Məhkəmə qərarları › İş №e-2-2(119)-556/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-556/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-556/2021 08.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “X2 BG” LTD-nin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı maddi ziyanın və dəymiş zərərin ödənilməsi tələbinə dair idda ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbinin həcminin artırılması haqqında ərizə təqdim edərək 03.02.2014-cü il tarixli, 14/BR/001 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin 22.11.2017-ci il tarixli əlavəsi üzrə 10340 (on min üç yüz qırx) Avro əsas borc, 1551 (bir min beş yüz əlli bir) Avro gecikmiş vaxt üçün illik 5%, 5000 (beş min) avro əldən çıxmış fayda, 5000 (beş min) avro mənəvi zərər və pozulmuş hüquqların bərpası ilə əlaqədar iddiaçı tərəfindən xərclənmış 650 avro (1300 manat) və 30 manat dövlət rüsumu hesablanmaqla, cəmi 22541 (iyirmi iki min beş yüz qırx bir) avro və 30 manat məbləğində pulun cavabdeh “Şan" MMC-dən iddiaçı "Tea Herbs BG" LTD-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı “X2 BG” LTD ilə satıcı "xxxx" MMC Şirkəti (VÖEN **********) arasında 03.02.2014-ci il tarixdə №14/BR/001 saylı, alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə 22.11.2017-ci il tarixli əlavəsinə “X2 BG” LTD tərəfindən "xxxx" MMC-nə ödənilmiş 10340 avronun əvəzinə sonuncu 22 000 kg mal (qurudulmuş biyan kökü) göndərilməsini öhdəsinə götürmüsdür. Lakin, cavabdeh təşkilat 10340 avro ödənişi aldıqdan sonra (ödəniş haqqında 22.11.2017-ci il tarixli № ********* qəbz) 22 000 kg mal (qurudulmuş biyan kökü) malı “X2 BG” LTD-yə göndərməmişdir. Cavabdehdən malların göndərilməməsi haqqında məlumat istəyəndə 19.12.2017-ci il tarixli göndərdiyi emaildə bildirmişdilər ki malın keyfiyyətində problemlər var və buna görə də malı göndərə bilmirlər. Lakin, müqavilə müddətinin bitməsinə baxmayaraq, hələ də öhdəlikləri icra edilməyib. Dəfələrlə iddiaçı tərəfindən şifahi və yazılı (email:17.09.2018-ci il; 13.09.2018-ci il; 09.08.2018-ci il; 6.08. 2018-ci il; 23.07.2018-ci il; 23.07.2018-ci il; 07.06.2018-ci il; 21.06.2018-ci il; 26.06.2018–ci il; 28.06.2018-ci il; 27.09.2018-ci il; 01.08.2018-ci il, 01.11.2018-ci il və digər tarixlərdə) xəbərdarlıq edilsə də, nə ödənişlə nə də göndərmə öhdəliyi ilə bağlı cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Cavabdehin 21.11.2018-ci il tarixli elektron məktubundan görünür ki, 2018-ci ilin birinci yarımilliyində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Nazirliyin əməkdaşların birgə və "xxxx" MMC-nin direktoru Fuad Məjidovun,“ “X2 BG” LTD-nın direktoru, Bolqariyanın Bakıdakı Ticarət Nümandəliyin direktoru İliyan Kostovun iştirakı ilə keçırilmiş görüş və Fuad Məcidov tərəfindən verdiyi 2018-ci ilavqust ayın axırına qədər 22000 kq mal (qurudulmuş biyan kökü) göndərilmə barədə vədlər heç bir müsbət nəticə verməmiş və bu günədək icra edilməmişdir. İddia ərizəsində göstərilir ki, bu qanunsuz hərəkətlər iddiaçıya böyük məbləğdə zərər vurmaqla nəticələnir və şirkətin istehsal etdiyi mallarda dayanma baş verdiyindən qazana biləcəkləri vəsaitlərdən məhrum edib və nəticədə iddiaçı ciddi maliyyə itkiləri ilə üzləşib. Alğı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən icra edilməmiş öhdəliklər üzrə borc 21.050,24 manat (10340 avro) təşkil edir. 22.11.2017-ci il tarixdən isə cavabdeh tərəfindən iddiaçının pulunun (malının) gecikdirilməsi 3 il təşkil edir. İddia tələbinin həcminin artırılması barədə ərizədə Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilməklə 1551 Avro faiz borcu (10340Avro x 5%=517:12 ay=43,08x36 ay=1551) da tələb edilir. Eyni zamanda iddiaçı tərəfindən "xxxx" MMC ilə müqavilə bağlanılaraq hüquqi xidmətə görə 1300 manat (650 avro) pul ödənildiyi, bu məbləğin də cavabdehin iddiaçıya vurduğu zərər olduğundan həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu, habelə 5000 (beş min) avro əldən çıxmış fayda, 5000 (beş min) avro isə mənəvi zərər və pozulmuş hüquqların bərpası ilə əlaqədar iddiaçı tərəfindən xərclənmış 650 avro (1300 manat) və 30 manat dövlət rüsumunun cavabdeh “Şan" MMCdən iddiaçı "Tea Herbs BG" LTD-nin xeyrinə tutulması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, cavabdehin iş materiallarında olan elektron poçt ünvanına (Elektron ünvan 1) məhkəmə bildirişi göndərilmiş, həmin poçt ünvanından məhkəməyə cavabdehin direktorunun adından məhkəmə iclasının təxirə salınması barədə müraciət daxil olmuşdur. Məhkəmə iclası növbəti tarixə təxirə salınsa da cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəfin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarından görünür ki, iddiaçı Bolqarıstan Respublikasında, cavabdeh isə Azərbaycan Respublikasında qeydiyyatdan keçməklə fəaliyyət göstərən hüquqi şəxslərdir. İş materiallarında olan və tərcümə olunmuş surəti notarial qaydada təsdiq olunmuş, “alıcı” “X2 BG” LTD ilə “satıcı” "xxxx" MMC arasında bağlanmış 03.02.2014-ci il tarixli №14/BR/001 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri 263400 avro olan 400 tonluq quru şirinbiyan kökünü alıcıya satmağı öhdəsinə götürmüşdür. İş materillarında olan 22.11.2017-ci il tarixli ödəniş qəbzindən görünür ki, 10340 avro alıcı “X2 BG” LTD tərəfindən satıcı "xxxx" MMC-yə ödənilmşdir. İş materillarında olan “X2 BG” LTD ilə “Mirzayev and X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30.11.2020-ci il tarixli № HXM-THR-20/20 saylı hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış 30.11.2020-ci il tarixli № HXM-THR-20/20 saylı hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə üzrə qiymət razlılaşma protokolundan görünür ki, hüquqi xidmətlərin dəyəri 650 avro təşkil edir. 07.12.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, 650 avro “X2 BG” LTD tərəfindən “Mirzayev and X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş və 03.02.2014-ci il tarixli alqı-satqı müqaviləsində cavabdehin elektron poçt ünvanı kimi qeyd edilmiş mailto:badamdar.office@gmail.comElektron ünvan 1 elektron poçt ünvanı ilə iddiaçıya məxsus mailto:teaherbs@abv.bgElektron ünvan 2 elektron poçt ünvanları vasitəsi ilə iddiaçının direktoru Georgi Georgiyev və cavabdehin direktoru Fuad Məcidov arasında olan yazışmalardan görünür ki, iddiaçının direktoru müqavilə üzrə malın göndərilməsini dəfələrlə tələb etmiş, cavabdehin direktoru isə müxtəlif səbəblərdən malların çatdırılmasının gecikdiyini, yaxın vaxtlarda malın göndəriləcəyini bildirmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi tərəfindən surəti təqdim edilmiş 03.05.2018 və 29.11.2018ci il tarixli məktublarda da, cavabdehin direktoru iddiaçının direktoruna 03.02.2014-ci il tarixli №14/BR/001 saylı alqı-satqı müqaviləsi üzrə malın yaxın zamanlarda göndəriləcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən, eyni zamanda məhkəmə bildirişinin göndərildiyi mailto:badamdar.office@gmail.comElektron ünvan 1 elektron poçt ünvanından məhkəməyə cavabdehin direktorunun adından ərizə daxil olduğundan məhkəmə yuxarıda qeyd edilən elektron poçt yazışmalarını Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən sübut kimi qəbul etmişdir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsini tənzimləyən 25-ci maddəsinin tələblərinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, alqı-satqı müqaviləsinə satıcının təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir (maddə 25.1 və 25.1.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 642-ci maddəsinə əsasən malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın. Eyni zamanda Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəyə əsasən isə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçı 03.02.2014-ci il tarixli №14/BR/001 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə 10340 (on min üç yüz qırx) avro pul ödəmiş, lakin cavabdeh "xxxx" MMC müqavilədən irəli gələn öhdəliklərini icra etməyərək müqavilənin predmeti olan quru biyan kökünü “alıcı” “X2 BG” LTD-yə göndərməmişdir. Məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh "xxxx" MMC-dən 10340 (on min üç yüz qırx) avro əsas borc, 1551 (min beş yüz əlli bir) avro faiz borcu, hüquqların bərpası ilə əlaqədar xərclənmiş 650 (altı yüz əlli) avro məbləğində pul vəsaiti tutulması hissəsində iddia tələbi əsaslı olduğundan həmin hissələrdə təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın 5000 min avro məbləğində əldən çıxmış fayda və 5000 min avro mənəvi zərərin tutulması tələbinə aid hissəsi isə əsaslılığı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində ona məhz 5000 avro məbləğində faydanın əldən çıxmasını, iddia ərizəsində göstərildiyi kimi qazana biləcəkləri vəsaitlərdən məhrum olması və ciddi maliyyə itkilərinə üzləşməsini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarəna əsasən isə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Məhkəmə qeyd edir ki, iddiaçı “X2 BG” LTD hüquqi şəxs olduğundan və hüquqi şəxsə mənəvi zərərin (fiziki və mənəvi iztirablar) vurulması praktiki olaraq qeyri-real olduğundan onun məbləğinin də müəyyən edilərək hüquqi şəxsə ödənilməsi mümkün deyildir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin müqavilənin özündə malların göndəriş vaxtı 03.02.2019cu ilə qədər, müqavilənin imzalandığı tarixdən 5 il ərzində nəzərdə tutulmuşdur və artıq həmin müddət başa çatmışdır. Eyni zamanda, iddiaçı cavabdehə ünvanladığı 16.03.2021ci il tarixli pretenziya məktubunda müqavilənin ləğv edilməsi tələbini irəli sürməmişdir. Halbuki, Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydasını tənzimləyən 423-cü maddəsinin tələblərinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə müqavilənin ləğv edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulmuş tələblərə əməl etmədiyindən iddia tələbi 03.02.2014-cü il tarixli, 14/BR/001 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissədə də təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ndən ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 10340 (on min üç yüz qırx) avro əsas borc, 1551 (min beş yüz əlli bir) avro faiz borcu, hüquqların bərpası ilə əlaqədar xərclənmiş 650 (altı yüz əlli) avro olmaqla cəmi 12541 (on iki min beş yüz qırx bir) avro pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X2 BG” LTD -ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar