Məhkəmə qərarları › İş №e-2-2(119)-52/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-52/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-52/2020 20.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qanuni nümayəndə nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi(direktoru) X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2015-ci il tarixində Qanuni nümayəndə ilə Cavabdeh MMC arasında 74 saylı müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq Qanuni nümayəndənə təqdim olunmuş anket materiallarına əsasən Cavabdeh MMC-yə 2018-ci il üçün tezlik və radioelektron vasitələrindən istifadəyə görə 18.035,25 manat məbləğində 2P-18-5, 28P-18-3 və 28P-18-4 saylı hesablar təqdim olunmuşdur. Qanuni nümayəndə 74 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq, Cavabdeh MMC müqavilənin 3-cü bəndini icra etməmişdir. Müqavilənin bu bəndinə müvafiq olaraq hesabların ödənilməsi növbəti ilə keçirildiyi üçün gecikdirilmiş hər aya görə məbləğin 0,1% miqdarında olmaqla, ümumilikdə 233,64 manat məbləğində dəbbə pulu hesablanmışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixli DRİ-HKŞ- 9/269 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, bu günə kimi Cavabdeh MMC borcunu ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən xx xxxxxx 2015ci il tarixli 74 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 18.035,00 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və hər gecikdirilmiş aya görə məbləğin 0,1% miqdarında olmaqla 233,64 manat dəbbə pulu, cəmi 18.268,89 manat pulun tutularaq, Qanuni nümayəndə hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh MMC-dən 12.917,69 (on iki min doqquz yüz on yeddi manat altmış doqquz qəpik) manat istismar haqqının tutularaq Qanuni nümayəndə hesabına köçürülməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh MMC-nin nümayəndəsi X4 iddianı qəbul edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Cavabdeh MMC-nin bank hesablarına sərəncam qoyduğu üçün və yeni avadanlıqlar quraşdırıldığı üçün bu borc yaranmışdır. Cavabdehin nümayəndəsi eyni zamanda artıq hesabı açdıqlarını və bir ay ərzində borcu ödəyəcəklərini qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Qanuni nümayəndə Cavabdeh MMC-ni rəsmi müraciətini nəzərə alaraq simsiz internet xidməti (Wi-Fi) üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə vermiş, sifarişçi (Cavabdeh MMC) isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş "Radoiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28P-18-3 №-li xx.xx.2018-ci il tarixli hesabdan görünür ki, həmin tarixə cavabdehin Qanuni nümayəndənə 9902,59 manat borcu vardır. İş materiallarında olan 28P-18-4 №-li xx.xx.2018-ci il tarixli hesabdan görünür ki, həmin tarixə cavabdehin Qanuni nümayəndənə 1028,88 manat borcu vardır. İş materiallarında olan 28P-18-5 №-li xx.xx.2018-ci il tarixli hesabdan görünür ki, həmin tarixə cavabdehin Qanuni nümayəndənə 1166,68 manat borcu vardır. İddia ərizəsinə əlavə olunmuş peniya borcu barədə arayışdan görünür ki, Cavabdeh” MMC-nin Qanuni nümayəndənə 2017-2018-ci illər üçün cəmi peniya borcu 233,64 manat təşkil edir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2019-cu ilə qədər təqdim olunmuş hesablar üzrə Cavabdeh MMC-nin Qanuni nümayəndənə olan borcu 18.035,25(On səkkiz min otuz beş manat 25 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 74 saylı müqavilə imzalanmışdır. Müqavilə üzrə CavabdehMMC-nin iddiaçıya 18.035,00 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və hər gecikdirilmiş aya görə məbləğin 0,1% miqdarında olmaqla 233,64 manat dəbbə pulu, cəmi 18 268,89 manat borcu yaranmışdır. Lakin, Cavabdeh MMC Qanuni nümayəndənə olan 18.268,89 manat borcun 5.351,20 manat məbləğini ödəmiş, 12.917,69 (on iki min doqquz yüz on yeddi manat altmış doqquz qəpik) manat məbləğini isə ödəməmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, xx.xx.2015-ci il tarixili 74 saylı müqavilə üzrə CavabdehMMC-nin iddiaçıya 12.917,69 (on iki min doqquz yüz on yeddi manat altmış doqquz qəpik) manat borcu tutularaq, Qanuni nümayəndənə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qanuni nümayəndə Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiası təmin edilsin. Cavabdeh MMC-dən 12.917,69 (on iki min doqquz yüz on yeddi manat altmış doqquz qəpik) manat istismar haqqı tutularaq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qanuni nümayəndə hesabına köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat pul tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar