 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 13,40 (on üç manat 40 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və 3,35 (üç manat 35 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 5177,71 (beş min yüz yetmiş yeddi manat 71 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 165,15 (yüz altmış beş manat 15 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna, 6,61 (altı manat 61 qəpik) manat borcu İşsizlikdən Sığorta Fonduna və 26,40 (iyirmi altı manat 40 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 623833,46 (altı yüz iyirmi üç min səkkiz yüz otuz üç manat 46 qəpik) manat vergi borcu Dövlət Büdcəsinə, 108,1 (yüz səkkiz manat 10 qəpik) manat borcu Dövlət Sosial Müdafiə Fonduna və 34,56 (otuz dörd manat 56 qəpik) manat borcu İcbari Tibbi Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanının rəhbəri və vergi ödəyicisi - xx xxxxxxxx 1990-cı il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar