Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-546/2024 14.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 01 mart 2024-cü il tarixinə hesablanmış hüquqi şəxslər- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 46760,24 (qırx altı min yeddi yüz altmış manat, iyirmi dörd qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna 81,9 (səksən bir manat, doxsan qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna 13,1 (on üç manat, on qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna 3,28 (üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), dövlət büdcəsinə 44839,46 (qırx dörd min səkkiz yüz otuz doqquz manat, qırx altı qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna 81,83 (səksən bir manat, səksən üç qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna 13,08 (on üç manat, səkkiz qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna 3,28 (üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 46830,98 (qırx altı min səkkiz yüz otuz manat, doxsan səkkiz qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna 81,83 (səksən bir manat, səksən üç qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna 13,08 (on üç manat, səkkiz qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna 3,28 (üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 83,1 (səksən üç manat, on qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna 13,28 (on üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna 3,33 (üç manat, otuz üç qəpik) manat məbləğində borcun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 13,08 (on üç manat, səkkiz qəpik) manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna 3,28 (üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcun və Dövlət Sosial Müdafiə Fonduna 81,83 (səksən bir manat, səksən üç qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxxxx 1967-ci il təvəllüdlü Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə həmin ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəçi 12 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə maraqlı şəxsə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyiciləri "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMCnin və ,"xxxx" MMC-nin vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borclarının ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix – xx xxxxxxxx 1967ci il, Doğulduğu yer - Xaçmaz rayonu, Cığatay kəndi, şəxsiyyət vəsiqəsinin FİN-i – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, ərizədə maraqlı şəxs qismində göstərilmiş Maraqlı şəxs 05 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, ərizədə maraqlı şəxs qismində qeyd olunmuş Maraqlı şəxs 05 noyabr 2022-ci il tarixdə vəfat etdiyi üçün hazırkı iş üzrə ərizənin verildiyi vaxtda - 12 mart 2024-cü il tarixdə onun hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud olmamışdır. Yəni ərizəçi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman Maraqlı şəxs artıq vəfat etmiş olduğundan, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərinə əsasən ona qarşı hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi və onun maraqlı şəxs qismində məhkəmə prosesinə cəlb edilməsi istisna edilir. Odur ki, məhkəməyə müraciət edilənədək vəfat etmiş Maraqlı şəxs qismində cəlb edilməklə verilmiş hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddianın yolverilməzliyinə görə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-546/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-546/2024
14.03.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver