Məhkəmə qərarları › İş №e-2-2(119)-55/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-55/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-55/2021 08.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 771-L/11 nömrəli və xx.xx.2013-cü il tarixli, 75- L/13 nömrəli müqaviləyə əsasən o, lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 16214 (on altı min iki yüz on dörd) manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da borclu “xxxx” ASC ilə bağladığı müqavilələrin həmin bəndləri ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, ödənişləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən 16214 (on altı min iki yüz on dörd) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək bildirmişdir ki, “xxxx” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqda” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli, 1137 nömrəli Fərmanına əsasən “xxxx” ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir. Yuxarıda göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən məhkəmədən iddia ərizəsinin giriş, əsas və nəticə hissələrində qeyd olunan “xxxx” ASC-nin adının İddiaçı ASC kimi oxunmasını xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək, işə təqdim edilmiş sübutlar əsasında onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh izahat verərək borcunu etiraf etdiyini bildirdi. O, əvvəllər öhdəliyini vaxtında icra etdiyini, lakin 2019-2020-ci illərdə məhsuldarlıq aşağı səviyyədə olduğundan ödənişləri həyata keçirə bilmədiyini qeyd etdi. Sonda o, borcunu ödəyəcəyini, qarşı tərəflə borc məbləğinin hissə-hissə ödənilməsi barədə razılığa gəlmək istədiyini dedi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizələrini nəzərə alıb, cavabdehin izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli, 771-L/11 nömrəli müqavilədən görünür ki, “xxxx” ASC ümumi dəyəri 29610 manat olan 2 ədəd kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə görə, Cavabdeh texnikaların dəyərindən 2970 manat məbləği əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq “xxxx” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə xx.xx.2011-ci il tarixli aktdan görünür ki, “xxxx” ASC-nin xx.xx.2011-ci il tarixli, 989/ü №-li əmri əsasında 2 ədəd kənd təsərrüfatı texnikası Cavabdeh təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ASC/P-894 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu qısa müddətdə “xxxx” ASC-yə ödəməli olduğu, əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun, hesablanmış cərimənin və məhkəmə xərclərinin ondan məcburi qaydada alınaraq “xxxx” ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” ASC-yə 16214 (on altı min iki yüz on dörd) manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh xəbərdarlığa əməl etməmiş və sözügedən müqavilə əsasında yaranmış borcu “xxxx” ASC-yə qaytarmamışdır. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh lizinq müqaviləsi əsasında iddiaçı “xxxx” ASC-dən lizinq obyekti olan texnikaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikasını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinq məbləğini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdehdən kənd təsərrüfatı texnikasını lizinqə götürməsi ilə bağlı yaranmış borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Hazırda, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16214 manat əsas borc və 30 (otuz) manat dövlət rüsumunun tutulmasını tələb edir. Bu hal iş materialları və cavabdehin etirafı ilə təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 16214 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 16214 (on altı min yüz on dörd) manat məbləğində pul tutularaq, İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdehdən 30 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar