Məhkəmə qərarları › İş №e-2-2(119)-524/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-524/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-524/2025 20.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 10 fevral 2025-ci il tarixdə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdehndən 33988 (otuz üç min doqquz yüz səksən səkkiz) manat məbləğində pulun və 191,96 (yüz doxsan bir manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən dəyəri əvvəlcədən ödənilməklə qapı və darvazalar alınmışdır. Müqavilənin şərtlərinə əsasən dəyəri ödənildikdən sonra qapı və darvazalar ona təhvil verilməli idi. Müqavilə imzalanmış və malların dəyəri olan 33988 manat xx.xx.2021-ci il tarixdə cavabdehin rəsmi hesabına köçürülməsinə baxmayaraq həmin mallar bugünədək təhvil verilməmişdir. İddiaçı tərəfindən müvafiq pretenziya məktubu ilə cavabdeh şirkətə müraciət edilərək öhdəlik yerinə yetirilmədiyindən pulun geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh buna laqeyd yanaşmaqla ödənişi geri ödəməmişdir. İddiaçının vəsatəti əsasında, 30 aprel 2025-ci il tarixli məhkəmə iclasında Çələbi Vüsal Musa oğlu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 29 may 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmiş və ərizə onunla əsaslandırılmışdır ki, iddianın əsassız olduğu məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Tərəflərin arasında olan münasibətlərə əsassız varlanmaya aid olan hüquq normaları tətbiq edilə bilər. Tərəflər arasında hər hansı müqavilə olmadığı açıq-aşkardır. Cavabdeh nümayəndəsi Vəkil2 20 iyun 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, tələbin hüquqi əsaslandırılması kimi müqaviləyə aid olan hüquq normaları tətbiq edilsə belə iddia müddətinin artıq keçdiyini bildirmiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. 16 may 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh hesabına sözügedən pul məbləği köçürüləndə Azərbaycan Respublikasının ərazisindən kənarda - İtaliya Respublikasında olmuşdur. Cavabdeh ƏDV ödəyici olan müəssisədir. O, ƏDV ödəyicisi olan müəssisələrlə əməkdaşlıq etmir. Cavabdeh tərəfindən ona hər hansı material təsis edilməmişdir. Çələbi Vüsal Musa oğlu onun şəriki olmuşdur. 19 dekabr 2021-ci il tarixdə ölkəyə qayıtmış, bundan sonra Çələbi Vüsal Musa oğlu ona müəyyən işlərin görüldüyünü və ödəniş etmək üçün pul lazım olduğunu, Cavabdehndən qapıların alındığını bildirmişdir. Əslində isə heç bir qapı alınmadığı halda Cavabdeh hesabına 33988 manat pul köçürülmüşdür. İtaliya Respublikasından qayıtdıqdan bir neçə ay sonra görülən işlər və xərclər arasında ziddiyətlər aşkar etmiş, bundan sonra Çələbi Vüsal Musa oğlu ilə edilən ödənişlərin uçotunu aparmağa başlamış və həmin vaxt Çələbi Vüsal Musa oğlunun Cavabdehndən hər hansı material almadığını başa düşmüşdür. X2 ona qarşı məhkəmədə iddia qaldırdıqdan sonra Vüsal Çələbiyə verdiyi suallara əsasən sonuncunun onu aldatdığına tam əmin olmuşdur. Cavabdeh ilə aralarında müqavilə münasibəti olmamış və 33988 manat pul vəsaitinin Cavabdeh hesabına köçürülməsi barədə konkret 25 dekabr 2021-ci il tarixdə məlumatı olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, 19 dekabr 2021-ci il tarixdə İtaliya Respublikasından Azərbaycan Respublikasına qayıtdıqdan 10-15 gün sonra 33988 manat pul vəsaitinin Cavabdehnə ödənilməsi barədə məlumatı olmuşdur. Ölkəyə qayıtdıqdan bir ay yarım sonra Çələbi Vüsal Musa oğlu ilə haqq-hesab etmiş, həmin hesabat 6 ay sonra yekunlaşmış, lakin həmin vaxt Cavabdeh ilə aparılan əməliyyatlar barədə məlumatı olmamış, bu barədə X2 ona qarşı məhkəmədə iddia qaldırdıqda məlumatı olmuşdur. Ölkəyə qayıtdıqdan sonra ilk olaraq mühasibi ilə danışmış, mühasibi ona ƏDV ödəyicisi olan şirkətə pul köçürüldüyünü bildirəndə ona bu barədə narazılığını bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, tərəflər arasında 05 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi və həmin müqaviləyə əsasən cavabdeh tərəfindən göndərilmiş elektron qaimə-faktura vardır. Həmin alqı-satqı müqaviləsinə əsasən 33988 manat pul vəsaiti cavabdehin hesabına köçürülmüşdür. Lakin cavabdeh tərəflər arasındakı alğı-satqı müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Vüsal Çələbi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan bundan öncəki məhkəmə mübahisəsində 33988 manat pul məbləğinin müqabilində cavabdehdən mal aldığını bildirmişdir. Cavabdehlə telefonla əlaqə saxlanılan zaman onun əməkdaşları tərəfindən malları təqdim edəcəklərini bidirsələr də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında həmin pul vəsaitinin nağdlaşdırılaraq Vüsal Çələbiyə qaytarıldığını bildirmişdir. Beləliklə, cavabdehə iddiaçı tərəfindən ödəniş edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Nəticədə iddiaçıya maddi zərər dəymişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin ötürülməsi barədə ərizə əsassızdır. Hər bir halda tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının mövqeyi aydın deyildir. İddiaçının izahatından göründüyü kimi sözügedən pul məbləği cavabdehin hesabına köçürülən zaman bu məsələlərdən məlumatı olmuşdur. Bu səbəbdən də, iddia müddətinin axımı iddiaçının sözügedən pul məbləği cavabdehin hesabına köçürülməsini bilməli olduğu vaxtdan müddətin axımı başlanmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan bundan öncəki məhkəmə mübahisəsində məhkəməyə iddiaçı ilə Vüsal Çələbi arasında olan hesabatlar təqdim edilmişdir. Həmin hesabatlardakı göstərilən pul məbləğlərinin cəmi təqribən 65000 manat təşkil edir. Həmin pul vəsaitindən 33988 manat cavabdehə köçürülən pul məbləğidir. Belə olan halda iddiaçının 33988 pul məbləğinin cavabdehə köçürülməsindən məlumatlı olmaması inandırıcı deyil. Yəni iddiaçı 33988 manat pul vəsaiti cavabdehin hesabına köçürülən zaman ona bunun müqabilində mallar təqdim edilməmişdisə, artıq həmin vaxt dövründən iddia müddətinin axımı başlanmışdır. Hazırkı mübahisəyə əsassız varlanmadan irəli gələn hallar şamil edilməlidir. 29 may 2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Çələbi Vüsal Musa oğlu izahatında bildirmişdir ki, onun Cavabdehndə Malik adlı şəxslə tanışlığı olub. Sözügedən pul məbləği nağdlaşdırılmaq üçün Cavabdeh MMC-nin hesabına köçürülmüş və İddiaçı işlərinə xərclənmişdir. 33988 manat pul vəsaiti MSB” MMC-nin hesabına köçürülən zaman iddiaçı Azərbaycan Respublikasının ərazisindən kənarda olmuşdur. Pul iddiaçının mühasibi olan Teymur adlı şəxs tərəfindən köçürülmüş və ona bu barədə göstəriş İddiaçı Tofiq oğlu vermişdir. İddiaçının asan imzası onda olmamışdır. Sözügedən pul vəsaitinin köçürülməsi zamanı iddiaçı ilə şərik olmuş, İddiaçı tərəfindən müştəri sifarişi gətirilirdi, o həmin işlərin yerinə yetirilməsi prosesini təşkil edirdi. Qarabağda görülən işlərdən gələn pullar iddiaçının hesabına köçürülürdü. İddiaçı sözügedən vəsaiti nağdlaşdırıb borclarını ödəməli idi. İddiaçının razılığı ilə 33988 manat pul vəsaiti cavabdehin hesabına köçürülmüş, həmin məbləğdən 5184 manat ƏDV ödənilmiş və qalan məbləğ Cavabdeh MMC tərəfindən nağdlaşdırılaraq ona qaytarılmış, onun tərəfindən Ağdamda görülən işlər üçün divan, döşək, şkaf alınmış, borclar ödənilmiş və maşınların pulu ödənilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 14 dekabr 2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən Cavabdeh bank hesabına ödənişin təyinatı 05 dekabr 2021-ci il tarixli müqavilə olmaqla 33988 (otuz üç min doqquz yüz səksən səkkiz) manat məbləğində köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan 04-14 dekabr 2021-ci il tarixli arasında olan köçürmələrin siyahısından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 33988 (otuz üç min doqquz yüz səksən səkkiz) manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı 33988 (otuz üç min doqquz yüz səksən səkkiz) manat məbləğində mebel dəstləri ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 905183 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddianın mahiyyətini iddiaçı tərəfindən heç bir əsas olmadan cavabdehə aparılmış ödənişlərin geri qaytarılması təşkil etdiyindən hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəaları tətbiq olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarxli alğı-satqı müqaviləsinə əsasən əsasən dəyəri ödənildikdən sonra qapı və darvazaların təhvil verilməli olmasına baxmayaraq təhvil verilmədiyini əsas gətirərək, malların dəyəri olan və cavabdehin rəsmi hesabına köçürülən 33988 manat məbləğində pul vəsaitinin qaytarılmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və üçüncü şəxs Çələbi Vüsal Musa oğlu şərik olmuş, İddiaçı ilə Cavabdeh arasında müqavilə münasibətləri olmamış, iddiaçı Azərbaycan Respublikasının ərazisindən kənarda olan zaman 33988 manat pul vəsaiti cavabdehin hesabına köçürülmüş, daha sonra həmin pul vəsaiti Çələbi Vüsal Musa oğluna qaytarılmış, üçüncü şəxs özü də pul məbləğinin ona verildiyini etiraf etmiş və həmin pul vəsaitini iddiaçının işləri üçün xərclədiyini bildirmişdir. İddiaçı özü də cavabdehlə aralarında müqavilə münasibətlərinin olmadığını, pulun onun xəbəri olmadan cavabdehin hesabına köçürüldüyünü bildirmişdir. İş materiallarında olan iddiaçı X1 cavabdeh İddiaçı qarşı verilmiş “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə qanuni qüvvəsini almış Sumqayıt Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli 2-2(119)-237/2024 nömrəli qətnaməsindən görünür ki, 03 aprel 2024-cü il tarixində keçirilmiş iclasında şahid qismində ifadə verən Çələbi Vüsal Musa oğlu ifadəsində cavabdeh bank hesabından Cavabdehnə mebel alınması məqsədilə özü pul köçürmüş, sonuncu ölkə xaricində olarkən həmin pulun köçürülməsi onun mühasibi vasitəsilə də mümkün ola bilərdi. Həmin iş üzrə Çələbi Vüsal Musa oğlunun ifadəsindən də müəyyən olunur ki, hazırkı iş üzrə mübahisəli məbləğ İddiaçı tərəfindən Cavabdehnə ödənilmiş, lakin həmin məbləğ daha sonra iddiaçıya qaytarılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən ödənilmiş vəsaiti tələb etmək hüququ yaranmış olsa da, cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı halda cavabdehin istinad etdiyi iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi əhəmiyyətlidir. Çünki, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarında iddia müddəti ilə bağlı müəyyən etmişdir ki, “şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Mülki Məcəllənin 1095 və 377.1-ci maddələrinə görə, iddia müddətinin axımı hüququn pozulduğu bildiyi (məlum olduğu) və ya bilməli olduğu gündən başlanır. İddiaçı 16 may 2025-ci il tarixli hazırlıq iclasında izahatında 19 dekabr 2021-ci il tarixdə ölkəyə qayıtdıqdan sonra Çələbi Vüsal Musa oğlunun ona Cavabdehndən qapıların alındığını və həmin cəmiyyətə ödəniş həyata keçirildiyini dediyini, konkret olaraq 25 dekabr 2021-ci il tarixdə cavabdehə ödəniş edildiyi barədə məlumatı olduğunu bildirmiş, sonuncu məhkəmə baxış iclasında isə Azərbaycan Respublikasına qayıtdıqdan 10-15 gün sonra 33988 manat pul vəsaitinin Cavabdehnə ödənilməsi barədə məlumatı olduğunu, eləcə də, Azərbaycan Respublikasına qayıtdıqdan bir ay yarım sonra Çələbi Vüsal Musa oğlu ilə haqq-hesab etdiyini, lakin həmin vaxt Cavabdeh ilə aparılan əməliyyatlar barədə məlumatı olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı izahatlarında səmimi olmamış və bir-birindən fərqli izahatlar vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ölkəyə qayıtdıqdan sonra, yəni 2021-ci ilin dekabrından cavabdehin bank hesabına pul köçürülməsi ilə bağlı fakt ona məlum olmuş, belə olan halda isə o iddia müddətini ötürmüşdür. Çünki, məhz həmin tarixdən iddiaçının hüquqları pozulmuş və cavabdehə verdiyi vəsaiti tələb etmək hüququ yaranmışdır. Beləliklə, iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan, yəni 2021-ci ilin dekabrından cavabdehin ona mənfəət verməkdən imtina etdiyi vaxtdan iki il ərzində məhkəməyə müraciət etməli olduğu halda, 10 fevral 2025-ci ildə hazırkı iddia ərizəsini verməklə iddia müddətini ötürmüş, həmin tarixdən də tələbin qanuni əsası aradan qalxmışdır. Həmçinin, qeyd edilməlidir ki, hazırkı tələb ya əsassız varlanma, ya da müqavilə öhdəlikləri üzrə iddia tələbi kimi qiymətləndirilsə də, istənilən halda iddia müddətləri artıq keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdehndən 33988 (otuz üç min doqquz yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “cavabdehdən iddiaçının xeyrinə 191,96 (yüz doxsan bir manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin olunmadığından həmin xərc də iddiaçının özünə aid edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddiası rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar