Məhkəmə qərarları › İş №e-2-2(119)-517/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-517/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-517/2025 07.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli, S61/22 saylı təchizat müqaviləsi əsasında 2689 (iki min altı yüz səksən doqquz) manat məbləğində əsas borc, 5608,07 (beş min altı yüz səkkiz manat, yeddi qəpik) manat məbləğində dəbbə pulu və 102 (yüz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçı “X2 Company” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 Company” MMC ilə Cavabdeh arasında 20 dekabr 2022-cü il tarixdə S61/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X2 Company” MMC, yəni, təhcizatçı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin hesablaşma qaydaları başlıqlı 4-cü bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər partiya mal üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 2689 (ikimin altı yüz səksən doqquz) manat malın dəyərini, təchizatçı “X2 Company” MMC-yə ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

3. 26 fevral 2025-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə dəqiqləşdirilmiş maliyyə arayışı və ərizə təqdim edilmiş, cavabdeh tərəfin qalıq borcu ilə bağlı dəqiqləşmə aparıldığı və bunun nəticəsində iddia məbləğinin dəyişdirildiyi bildirilmiş, 20 dekabr 2022-ci il tarixli, S61/22 saylı təchizat müqaviləsinə əsasən 2545,24 manat əsas borc, 5848,96 manat dəbbə pulu və 102 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 8496,2 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq “X2 Company” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 izahatında cavabdeh tərəfindən 74 (yetmiş dörd) manat məbləğində ödəniş edildiyini bildirmiş, buna görə də 2545,24 (iki min beş yüz qırx beş manat iyirmi dörd qəpik) manat məbləğində əsas borcun, 5848,96 (beş min səkkiz yüz qırx səkkiz manat, doxsan altı qəpik) manat məbləğində dəbbə pulunun və 102 (yüz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçı “X2 Company” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

8. Belə ki, iş materiallarında olan satıcı - İddiaçı ilə alıcı - Cavabdeh arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli, S 61/22 nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən təhcizatçı alıcının sifarişi ilə spirtli məhsulları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada onun dəyərini təhcizatçıya ödəməyi öz öhdəsinə götürür.

9. Həmin müqavilənin 1.2-cü bəndinə əsasən malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan əlavələrdə əks olunur.

10. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların təchizatı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə əlavələr və onun ayrılmaz hissəsi olan spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir.

11. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən mallar təchizatçı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski alıcının üzərinə düşür.

12. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Təchizatçının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur.

13. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, təchizatçı təhvil verilmiş bütün malİara görə peniya hesablayır. Hesabatlar müqavilənin 4.2-ci bəndində göstərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, təchizatçı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu

14. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1014,36 manat dəyərində malların satılması ilə əlaqədar 30 dekabr 2022-ci il tarixli EBCM seriyalı 300958 nömrəli, 150,72 manat dəyərində malların satılması ilə əlaqədar 31 yanvar 2023-cü il tarixli EBCN seriyalı 909488 nömrəli, 1102,32 manat dəyərində malların satılması ilə əlaqədar 07 mart 2023-cü il tarixli EBDB seriyalı 262692 nömrəli, 351,84 manat dəyərində malların satılması ilə əlaqədar 27 mart 2023-cü il tarixli EBDC seriyalı 269385 nömrəli elektron qaimələr təqdim olunmuşdur.

15. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1014,36 manat dəyərində malların satılması ilə əlaqədar 22 dekabr 2022-ci il tarixli, 68 nömrəli, 269,76 manat dəyərində malların satılması ilə əlaqədar 30 dekabr 2022-ci il tarixli, 274 nömrəli, 150,7 2 manat dəyərində malların satılması ilə əlaqədar 11 yanvar 2023-cü il tarixli, 146 nömrəli, 351,84 manat dəyərində malların satılması ilə əlaqədar 24 fevral 2023-cü il tarixli 1894 nömrəli, 1102,32 manat dəyərində malların satılması ilə əlaqədar 27 fevral 2023-cü il tarixli, 1910 nömrəli hesab-fakturalar təqdim olunmuşdur.

16. İş materiallarında olan 30 mart 2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə EBCM seriyalı 300958 nömrəli elektron qaimə üzrə 74 (yetmiş dörd) manat məbləğində ödəniş edilmişdir.

17. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli, 32/24 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 17 dekabr 2024-cü il tarixinə 2763,72 manat məbləğində əsas, 5608,07 manat məbləğində dəbbə pulu olmaqla cəmi 8297,79 manat məbləğində borcu vardır.

18. İş materiallarında olan 26 fevral 2025-ci il tarixli, 06/25 nömrəli dəqiqləşdirilmiş maliyyə arayışından görünür ki, 26 fevral 2025-ci il tarixə kimi Cavabdeh yazılan qaimələr üzrə onun 2619,24 (iki min altı yüz on doqquz manat iyirmi dörd qəpik) manat borcu olmuş, həmin borcdan cəmi 74 (yetmiş dörd) manat ödəniş etmişdir. Qeyd edilən tarixə cavabdehin 2545,24 (iki min beş yüz qırx beş manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 5848,96 (beş min səkkiz yüz qırx səkkiz manat doxsan altı qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 8394,2 (səkkiz min üç yüz doxsan dörd manat iyirmi qəpik) manat məbləğində borcu mövcuddur.

19. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

30. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

32. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 20 dekabr 2022-ci il tarixli, S61/22 nömrəli təchizat müqaviləsi bağlanılmış, müqaviləyə əsasən spirtli içkilərin satılması barədə razılaşma əldə edilmiş, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2619,24 (iki min altı yüz on doqquz manat, iyirmi dörd qəpik) manat dəyərində (ƏDV məbləği daxil) malların satılması ilə əlaqədar müvafiq elektron qaimələr təqdim edilmişdir. Lakin Cavabdeh tərəfindən qeyd olunan borcdan cəmi 74 (yetmiş dörd) manat məbləğində ödəniş edilmiş, onun iddiaçıya 2545,24 (iki min beş yüz qırx beş manat iyirmi dörd qəpik) manat məbləğində borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 2545,24 (iki min beş yüz qırx beş manat iyirmi dörd qəpik) manat məbləğdə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

35. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

36. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 5848,96 (beş min səkkiz yüz qırx səkkiz manat, doxsan altı qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır.

37. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 102 (yüz iki) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanan iddiaçı tərəfindən ödənilmiş 50,45 (əlli manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 20 dekabr 2022-cü il tarixli, S61/22 nömrəli müqavilə üzrə 2545,24 (iki min beş yüz qırx beş manat iyirmi dörd qəpik) manat əsas borc, 500 (beş yüz) manat dəbbə pulu və 50,45 (əlli manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3095,69 (üç min doxsan beş manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

41. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 20 dekabr 2022-cü il tarixli, S61/22 nömrəli müqavilə üzrə 2545,24 (iki min beş yüz qırx beş manat iyirmi dörd qəpik) manat əsas borc, 500 (beş yüz) manat dəbbə pulu və 50,45 (əlli manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3095,69 (üç min doxsan beş manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar