Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-54/2021 26.01.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan yaranmış 1315,89 (bir min üç yüz on beş manat səksən doqquz qəpik) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 138,68 manat pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehla İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 107 saylı alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, o, müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 1315,89 (bir min üç yüz on beş manat, səksən doqquz qəpik) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. xx.xx.2018-ci il tarixdə müəssisədaxili audit yoxlaması keçirilmiş və yoxlama əsasında üzləşdirmə aktı tərtib edilmişdir. İkitərəfli qaydada imzalanmış akta əsasən, Cavabdeh İddiaçı MMC-yə 1315,89 manat borcunun olduğunu təsdiq etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, qalıq borcu ödəməmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən Cavabdeh ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Ə.Bağırlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi Z.Musayev də iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlə mübahisənin məhkəmədən kənar həll edilməsinə dair razılaşma əldə edilmədiyini, iddia tələbində qeyd edilən məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh izahatında iddiaçıya faktiki 388 manat borcu olduğunu, qalan bütün borcunun iddiaçının əvvəlki satış təmsilçisi İlqar adlı şəxsə ödədiyini, lakin onun xahişi ilə yuxarıda qeyd edilən məbləğdə borcunun olması barədə sənədi imzaladığını, həmin şəxsin sonradan işdən çıxarıldığını, borcunun faktiki deyil, yalnız kağız üzərində olduğunu bildirmişdir. Cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş, X3 izahatında əvvəllər İddiaçı MMC-də satış təmsilçisi işlədiyini, cavabdehin iddiaçıya aktda qeyd edilən məbləğdə borcunun olmadığını, malların tez satılması üçün bir satış mərkəzindən digərinə yönləndirildiyini, Cavabdeh hesablanmış borcun da bununla əlaqədar olduğunu bildirmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx.xx.2019-cu il tarixli Qərarında göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materialları, o cümlədən Cavabdeh tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli “təhvil-təslim və üzləşdirmə” aktı ilə müəyyən olunur ki, tikinti materiallarının alqı-satqısı ilə əlaqədar hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “alıcı” Cavabdeh oğlunun (VÖEN-**********) “satıcı” İddiaçınə 1315,89 (bir min üç yüz on beş manat səksən doqquz qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf etməklə qeyd edilən aktda göstərilən borcun yalnız 398 manatının ona aid olduğunu bildirsə də, ümumiyyətlə borcunun olmadığını sübuta yetirə bilməmişdir. Eyni zamanda, məhkəmə şahid İ.Şirəliyevin borcun cavabdehə aid olmaması barədə yuxarıda qeyd edilən məzmunlu ifadəsini onun hazırda İddiaçı MMCnin işçisi olmadığına və ifadəsi digər iş materialları ilə təsdiqini tapmadığına görə mötəbər sübut kimi qəbul etmir. Belə ki, yuxarıda qeyd edilən xx.xx.2018-ci il tarixli aktı imzalamaqla Cavabdeh aktda “qalıq kreditor borcu dəqiqləşdirdiyini, gələcəkdə bu qalıq kreditor borcda hər-hansı fərqin olması ilə bağlı iddiasının olmayacağını” da bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlardan görünür ki, ərəflər arasında baş tutmuş alqı-satqı üzrə Cavabdeh 1315,89 (bir min üç yüz on beş manat, səksən doqquz qəpik) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır və həmin borca görə iddiaçı tərəfindən əlavə illik 5% olmaqla, cəmi 138,68 manat məbləğində əldən çıxmış faydaya görə pul hesablanmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə İddiaçı xeyrinə Cavabdeh 1315,89 (bir min üç yüz on beş manat səksən doqquz qəpik) manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidır. Lakin, məhkəmə araşdırması zamanı “əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında hesablanmış 138,68 manat manat pulun tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı sübuta yetməmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla yanaşı, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1315,89 (bir min üç yüz on beş manat səksən doqquz qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "İddiaçı" MMC-ə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-54/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-54/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver